Fransa və Niderlanda çağırış!
16.11.2024 [09:28]
COP29 çərçivəsində bu ölkələrdən ətraf mühitə ziyan vuran bütün qeyri-qanuni fəaliyyətlərin dayandırılması tələb olunub
Məlumdur ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu Qərb ölkələri tərəfindən törədilib. Bu baxımdan, Fransanın və Niderlandın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı bu ölkələrin qul siyasətinin qurbanı olub.
Ümumiyyətlə, kolonializm siyasətinin fəsadlarını müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Mənfi nəticələr yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, məhəl qoymurlar. Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Bu məsələdə Niderland da Fransadan geri qalmır.
Azərbaycan bu problemlə bağlı prinsipial mövqe nümayiş etdirir və Fransa kimi ölkələrin müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş həmin tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib.
Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi üçün çoxlu sayda beynəlxalq konfrans keçirib. Bu tədbirlər həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda reallaşdırılıb. Belə tədbirlərdən biri də Bakıda COP29 çərçivəsində baş tutub. Bakı Təşəbbüs Qrupu (BTQ) və SAHEL Konfederasiyasını təmsil edən ASRAD təşkilatı COP29 çərçivəsində “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda tədbir keçirib. Tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunub.
Tədbirdə Fransanın Afrikadakı keçmiş müstəmləkələrindən, digər fransız dənizaşırı ərazilərindən, Niderland koloniyalarından olan nümayəndələr, xarici və yerli jurnalistlər iştirak ediblər. Çıxışlarda müstəmləkəçilikdən miras qalan qeyri-bərabərlik, resursların ədalətsiz və qanunsuz istifadəsi, qitənin inkişafını ləngidən səbəblər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin investisiya sahəsində yaranan problemlər, dayanıqlı inkişaf və kənar müdaxilə olmadan Afrikada investisiyaların perspektivləri müzakirə olunub.
Tədbirdə müstəmləkəçiliyin hazırda planetimizin üzləşdiyi dağıdıcı iqlim böhranına mənfi təsirləri xüsusi vurğulanıb. Müstəmləkəçiliyin Afrika ölkələrinin, dənizaşırı ərazilərin artıq daha tez-tez üzləşdiyi dağıdıcı iqlim hadisələrinə dərin və davamlı mənfi təsirlərinin gözardı edilməsi şiddətlə qınanılıb. Müstəmləkəçiliyin Afrika ölkələrində, eləcə də dənizaşırı ərazilərdə bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, mədəniyyətdə, siyasətdə, ətraf mühitdə dərin mənfi izlər qoyduğu qeyd edilib. Bildirilib ki, müstəmləkəçiliyin bu ölkələrdə yaratdığı sosial və siyasi nizamsızlıq, iqtisadi istismar və yoxsullaşma, yerli xalqların mədəniyyətlərinin və milli kimliyinin itirilməsi, etnik bölünmə və icmalar arasında gərginliyin yaradılması siyasəti, ətraf mühitin deqradasiyası, iqtisadi və siyasi asılılığın mirası kimi bir çox mənfi təsirlər artıq dözülməz həddə çatıb. Buna baxmayaraq, yerli xalqlar iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə bağlı müstəqil qərarlar qəbul edə bilmirlər. Müstəmləkəçilik bu ölkələrin strukturunu dağıdıb, onları xaricdən idarə olunan sistemlə əvəzləyib. Nəticədə həmin xalqların qərar qəbuletmə səlahiyyətləri onlardan alınıb.
Çıxışlarda qeyd olunub ki, müstəmləkəçiliyin əsas məqsədi Afrika ölkələrinin və dənizaşırı ərazilərin zəngin təbii ehtiyatlarını istismar etməkdir. Müstəmləkə istismarı ətraf mühiti çirkləndirən intensiv kənd təsərrüfatı və mədənçilik sahələrində daha ağır nəticələr doğurur. Monokultura torpağı tükəndirib, bəzi ölkələrdə və ərazilərdə səhralaşmaya səbəb olub. Müstəmləkə dövründə başlayan bu ekoloji deqradasiya bu gün də kənd təsərrüfatına və dolanışıq vasitələrinə təsir edir, ərzaq təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
Tədbir iştirakçıları Fransanın və Niderlandın müstəmləkəsi altında olan ölkə və ərazilərdə ətraf mühitə ziyan vuran bütün qeyri-qanuni fəaliyyətlərin dayandırılması, yerli xalqların hüquqlarına hörmətlə yanaşılması ilə bağlı çağırış ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

