/ / Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək
21.10.2024 [22:57]
BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin davam edən (İHK) 142-ci sessiyası çərçivəsində oktyabrın 22-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fransa və Niderlandın əsarəti altında olan ərazilər – Martinika, Yeni Kaledoniya, Qvadelupa, Bonaire, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Korsika, həmçinin Qayanadan parlamentarilər, qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların rəhbərləri, ekspertlər, elm xadimləri, beyin mərkəzlərinin tədqiqatçıları, habelə bir sıra ölkələrin BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatları iştirak edəcəklər. Konfransda Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal, “Urgences Panafircanistes” Kemi Sebanın da iştirakı planlaşdırılır.
Tədbirin məqsədi Fransa və Niderland tərəfindən aparılan müstəmləkə siyasətinin yaratdığı sosial, siyasi və ekoloji təsirləri müzakirə etmək və beynəlxalq ictimaiyyəti dekolonizasiya prosesinə dəstək verməyə çağırmaqdır. Xüsusilə müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması və ədalətli bir gələcəyin qurulması üçün beynəlxalq hüquq prinsiplərinə uyğun həll yollarını tapmaq əsas vəzifələr sırasındadır.
Konfransda Fransa müstəmləkəçiliyinin tarixi və mövcud təsirləri ilə yanaşı, iqtisadi asılılıq, sosial hüquqların pozulması və ekoloji problemlər ətraflı şəkildə müzakirə olunacaq.
Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın tətbiqi və onun müstəmləkə ərazilərində hüquq bərabərliyinin təmin olunmasına təsirləri tədbirin əsas mövzuları sırasında yer alacaq. Bu platforma, həmçinin müstəmləkə əsarətində qalan xalqların səsi olmaq, onların suverenlik hüquqlarını müdafiə etmək və beynəlxalq hüququn tələbləri əsasında dayanıqlı və ədalətli bir gələcək qurulması üçün dialoq mühiti yaratmağı hədəfləyir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

