/ / Con Patterson: Britaniya Baş nazirinin Azərbaycana səfəri münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisidir
Con Patterson: Britaniya Baş nazirinin Azərbaycana səfəri münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisidir
16.11.2024 [10:24]
“Britaniyanın Baş naziri Kir Starmerin COP29 çərçivəsində Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisidir”.
Bu sözləri Britaniya Ticarət Palatasının Azərbaycan bölməsinin sədri Con Patterson AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib. Con Patterson Baş nazirin Bakıya səfərini yüksək qiymətləndirib:
“Baş nazir Kir Starmerin Azərbaycana gəlməsi böyük əhəmiyyət kəsb edir. O, Böyük Britaniyanın emissiya hədəfləri barədə çox açıq şəkildə danışdı. Bu, həm Böyük Britaniya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini, həm də bu əməkdaşlığın davamlı inkişafını göstərir”, - deyə o qeyd edib.
C.Patterson vurğulayıb ki, Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl texnologiyalara və təcrübəyə malikdir. O qeyd edib ki, Azərbaycanın günəş enerjisi potensialı çox böyükdür və bu sahədə Britaniya şirkətləri texnoloji həllər təqdim edərək Azərbaycanın bərpaolunan enerji mənbələrinə keçidinə dəstək ola bilər:
“Azərbaycan günəşli ölkədir və günəş enerjisindən istifadə çox əlverişlidir. Bundan başqa, hidroenerji potensialı da yüksəkdir. Britaniya şirkətləri bu sahələrdə lazımi dəstəyi göstərə bilərlər”.
O deyib ki, artıq COP29 çərçivəsində Böyük Britaniya və Azərbaycan şirkətləri arasında bir sıra razılaşmalar imzalanıb. Con Patterson, həmçinin COP29-un Azərbaycan üçün böyük uğur olduğunu vurğulayıb:
“Sammit çox qısa zaman ərzində mükəmməl təşkil edilib. Bu, Azərbaycan üçün qürurverici bir göstəricidir”,- deyə o qeyd edib.
O əlavə edib ki, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə istiqamətində mühüm tədbirlər keçirilir. O, Azərbaycanın bərpaolunan enerji potensialını inkişaf etdirmək üçün böyük imkanlara malik olduğunu və bu istiqamətdə Böyük Britaniyanın dəstəyinin mühüm rol oynayacağını vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

