Əmək pensiyalarının sığorta hissəsi artırıldı
07.02.2013 [01:11]
Dövlət başçısının bununla bağlı müvafiq Sərəncamı ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin və pensiya islahatlarının davamlılığını göstərir
Hazırda Azərbaycan regionun dinamik inkişaf edən ölkəsidir. Aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəricilərinə malik iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib.
Ümumiyyətlə, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən bu günədək dövlət başçısı tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 Sərəncam verilib. Qeyd edək ki, ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli, şəffaf şəkildə bölgüsünə imkan verir. Belə ki, əvvəlki sistemdə pensiyalara artımların müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə metodları əsasında və müxtəlif vaxtlarda aparılması həmin tədbirdən kənarda qalan bu və ya digər pensiyaçılar kateqoriyasının haqlı narazılığı ilə nəticələnirdi. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla, bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni, inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilib.
Təbii ki, ölkəmizdə aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Hazırda respublikada icra olunan ünvanlı yardım proqramı 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir.
Yeri gəlmişkən bildirək ki, cari il fevralın 4-də Azərbaycan Prezidenti əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2012-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2013-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qeyd edib ki, Prezidentin son vaxtlarda bir-birinin ardınca bu yöndə imzaladığı sənədlər, həm pensiyaların sığorta hissəsinin artırılması, həm də sosial ipotekanın məbləğinin 35 mindən 50 min manata qaldırılması məhz ölkəmizdə aztəminatlı insanların sosial təminatının daha da möhkəmləndirilməsinə xidmət edir: “Azərbaycanda sosial müdafiənin güclənidirilməsi, aztəminatlı vətəndaşların sosial rifahının yaxşılaşdırılması Azərbaycan Prezidentinin daima diqqət mərkəzində saxladığı məsələlərdir. Bilirsiniz ki, Azərbaycanda 2005-ci ildən başlayaraq və davamlı olaraq çox uğurlu pensiya ilahatları aparılır və bu pensiya islahatlarının nəticəsində Azərbaycan bazar iqtisadiyyatı istiqamətində inkişaf edən bir dövlət kimi müasir dünya təcrübəsində müşahidə olunan pensiya ödənişi sisteminə keçib. Bu sistemin başlıca mahiyyəti ondan ibarətdir ki, hər bir əmək fəaliyyəti ilə məşğul olan vətəndaş öz işlədiyi dövrdə həm də öz pensiya kapitalını formalaşdırır”.
Onun sözlərinə görə, Prezidentin Sərəncamı bütünlükdə ona əsaslanır ki, hər bir Azərbaycan vətəndaşı il ərzində qazandığı pensiyanın sığorta hissəsini alsın: “Hazırda ölkəmizdə pensiyanın baza hissəsi, yəni, bütün vətəndaşlar üçün bərabər olan və dövlət başçısı tərəfindən müəyyənləşdirilən hissəsi 95 manatdır. Bir də var onun üst, yəni, hər kəsin fərdi olaraq əmək stajı və əməkhaqqına uyğun olaraq artaraq formalaşan pensiyanın sığorta hissəsi. Prezidentin təşəbbüsü ilə hər il pensiyaların sığorta hissəsinə yenidən baxılır və sığorta hissə artırılır. Bu da onunla əlaqədardır ki, pensiyanın sığorta hissəsinin həm yığılması, həm də ödənməsində şəffaflıq gözlənilir. Bu addımın həm də, hər bir vətəndaşın əməyini stimullaşdırmağa və pensiyasını artırmağa xidmət etdiyini də vurğulamaq olar. Kim nə qədər yüksək əməkhaqqı alırsa və əmək stajına malikdirsə, onun pensiyasının sığorta hissəsi daha yüksək olacaq. Pensiyanın sığorta hissəsinin artırılması demək olar ki, əmək stajı olan bütün pensiyaçılara şamil olunur”.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə bildirib ki, inkişafın Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biri də sosialyönümlülüyün üstünlük təşkil etməsidir. Ümumiyyətlə isə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Müstəqil Azərbaycan dövləti öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını insan faktorunun prioritetə çevrilməsinə yönəldir. Azərbaycan dövlətinin rəhbər tutduğu bu strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə, onların qloballaşan dünyaya inteqrasiyasını təmin etməyə imkan verib: “Sosial təyinatlı proqramların maliyyələşməsi ilə bərabər, dövlət büdcəsindən investisiya yönümlü tədbirlərə ildən-ilə daha çox vəsait ayrılır. Sosial sahədə mövcud problemlərin, o cümlədən, yoxsulluğun azaldılmasını nəzərdə tutan Dövlət Proqramlarına uyğun olaraq əhalinin torpaqdan, su ehtiyatlarından istifadə etməsi, yeni iş yerlərinin yaradılması, təhsil almaq, səhiyyə xidmətlərindən faydalanmaq imkanlarının genişləndirilməsi, infrastruktur və kommunal xidmətlərə olan ehtiyacın ödənilməsi, sanitariya və gigiyena şəraitinin, həmçinin ətraf mühitin yaxşılaşdırılması, insan üçün layiqli həyat şəraitinin təmin edilməsi məqsədi ilə 225-dən çox tədbir həyata keçirilib”.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Sərəncamın əhəmiyyətindən danışan Aydın Hüseynovun sözlərinə görə, bu, sosial islahatlar Azərbaycanın uğurlu iqtisadiyyatının məntiqi nəticəsidir. “Sosial siyasətin mühüm bir sahəsi olan əhalinin sosial müdafiəsi məsələsində, konkret olaraq pensiya, sığorta, əlillərin sosial müdafiəsi, aztəminatlı insanlara ünvanlı yardım verilməsi sahəsində kifayət qədər zəngin və möhkəm hüquqi baza yaradılıb. Bu yöndə islahatlar uğurla davam etdirilir. 2006-cı ildə əmək pensiyaları, dövlət müavinətləri, daha sonra 2007-ci ildə ünvanlı sosial yardım haqqında qanunların qəbul edilməsi ilə aztəminatlı insanların sosial təminatının hüquqi əsasları formalaşdırılıb. Bütün bunlar nəticəsində Azərbaycan uzun illər Sovet sistemində tətbiq etdiyi pensiya ödənilməsində həmrəylik prinsipindən imtina etdi və bazar iqtisadiyyatına uyğun olaraq yeni pensiya sisteminə keçib”.
Onun sözlərinə görə, həyata keçirilən islahatların məqsədi insanların maraqlarının daha yaxşı səviyyədə təmin olunmasıdır və təbii ki, belə olan təqdirdə həyata keçirilən sosial siyasət cəmiyyət tərəfindən dəstəklənir: “Artıq pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi bir neçə ildir aparılır. İndeksləşdirmə həyata keçirilərkən əvvəlki ilin inflyasiya göstəriciləri nəzərə alınır. Yəni, inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyaların sığorta hissəsi artırılır”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

