Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri başa çatıb
01.03.2013 [01:31]
Naxçıvan Muxtar Respublikası ilə tanışlıq Gürcüstan Prezidentində xoş təəssürat yaradıb
Azərbaycana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Saakaşvili fevralın 28-də Naxçıvan Muxtar Respublikasına yola düşüb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstan Prezidenti Mixeil Saakaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
* * *
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili dünən Naxçıvana gəlib.
Naxçıvan Beynəlxalq Hava Limanında Prezident Mixeil Saakaşvilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
* * *
Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvana gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvili muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb.
Ali Məclisin sədri Muxtar Respublikanın statusu, ərazisi, əhalisi, idarəetmə quruluşu, elm və təhsil müəssisələri, sosial-iqtisadi inkişafı barədə ali qonağa ətraflı məlumat verib. Vasif Talıbov bildirib ki, Azərbaycan və gürcü xalqları ən qədim dövrdən sıx dostluq münasibətlərinə malik olublar. Naxçıvan və Acarıstan muxtar respublikaları arasında dostluq əlaqələrinin hazırki səviyyəsi məmnunluq doğurur. Naxçıvan və Acarıstan muxtar respublikaları arasında mədəniyyət, turizm, təhsil, səhiyyə, iqtisadiyyat, ticarət, sənaye və nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı əsaslar var.
Naxçıvana səfərindən məmnunluğunu bildirən Gürcüstan Prezidenti Mixeil Saakaşvili Ulu öndər Heydər Əliyevin iki ölkə arasındakı əlaqələrin inkişafına misilsiz töhfələr verdiyini vurğulayıb. Gürcüstan Prezidenti Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının sürətlə inkişaf etdiyini bildirib. “Azərbaycanlılar ölkələrini çox sevirlər” deyən Mixeil Saakaşvili Bakıda Prezident İlham Əliyev ilə uğurlu görüşlər keçirdiyini qeyd edib. Vurğulayıb ki, ölkəsini belə inkişaf etdirmək hər bir liderin arzusudur. İnanıram ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcək.
* * *
Görüşdən sonra Gürcüstan Prezidenti Mixeil Saakaşvili muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov ilə birlikdə Naxçıvan şəhərini gəzib.
Şəhərlə tanışlıq xalqımızın Ulu öndəri Heydər Əliyevin Naxçıvandakı abidəsinin ziyarət edilməsi ilə başlanıb.
Gürcüstan Prezidenti Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Sonra ali qonaq Heydər Əliyev Muzeyi ilə tanış olub.
Məlumat verilib ki, Heydər Əliyev Muzeyi Ulu öndərin həyat və fəaliyyətinin, siyasi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Muzeydə nümayiş etdirilən eksponatlar Ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi mənalı həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeyin fondunda 4255 eksponat toplanıb ki, onların da əksəriyyəti ilk dəfə olaraq məhz burada nümayiş etdirilir. Muzeydə kitabxana da fəaliyyət göstərir.
Prezident Mixeil Saakaşvili Ulu öndərin zəngin siyasi fəaliyyətinə həsr olunmuş filmə baxıb.
* * *
Daha sonra Gürcüstan Prezidenti Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təhsil alan tələbələrlə görüşüb.
Ali qonağa məlumat verilib ki, 1967-ci ildə yaradılan Naxçıvan Dövlət Universiteti bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Son illər müasir tədris korpusları, idman kompleksi, tələbə yataqxanası, idman meydançaları, konservatoriya, elektron kitabxana, universitet xəstəxanası, tələbə sosial-məişət kompleksi tikilib, geniş ərazidə zəngin maddi-texniki bazaya malik universitet şəhərciyi salınıb. Hazırda universitetdə 11 fakültə üzrə 5 mindən artıq tələbə təhsil alır. Onların 300-dən çoxu xarici ölkə vətəndaşıdır. Naxçıvan Dövlət Universitetinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə geniş əməkdaşlıq əlaqələri var.
Qeyd olunub ki, 2012-ci ilin iyununda NDU ilə Şota Rustaveli adına Batumi Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə hər iki universitet arasında qarşılıqlı elmi əlaqələrin yaradılması məsələləri müzakirə edilib, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın həyata keçirilməsi və əlaqələrin inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, 2012-2013-cü tədris ilinin birinci semestrində Naxçıvan Dövlət Universitetinin 4 tələbəsi Batumi Dövlət Universitetində təhsil alıb. Hazırda isə Batumi Dövlət Universitetinin 4 tələbəsi Naxçıvan Dövlət Universitetində bu semestr ərzində təhsillərini davam etdirir.
Prezident Mixeil Saakaşvili universitetin yerli və xarici tələbələri ilə, o cümlədən acarıstanlı tələbələrlə söhbət edib, onlara təhsillərində uğurlar arzulayıb.
* * *
Naxçıvan ilə tanışlıq çərçivəsində Gürcüstan Prezidenti “Gəmiqaya” mebel fabrikində də olub.
Ali Məclisin sədri Vasif Talıbov Prezident Mixeil Saakaşviliyə məlumat verib ki, son illər muxtar respublikada bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması sənaye sektorunun sürətli inkişafına təkan verib. Hazırda muxtar respublikada 450-yə yaxın yeni sənaye müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən biri də “Gəmiqaya” mebel fabrikidir. Sənaye sektorunda aparılan uğurlu islahatların nəticəsidir ki, 2012-ci ildə 796 milyon manata yaxın sənaye məhsulu istehsal edilib. Bunun da 93 faizə qədəri özəl bölmənin payına düşür.
