Mübariz Qurbanlı: Fəxri adın alınması Əkrəm Naibovun fəaliyyətinin məntiqi sonluğu idi
08.02.2013 [01:24]
Yeni Azərbaycan Partiyası (YAP) yazıçı Əkrəm Əylislinin Azərbaycan Prezidentinin fərdi təqaüdü və “Xalq yazıçısı” fəxri adından məhrum edilməsini alqışlayıb.
“Azərbaycan xalqının mədəniyyətinin inkişafında əməyi olan insanlara Azərbaycan Prezidenti tərəfindən müxtəlif adlar, titullar verilir. Bu cür adlar verilən adamlar öz fəaliyyətində xalqına, millətinə xidmət göstərməlidir. Amma Əkrəm Əylisli ona göstərilən etimadı doğrultmadı, özünun yazdığı “Daş yuxular” “əsərində” Azərbaycan tarixini təhrif etdi”. Bunu “Trend”-ə Prezident İlham Əliyevin Əkrəm Əylislinin Azərbaycan Prezidentinin fərdi təqaüdü və “Xalq yazıçısı” fəxri adından məhrum edilməsinə dair sərəncamlarını şərh edərkən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Əkrəm Əylisli bu “əsəri” ilə Azərbaycan xalqını aşağılatdı, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yanlış erməni versiyasını bir daha bədii obrazlar qismində ifadə etdi.
“Həmçinin, Əkrəm Əylisli ermənilərin Azərbaycana ərazi iddialarını yenə də özünün yaratdığı bədii obrazın dili ilə təsdiq etdi. Yazdığı, üzə çıxardığı, rus dilində nəşr etdirdiyi “Daş yuxular” əsərində Azərbaycanın bütün tarixi keçmişini təhrif etdi, düşmən, təcavüzkar Ermənistana, Xocalı faciəsini törədən ermənilərə, 250 mindən çox azərbaycanlını öz doğma yurdlarından, tarixi Qərbi Azərbaycandan çıxaran ermənilərə, 1 milyondan artıq azərbaycanlının qaçqın düşməsinə bais olan millətçi ermənilərə bəraət qazandırdı, dinimizi aşağıladı, erməni kilsəsi olmayan Əylis kəndində erməni kilsələrinin olması haqqında yanlış fikirlər yazdı”, - deyə millət vəkili bildirib.
Mübariz Qurbanlı hesab edir ki, bu səbəbdən Azərbaycanın ictimai rəyi bunu qətiyyətlə pislədi.
“Azərbaycan vətəndaşlarının istəklərini, Prezidentə müraciətlərini nəzərə alaraq, cənab Prezident Əkrəm Naibovu “Xalq yazıçısı” titulundan məhrum etdi. Ona görə Naibov deyirəm ki, Əylis camaatı ona Əylisli deyilməsini istəmir. Hesab edirəm ki, doğru, düzgün Sərəncam verildi. Prezidentin Sərəncamını Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti dəstəkləyir. Mən indi bu Sərəncamdan sonra internet saytlarda, sosial şəbəkələrdə rəyləri oxudum - böyük əksəriyyət belə bir addımı dəstəkləyir və müdafiə edir, çünki bu, Əkrəm Naibovun fəaliyyətinin məntiqi sonluğu idi və özü öz əməyi ilə ona göstərilən etimadı doğrultmadığına görə bu addan məhrum edildi”, - deyə M.Qurbanlı qeyd edib.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48

