“Müxalifət də Əkrəm Naibov kimi düşünür”
14.02.2013 [01:34]
Siyasətçilərin “Daş yuxular” barədə fikirləri
Məlum olduğu kimi, Əkrəm Naibovun “Daş yuxular” romanı cəmiyyətdə ciddi narazılıq doğurub. Bu da səbəbsiz deyil. Çünki sözügedən romanda Azərbaycan xalqı təhqir olunub, tariximiz düşmən ermənilərin xeyrinə saxtalaşdırılıb. Lakin təəssüflər olsun ki, ölkəmizdə bəzi şəxslər, həmçinin, dağıdıcı müxalifət Əkrəm Naibovun ermənipərəst addımını müdafiə edirlər. Bəs siyasətçilər, partiya funksionerləri bu barədə nə düşünürlər?
“Ataların bir sözü var: axsaq atın kor nalbəndi olar. Əkrəm Naibovu müdafiə edən elə onun tayıdır”, - bunu məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
“Əkrəmi müdafiə edənlərə Allah ağıl versin ki, erməni əhval-ruhiyyəsində kitab nəşr edən bir şəxsi müdafiə edirlər. Əkrəmə qarşı bu gün Azərbaycanda hansısa bir təhlükə yoxdur. Ona görə, onu müdafiə etmək anormal hərəkətdir. Əkrəmi kimdən və nədən müdafiə edirlər? Əkrəm xalqımıza uzun müddət ziyan vuracaq bir kitabı ortaya qoyub. Bu kitabın bədii məziyyətləri də hamıya bəllidir. Onu müdafiə edənlər gərək o kitabı bir də oxusunlar. Kiminsə bu kitabdan xəbəri olubsa və bu kitabın çap olunmasına rəvac veribsə, onlar elə Əkrəmin tayıdırlar” - deyə, millət vəkili bildirib.
Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc da Əkrəm Naibovu müdafiə edənlərin milli maraqlarımıza qarşı çıxdıqlarını bildirib. Onun sözlərinə görə, Eldar Namazovun dəstəsi son hadisələrin gedişində tutduğu mövqeyə görə, özünü cəmiyyətdən tamamilə təcrid etdi. Millət vəkili deyib ki, “Ziyalılar forumu” adlanan qurumda cəmləşənlər bir tərəfdən insanların rəyini, bütövlükdə milli platformanı dəstəklədiklərini iddia etsələr də, hadisələrin gedişində onların seyrçilik mövqeyi, bir sıra hallarda isə məsələnin başqa tərəflərinin qabardılması bunu göstərdi ki, bu ümumxalq platformasına çevrilməyə qadir olmayan bir təşkilatdır: “Qeyri-müntəzəmlik, sistemsizlik, ardıcıllığın olmaması da insanların nəzərində çox ciddi problemlər yaradır. Daimi fəaliyyət göstərən bir mexanizmə çevrilə bilməmək o deməkdir ki, vətəndaşlar nə mənəvi, nə də siyasi cəhətdən, hətta bu hadisələr fonunda ədəbi cəhətdən də, özünün fundamental mövqeyini onlardan gözləyə bilməz. Eləcə də, “İctimai palata” da uzun müddətdir guya parlamentin alternativi kimi çalışdığını iddia edirdi. Amma xalqın təsirləri, təzyiqləri fonunda ən azı bir əsərə münasibətlə “Ziyalılar forumu” ilə eyni dili bölüşməyə çalışdılar. Bu, həmin insanların mənəvi mövqeləridir. Bundan sonrakı dönəmdə hansısa yeni mövzunu uydurmalarına və onu öz mübarizə cəbhələrinə götürmələrinə ehtiyacları olacaq ki, ondan insanların məhəlli səviyyəsində diqqətini qazana bilsinlər”.
Millət vəkili əlavə edib ki, bu əsərin sadəcə, günün birində Rusiyada peyda olmadığı haqqında yetərli informasiyalar var: “Əkrəm Naibov əvvəldən öz yaxın çevrəsində bu əsərin oxunmasını təşkil etmiş və guya ilk təqdimatı onların çevrəsində etmişdir. Bu barədə o məlumatları gizlətmir. Odur ki, “Ziyalılar forumu”nu və “İctimai palata”nı “Daş yuxular”ı ədəbi və bədii cəhətdən bəyənmiş bir forum və qurum saymaq olar. Məhz onların xeyir-duası ilə “Daş yuxular”ın işıq üzü gördüyünü demək olar”.
“Əgər bu gün kimsə Azərbaycan xalqına, dövlətinə düşmən mövqedə duran Əkrəm Naibovu müdafiə edirsə, onun mövqeyi ilə Naibovun mövqeyində fərq yoxdur”. Bunu isə millət vəkili Elman Məmmədov deyib.
“Əgər Azərbaycan torpaqlarını işğal edən, uzun illərboyu türklərə qarşı soyqırımlar, qırğınlar törədən, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salan ermənilərin tərəfində duraraq Naibovu tərifləyib, müdafiə edirlərsə, bu, o deməkdir ki, onun ünvanına deyilən sözlər həm də onu müdafiə edənlərə də deyilir” deyə, E.Məmmədov bildirib.
