Rusiyanın Koqalım şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ucaldılıb
23.10.2024 [12:38]
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Koqalım şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə abidə ucaldılıb.
AZƏRTAC xəbər verir ki, heykəltaraş Aydın Zeynalovun yaratdığı abidə Ulu Öndərin 100 illik yubileyi şərəfinə ucaldılıb.
Görkəmli dövlət xadimi Heydər Əliyev 1980-ci illərin əvvəlində o vaxt hələ qəsəbə olan, indi isə şəhərə çevrilən Koqalımın və ümumilikdə ölkənin neft sənayesinin inkişafına mühüm töhfə verib. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində sosial siyasətə kuratorluq edirdi və onun tapşırığına əsasən, qəsəbənin, həmçinin Sibirin neft hasilatçısı rayonlarının yol infrastrukturunun inkişafı üçün, o cümlədən Azərbaycandan podratçı təşkilatlar cəlb olunmuşdu. Bu şəhərin “Bakı” küçəsi Azərbaycan xalqının Koqalımın formalaşmasına verdiyi töhfəni xatırladır. Azərbaycanlılar yerli neft-qaz sənayesinin inkişafına fəal köməklik göstəriblər. Heydər Əliyevin abidəsi xatirə rəmzi və xalqlar arasında dostluğun təcəssümüdür.

Abidənin müəllifi Aydın Zeynalov AZƏRTAC-ın müxbirinə müsahibəsində heykəlin üzərində aparılan iş prosesindən bəhs edib. O deyib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi üzərində iş il yarıma yaxın davam edib. Biz Heydər Əliyevin görkəmli şəxsiyyətini, onun təkcə şəhərin deyil, bütün Sovet İttifaqının inkişafındakı rolunu təsvir etməyi qarşımıza vəzifə qoymuşduq. Nəticədə diametri 15 metr və hündürlüyü 4 metr olan kifayət qədər möhtəşəm kompleks yaradılıb. Heydər Əliyev qlobal şəxsiyyətdir. O, əsrlərin kəsişməsində həmişə doğru yolu seçən bir insan idi. Bu gün Prezident İlham Əliyev bu siyasəti davam etdirir, onun sayəsində Azərbaycan çiçəklənir və inkişaf edir”.
Aydın Zeynalov qeyd edib ki, iş prosesində Heydər Əliyevin müxtəlif illərdə çəkilmiş fotoşəkillərini diqqətlə tədqiq edib: “Heydər Əliyev çöhrəsində xəfif təbəssümlə təsvir olunub. Mənə elə gəlirdi ki, Heydər Əliyev təkcə güclü, iradəli şəxsiyyət deyil, həm də çox mehriban, istiqanlı, gülərüz insandır. Mən bu keyfiyyətləri Ulu Öndərin obrazında çatdırmağa çalışdım”.
Xatırladaq ki, Koqalım şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gələcək abidəsinin yerindəki rəmzi daş 2023-cü ildə qoyulub. Həmin vaxt şəhərin rəhbəri Nikolay Palçikov özünün “Telegram” kanalında abidənin Heydər Əliyevin 100 illik yubileyi şərəfinə ucaldılacağını qeyd edib. “Azərbaycanlılar neft-qaz sənayesinin (Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində - red.) inkişafına mühüm töhfələr veriblər. Bu görkəmli insanlara ehtiramımı ifadə edərək, bu gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi münasibətilə gələcək abidənin yerinə rəmzi daş qoyuldu”, - deyə şəhər rəhbəri yazıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

