/ / Mübariz Qurbanlı: “Freedom House”un hesabatında islamofobiya və təhdid özünü açıq şəkildə göstərir
Mübariz Qurbanlı: “Freedom House”un hesabatında islamofobiya və təhdid özünü açıq şəkildə göstərir
18.01.2013 [01:48]
“Freedom House” adlanan qurum hər dəfə hesabatlarında Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe nümayiş etdirir. “Freedom House” təşkilatının “Dünyada Azadlıq” adlı illik hesabatını diqqətlə təhlil edən hər bir şəxs bu qərəzi aydın şəkildə görə bilər”. Bunu “Trend”-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
“Freedom House” təşkilatı işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma Dağlıq Qarabağ rejimini hesabatında “qismən azad ərazilər” siyahısına daxil edib. Bu, ən böyük qəbahətdir, beynəlxalq hüququn norma və prinsiplərinə, qəbul edilmiş beynəlxalq qaydalara ziddir. “Freedom House” bununla qondarma, işğalçı, birbaşa Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan rejimi qismən azad ərazi kimi göstərmək istəyir. Bu, çox gülüncdür və qırmızı xətti keçən bir hərəkətdir” - deyə, M.Qurbanlı deyib.
Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ deyilən və işğal altında olan bu ərazidə faktiki olaraq quldur bir rejim var: “Bu rejim Dağlıq Qarabağdakı erməni əhalisini də təhdid altında saxlayır. Burada insan haqlarından və azadlıqlarından danışmaq olmaz. Bu ərazi faktiki olaraq Ermənistanın işğalçı rejiminin və onu himayə edən dairələrin bir poliqonudur, narkotik istehsal edən, quldurluqla məşğul olan, kriminallaşmış bir ərazidir. Buradakı hərbi qüvvələr birbaşa Yerevana tabedir. Burada yaradılmış oyuncaq rejimin başında duranların da hamısı demək olar ki, hərbi cinayətkarlar, vaxtilə azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş şəxslərdir”.
Millət vəkili hesab edir ki, təşkilatlar üzrə azadlıqlar indeksini müəyyənləşdirsək, bu təşkilatın özü mənfilər sırasında dayanacaq: “Heç bir halda bu təşkilat obyektiv hesabat vermir. Bu təşkilat o qədər ermənipərəst mövqedən çıxış edir ki, Ermənistan kimi bir rejimi də “qismən azad ölkələr” sırasına daxil edib. Ermənistanın isə hansı şəraitdə olduğu hamıya bəllidir. Ona görə də hər bir azərbaycanlı “Freedom House” kimi təşkilatlara qarşı mövqe bildirməli, onun qərəzini ifşa etməlidir. Onlar, xüsusən, xarici KİV-lərdə ifşa olunmalıdır”.
Onun fikrincə, Azərbaycanı Ermənistandan aşağı səviyyədə göstərmək heç bir müqayisəyə sığmır. Ermənistanda ümumiyyətlə dövlətin olduğunun özünü qəbul etmək hətta anormaldır. Ermənistan tam kriminallaşmış bir rejimdir və əhali bu ölkədən qaçıb gedir.
“Həmin hesabatda islamofobiya, eyni zamanda, xristian həmrəyliyi, Azərbaycana və inkişaf edən İslam ölkələrinə qarşı təzyiq və təhdid özünü açıq şəkildə göstərir. Ona görə də “Freedom House” kimi təşkilatların özünü azad təşkilat hesab etmirik və bu cür informasiyaları qətiyyətlə pisləyir və bunları Azərbaycana qarşı “qara piar” kampaniyasının tərkib hissəsi hesab edirik” - deyə, M.Qurbanlı qeyd edib.
O, əlavə edib ki, Azərbaycan belə hesabatlardan narahat deyil və onlar nə Azərbaycanın inkişafını ləngidəcək, nə də buna hansısa maneələr törədəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