Millət vəkili Jalə Əliyeva da bu qənaətdədir ki, sözügedən əsərə heç bir halda haqq qazandırıla bilməz: “Bu mümkün də deyil”.
Onun sözlərinə görə, bu gün Əkrəm Naibovu müdafiə edənlər bununla humanist hisslərdən çıxış etmək istəyirlərsə elə məsələlər var ki, orda humanizm gülünc görünə bilər: “Humanizmdən o vaxt danışıla bilər ki, həqiqətən də əsər ali hisslər üzərində qurulmuş olsun. Bir əsərdə ki, illərdən bəri hüquqları tapdalanmış, alçaldılmış, təhqir edilmiş, yurd-yuvalarından qovulmuş bir xalqın əzab-əziyyətlərinin üstündən xətt çəkilib, bir çox titulları olan, öz xalqı və dövləti tərəfindən yüksək mükafatlandırılan bir yazıçı öz xalqının bu əzablarının üstündən xətt çəkib, görməzlikdən gələrək bu bəlaları ona yaşadan tərəfə öz cümlələrində haqq qazandırırsa, bunun artıq humanizmlə, insanpərvərlikdə heç bir əlaqəsi yoxdur. Ə.Naibovun qələmindən belə bir əsərin çıxmasından çox üzülürəm. İstərdim ki, “İctimai Palata”da toplanan insanlar da bu şəkildə ədalətli bir mövqe sərgiləsinlər. Onların ziddiyyətli mövqedə olmaları heç bir ölçüyə sığmır. Ən azından, bu əsəri bir daha vərəqləyib, fikirləşməlidirlər”.
Politoloq Cümşüd Nuriyev də deyib ki, “Ziyalılar forumu” Əkrəm Naibovun kitabından öncədən məlumatlı olub. Eyni zamanda, “İctimai Palata”nın da sözügedən məsələyə münasibətini qəbuledilməz sayan politoloq deyib ki, “Bu palata o günə qalıb ki, erməniləri təbliğ edən, erməni tarixini bir növ Azərbaycanın hesabına zənginləşdirən bir əsərlə bağlı söz azadlığını dəstəkləmək məsələsini gündəmə gətirib. Bir tərəfdən bildirirlər ki, bu əsərdəki fikirlər ilə razılaşmırıq, digər tərəfdən isə, deyirlər ki, söz azadlığı olmalıdır. Bu söz azadlığı onların liderləri olan Əbülfəz Elçibəyi biabırçı şəkildə, açıq mətnlə biabır edir. Belə çıxır ki, bu insanlarda mənəviyyat yoxdur. Əgər ölkənin, xalqın apardığı bir hərəkatı Əkrəm Naibovun qələmə verdiyi kimi qəbul edirlərsə, onda Əkrəm Naibovun onlar haqqında söylədiyi sözləri də qəbul edirlər. Özünə, nəslinə, xalqına hörməti olan insan Əkrəm Naibovu müdafiə edə, dəstəkləyə bilməz. Onlar Əkrəm Naibov kimi erməni dəyirmanına su tökürlər. Onların bu addımının Ermənistan Yazıçılar Birliyinin atdığı addımla heç bir fərqi yoxdur. “İctimai palata”nın öz dövlətinə, xalqına hörməti yoxdur. Əksinə, ermənilərə yarınmaqdan başqa bir şey deyil”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli də “İctimai palata” adlanan qurumun Əkrəm Naibovun ermənipərəst mövqeyini dəstəkləməsini kəskin tənqid edib: “Əkrəm Naibovun “Daş yuxular” əsəri bir neçə adama göndərilmiş bir kitabdır. Görünür ki, bu adamlar adlarının orada çəkilməsinə razı olmayıblar. “İctimai palata”nın böyük bir hissəsinin öncədən bu kitabdan xəbəri və məlumatı olub. Qeyd edim ki, bu kitab hissə-hissə tərtib olunub. Bu kitab yazılan zaman “İctimai palata”dakı insanlarla məsləhətləşmələr olub. Çünki həmin insanlar Əkrəm Naibovun dostlarıdır. “İctimai palata”nın xalqı aşağılayan bu insanı müdafiə etməsi bir daha göstərir ki, bu qurum qeyri-səmimi bir qurumdur”.
ASDP sədri Araz Əlizadə isə deyib ki, Əkrəm Naibovu müdafiə edənlərin özəl məqsədləri var: “Əkrəm Naibovu müdafiə edənlər gözləyirlər ki, onlara “əhsən” desinlər. Çünki Ə.Naibov da bu əsəri yazanda elə bilirdi ki, ona “əhsən” deyəcəklər. Onu müdafiə edənlər pul güdürlər. Çünki bu cür məsələlərlə bağlı hər hansı müdafiə komitəsi yaradılanda onu xaricdən maliyyələşdirməyə başlayırlar. Necə o əsərin yazılmasında pul əsas idi, onun müdafiəsində də pul əsasdır”.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

