Milli Məclisin iclasında...
28.11.2024 [09:36]
2025-ci ilin büdcə zərfinə daxil olan məsələlər birinci oxunuşda qəbul olunub
Noyabrın 27-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda əvvəlcə 2025-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib. Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsi ilə bağlı deputatlar fikir və təkliflərini irəli sürüblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev millət vəkillərinin suallarına cavab olaraq bildirib ki, son 5 ildə Azərbaycanda əlilliyə görə orta pensiya 2,3 dəfə, sosial müavinətlər isə 3,5 dəfə artıb: “Azərbaycanda əlilliyə görə 541 min nəfər sosial ödəniş alır. Bunun 256 mini pensiya, 198 mini müavinət, 87 mini təqaüd alır. Əgər 2018-ci ildə əlilliyə görə ümumi ödəniş 1,2 milyard manat idisə, hazırda 2,5 milyard manata yaxınlaşır. Təkcə əlilliyi olan insanlara ödədiyimiz vəsaiti 1,3 milyard manata yaxın artırmışıq”.
Əlilliyə görə pensiyaçılardan sığorta stajının tələb olunmasına gəlincə, nazir deyib ki, sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur, əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur: “Vətəndaş əgər heç vaxt işləməyib, sonradan əlil olursa, əlbəttə, sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o, müavinət sisteminə girəcək. Amma əgər vətəndaş işləyib sonradan əlillik qazanıbsa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük güzəştli yanaşmadır”.
Müzakirələrdən sonra Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üçün büdcəsi birinci oxunuşda qəbul olunub. Qeyd edək ki, fondun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi üçün maliyyə mənbəyi 7 milyard 676 milyon manat nəzərdə tutulur, bu da 2024-cü il ilə müqayisədə 727 milyon manat və ya 10,5 faiz çoxdur. Fondun maliyyə mənbəyinin 7 milyard 617 milyon manatlıq hissəsini fondun gəlirləri, 59 milyon manatlıq hissəsini isə fondun əvvəlki illərdə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edir. Fondun 2025-ci il üçün gəlirlərinin 78,1 faizi və ya 5 milyard 997 milyon manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66,1 faizi qeyri-büdcə sektorunun, 33,9 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.
İclasda 2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi də birinci oxunuşda qəbul olunub. Qanun layihəsinə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Millət vəkilləri, həmçinin Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri də birinci oxunuşda qəbul ediblər. Layihəyə əsasən, Vergi Məcəlləsində 5 istiqamət üzrə 37 əsas maddədə və 75 alt maddədə dəyişiklik nəzərdə tutulur. Bunlar investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkimilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması və uyğunlaşdırma xarakterli dəyişikliklərdir.
Dəyişikliklərin yaşıl iqtisadiyyat, tibbi turizm, avtomobil sənayesi və gəmiqayırma, ticarət şəbəkələri və bazarlar, mədəniyyət sektoru və dövlət-özəl tərəfdaşlığı sahələrində tətbiqi nəzərdə tutulur.
Layihənin qəbulunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, yaşıl iqtisadiyyatın dəstəklənməsi, o cümlədən ənənəvi nəqliyyat vasitələrindən ekoloji təmiz nəqliyyat vasitələrinə keçidin davam etdirilməsi, uçotsuz və qanunsuz sahibkarlığın dairəsinin məhdudlaşdırılması, bazarlar üzərində vergi uçot nəzarətinin təmin edilməsi, xidmət sahələri üzrə mikro sahibkarların vergi yükünün optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması, mədəniyyət sektoru, o cümlədən kino və teatr sahəsində inkişafın dəstəklənməsi və gəlirliliyin artırılması kimi nəticələr hədəflənib.
Daha sonra iclasın gündəliyində olan digər qanun layihələri də müzakirə olunaraq qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

