/ / Milli Məclis Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirir
Milli Məclis Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirir
06.03.2013 [00:42]
Millət vəkilləri hesab edirlər ki, bu fəaliyyət gələcəkdə daha yüksək nəticələrin əldə olunmasına gətirib çıxaracaq
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı dünyanın əksər dövlətlərində anım mərasimləri və toplantılar keçirilib. Bir çox ölkələrdə Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul olunub: “Tariximizin qara səhifəsi olan Xocalı faciəsinin dünya miqyasında tanınması üçün görülən işlər ildən-ilə genişlənir. Prezident İlham Əliyevin xarici siyasətinin təntənəsi kimi deyə bilərik ki, bir çox ölkələrin 40-50 ildə keçdiyi yolu biz çox qısa zamanda sürətlə keçirik”.
O.Əsədov xatırladıb ki, Xocalı soyqırımı ilk olaraq Pakistan, Meksika və Kolumbiya parlamentləri tərəfindən tanınıb. Onun sözlərinə görə, artıq ABŞ-ın 7 ştatı da Xocalı qətliamını tanıyıb. Bundan başqa son vaxtlar Bosniya və Herseqovina parlamentində müvafiq qətnamə qəbul edilib. Eləcə də, Çexiya, Rumıniya, Serbiya parlamentlərində də Xocalı soyqırımı anılıb: “Bütün bunlar Azərbaycanın xarici siyasətinin təntənəsidir. Bu bir daha sübut edir ki, Azərbaycan həqiqətlərini, Xocalı soyqrımını dünyada tanıtmaq istiqamətində yüksək səviyyədə iş aparılır. Bu işdə zəhməti olan bütün insanlara təşəkkür edirəm. Əminəm ki, Azərbaycan həqiqətləri ildən-ilə özünü dünyada daha çox tanıtdıracaq və qəbul olunacaq”.
O.Əsədov Xocalı faciəsi ilə bağlı qərarlar qəbul edən ölkələrin parlament rəhbərlərinə təşəkkür məktubunun göndəriləcəyini də bildirib.
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Fondunun sədri, millət vəkili Azay Quliyev də Xocalı soyqırımının dünyada tanıdılması işini təqdir edib. Onun fikrincə, görülən işlər gələcəkdə daha ciddi nəticələr verəcək.
“Bir yalanı ermənilər yüz ildir ki, yorulmadan dünyaya yaymaq istəyirlər. Amma Ulu öndərimiz Heydər Əliyev Azərbaycana qarşı informasiya blokadasını darmadağın edərək ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında müstəsna xidmətlər göstərdi”. Bunu isə YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində artıq qısa müddət ərzində Xocalı faciəsi ilə bağlı həqiqətlər dünyada tanınır. Onun fikrincə, bu fəaliyyətin nəticəsidir ki, erməni lobbisinin beşiyi olan ABŞ-ın 7 ştatı Xocalı qətliamını tanıyıb: “Eləcə də, ayrı-ayrı ölkələrin parlamentlərində Azərbaycanın haqlı işinə dəstək olaraq qətiyyətli mövqelər sərgilənir. Hesab edirəm ki, biz bu işimizi yalnız təkcə fevral ayında deyil, bütün il boyu aparmalı, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstəkçi olmalıyıq”.
Millət vəkili Musa Qasımlı da çıxışında xaricdə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirlər barədə danışıb. Onun fikrincə, bütün bu işlər Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir: “Bu yöndə fəaliyyət dövlət və xalq olaraq bizim güclü birliyimizi göstərir. Bu amil gələcək işlərimiz üçün də yaxşı zəmindir”.
M.Qasımlı, həmçinin, bəzi KİV-lərdə Azərbaycan vətəndaşlarının milli azlıq, etnik qruplar kimi təqdim olunmasına etirazını bildirib. Millət vəkilinin sözlərinə görə, bu yanaşma təhlükəli tendensiyadır: “Hamımız Azərbaycan Respublikasının vətəndaşlarıyıq, azərbaycanlıyıq. Belə ayrıseçkilik dövlət və xalq kimi birliyimizə xələl gətirə bilər. Hesab edirəm ki, müvafiq orqanlar belə təhlükəli tendensiyaların qarşısını qətiyyətlə almalıdır”.
Məsələ ilə bağlı spiker Oqtay Əsədov deyib ki, belə pozucu qüvvələr bəzi xarici dairələr tərəfindən təlimatlandırılır. Sədr qeyd edib ki, bu hallara qarşı bütövlükdə cəmiyyətimiz mübarizə aparmalıdır.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Fransa parlamentinin binasında keçirilən tədbir zamanı iki azərbaycanlı gəncin döyülməsinə münasibət bildirib: “Hadisə ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi operativ reaksiya verib. Amma hadisə Fransa parlamentində baş verdiyi üçün hesab edirəm ki, Milli Məclis tərəfindən də münasibət bildirilməlidir”.
Azərbaycanlı gənclərin Fransada döyülməsi faktı ilə əlaqədar spiker Oqtay Əsədov diqqətə çatdırıb ki, bu qanunsuzluq Fransa parlamentinin bir zalında baş verib və Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələ ilə bağlı Fransa tərəfinə öz etirazını bəyan edib: “Məsələ ilə bağlı artıq ciyanət işi açılıb. Ona görə də, bir qədər gözləmək gərəkdir. Nəticə bilindikdən sonra Milli Məclis öz mövqeyini açıqlaya bilər”.
Millət vəkili Qənirə Paşayeva isə təklif edib ki, Qarabağ əlillərinin dövlət ali və orta ixtisas məktəblərində oxuyan övladları təhsil haqqından azad olunsun.
Millət vəkilləri Bəxtiyar Əliyev və Asəf Hacıyev də çıxışlarında Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlərə münasibət bildiriblər. Çıxışlarda qeyd olunub ki, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində aparılan işlər artıq dünyada ermənilərin uydurma “soyqırım” iddialarını arxa plana keçirib. Dünya Azərbaycan həqiqətləri ilə tanış olur və Ermənistan təcavüzkar ölkə kimi ifşa edilir. Bütün bunlar Azərbaycan həqiqətlərinə dünya dövlətlərinin verdiyi qiymətdir. Qəbul olunan qətnamələrin əksəriyyətində isə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsi tələb olunur. Deputatlar bildiriblər ki, Azərbaycan diplomatiyasının qələbəsi get-gedə geniş vüsət alır. Qeyd olunub ki, faciənin 20-ci ildönümü zamanı Bakıda təşkil olunan ümumxalq yürüşü zamanı Azərbaycan Prezidentinin xalqın önündə getməsi də bir çox dövlətlər və anti-azərbaycançı qüvvələr üçün xəbərdarlıq oldu. Həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası ciddi nəticələr verməkdədir.
Daha sonra millət vəkilləri gündəlikdəki məsələləri müzakirə ediblər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Məlumat azadlığı haqqında” və digər qanunlara dəyişikliklər edilib.
İclasda, həmçinin, Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında qanun layihəsi də qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