Fabrik müasir modeldə bütün növ mebel avadanlığının istehsalı üzrə ixtisaslaşıb. Burada avanqard, klassik və modern üslubda yumşaq mebellər, uşaq otağı mebelləri, yataq dəstləri, ofis, divarboyu və mətbəx mebelləri istehsal olunur. Məhsulların çeşidlərinin çoxluğu, müasir dizayn, keyfiyyətə daimi nəzarət “Gəmiqaya” mebel fabrikinin əsas fərqləndirici xüsusiyyətlərindən biridir. İstehsal prosesində yalnız yüksək keyfiyyətli və bütün ekoloji norma və tələblərə cavab verən materiallardan istifadə olunması, məhsulların keyfiyyətinə istehsal prosesinin hər bir mərhələsində nəzarət edilməsi alıcıların razılığı ilə qarşılanır. Burada istənilən zövq və tələbə uyğun münasib qiymətlərlə sifarişlər də qəbul olunur. Hazırda müəssisənin Naxçıvan şəhərində satış mağazası, Bakıda, Sumqayıtda və Ordubadda, eləcə də Goranboy rayonunda satış üzrə filialları mövcuddur. Müəssisənin Gürcüstanın Tbilisi və Batumi şəhərlərində də satış mərkəzləri yaradılıb.
Prezident Mixeil Saakaşvili burada hazır məhsullara baxıb, istehsal prosesi ilə tanış olub.
Ali qonağa xatirə hədiyyəsi təqdim edilib.
* * *
Gürcüstan Prezidenti daha sonra “Gəmiqaya” qida məhsulları sənaye kompleksi ilə tanış olub.
Prezident Mixeil Saakaşviliyə məlumat verilib ki, yerli xammalla işləyən müəssisə muxtar respublikanın iri sənaye obyektlərindən biridir. Burada müxtəlif növ meyvə şirələri və şərablar istehsal olunur. Hazır məhsullar muxtar respublikanın daxili tələbatını tamamilə ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilir. Müəssisədə qabaqcıl ölkələrin istehsalı olan ən müasir texnoloji avadanlıq quraşdırılıb ki, bu da yüksək keyfiyyətli məhsul istehsalına imkan verir.
Gürcüstan Prezidenti müəssisədə istehsal prosesini izləyib və hazır məhsulların dadına baxıb.
* * *
Dünən Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərinin yekunları ilə bağlı Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) və Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib. Gürcüstan dövlətinin başçısı deyib: “Mən Naxçıvana səfərimin zəngin təəssüratı altındayam. Burada bizi Ali Məclisin sədri Vasif Talıbov sevinclə qarşıladı. Demək istərdim ki, Naxçıvan haqqında çox eşitmişdim, amma gördüklərim eşitdiklərimdən qat-qat üstündür. Ona görə ki, burada həm Heydər Əliyevin, həm Prezident İlham Əliyevin dəst-xətti çox aydın görünür, həm də mənim gördüyüm bütün müəssisələrdə, universitetdə, baxdığım yerli infrastrukturlarda azərbaycanlıların öz torpaqlarını nə qədər sevdikləri, zəhmətkeş, Vətənlərinin hər qarışına nə qədər qayğı göstərdikləri, onu nə qədər inkişaf etdirmək istədikləri çox aydın müşahidə olunur.
Mən Naxçıvan Universitetində oxuyan gürcü tələbələrlə söhbət etdim. Onlar həddindən artıq razıdırlar. Azərbaycan ali təhsil müəssisəsində azərbaycanlı müəllimlərin, tələbə dostlarının onlar üçün yaratdıqları şəraitdən heyran qalıblar. Hörmətli Vasif Talıbovun təşəbbüsü ilə bir neçə aydan bir astma xəstəliyindən əziyyət çəkən uşaqları buraya gətirirlər, onlar yerli kurort şəraitində müalicə olunurlar, bu, isə onlar üçün çox vacibdir.
Mən heyranlığımı gizlədə bilmirəm. Dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakının mərkəzində gəzəndə bütün gördüklərindən heyrətə gəlirsən. Düşünmək olar ki, Bakı paytaxt şəhəridir və ona görə buraya yüksək diqqət yetirirlər. Lakin əgər möhtəşəm, əzəmətli Bakıdan başqa həqiqətən digər yerləri görmək istəyirsənsə, onda Naxçıvana da gəlmək lazımdır. Burada hər bir yeni müəssisəyə, hər yeni binaya insanların ürəyinin zərrəsi qoyulub”.
Müasir Azərbaycanın inkişafında Prezident İlham Əliyevin xidmətlərindən danışan Mixeil Saakaşvili ölkəmizin Gürcüstan üçün vacib tərəfdaş olduğunu vurğulayaraq bildirib: “Gürcüstan üçün Azərbaycan mühüm müttəfiqdir. Ona görə ki, heç bir dövlət Gürcüstan üçün Azərbaycan qədər iş görməyib, dünyanın heç bir lideri son illər ərzində İlham Əliyev qədər iş görməyib. Düşünürəm ki, biz bunu göz bəbəyimiz kimi qorumalıyıq.
Mən Naxçıvana bu səfərimi ömrüm boyu yadda saxlayacağam. Ona görə ki, çox böyük təəssürat aldım, çox böyük sevinclə qarşılandım. Mən yerli insanlara xoşbəxt gələcək arzulamaq istəyirəm”.
* * *
Dünən Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Naxçıvan Beynəlxalq Hava Limanından Prezident Mixeil Saakaşvilini muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov yola salıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09

