Növbəti bələdiyyə seçkilərinə doğru
29.11.2024 [08:59]
YAP bütün bələdiyyə seçkilərində fəal iştirak edib və qalib gəlib
Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsindədir. Artıq vaxt məlumdur. Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında verilib. İclasda Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin olunması məsələsinə baxılıb. Sədr Məzahir Pənahov bununla bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib və müvafiq qərar layihəsini diqqətə çatdırıb. Komissiya üzvlərinin yekdil qərarı ilə növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
Seçkilər 118 dairəni əhatə edəcək
Seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəni əhatə edəcək. Məlum olduğu kimi, ölkəmizdə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlara edilən əlavə və dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir. Nəticədə, bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1450-dən 685-ə endiriləcək. Struktur dəyişikliyi nəticəsində 2025-ci ildə təxminən 800 bələdiyyə hüquqi statusunu itirmiş olacaq. Bələdiyyələrin yenidən təşkilatlanması yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi daşıyır.
Növbəti seçkilər də qanunvericiliyə edilən dəyişikliklərə uyğun qaydada keçiriləcək. Artıq “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiqlənib. Seçkilərlə bağlı bütün hərəkətlər “Təqvim Planı”nın əsasında həyata keçiriləcək. Yeri gəlmişkən, iclasda vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması müzakirə olunaraq təsdiq edilib. Bununla bağlı MSK-nın katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb. Dairə seçki komissiyaları nəzdində Seçki Məcəlləsinə uyğun şəkildə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.
Komissiyanın iclasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məsələsinə Mərkəzi Seçki Komissiyasında baxılması zərurəti yarandığı halda təqdim edilmiş imza vərəqələrindəki imzaların və digər məlumatların düzgünlüyünün yenidən yoxlanılması üçün Komissiya nəzdində aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və Mərkəzi Seçki Komissiyasının üzvü İşçi qrupunun rəhbəri təyin olunub.
Namizədlər nə qədər çox olsa, bir o qədər yaxşıdır
Təbii ki, seçkilərə qatılan namizədlər nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu, demokratiya, ölkədə azad seçki mühitinin yaradılmasının göstəricisi olmaqla yanaşı, həm də seçkilərin rəqabət şəraitində keçməsini şərtləndirir.Eyni zamanda, namizədlərin çox olması ölkəmizdə bələdiyyələrə inamın artmasını və vətəndaş fəallığını təcəssüm etdirir.
MSK sədri Məzahir Pənahov da bildirib ki, bələdiyyə seçkilərində namizədlərin sayının çox olması narahatlıq yaratmır. Onun sözlərinə görə, MSK-nın mövqeyi budur ki, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər. “Xüsusilə, qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar. Bu, yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar dairə seçki komissiyasının (DSK) digər məsələlərə münasibət bildirmək hüququ yoxdur”, - deyə MSK sədri əlavə edib.
Partiyaların gücü seçkilərdə üzə çıxır
Seçkilərdə iştirak hər bir siyasi partiya üçün çox vacibdir. Seçkilərə qatılmaqla ayrı-ayrı patiyalar cəmiyyətdə hansı mövqedə dayandıqlarını ortaya qoyurlar. Redikül müxalifət düşərgəsində yer alan bəzi partiyaların təmsilçiləri öz adətləri üzrə seçki vaxtı gələndə gizlənməyə yer axtarırlar və bunu da ört-basdır etmək üçün “baykot” şousu düzəldirlər. Əslində, seçkilərə qatılmaqdan imtina bu və ya digər partiyanın öz gücünə inamının olmamasının ifadəsidir. Arxasında elektoratı olan siyasi partiyalar isə əksinə, həmişə yeni seçkilərin keçirilməsini gözləyiblər və seçkilərdə də fəal iştirak ediblər. Ökəmizdə vətəndaşların seçkilərdə həm seçici, həm də namizəd kimi aktiv iştirak etmələri üçün hər cür şərait yaradılıb.
Yeri gəlmişkən, MSK sədri M.Pənahov bildirib ki, Azərbaycandakı siyasi partiyaların fəaliyyəti əvvəlki illərlə müqayisədə xeyli güclənib. Bu baxımdan, parlament seçkilərində də bir partiyadan başqa hamısı iştirak edib. MSK sədri əlavə edib ki, ötən parlament seçkiləri əvvəlkilərdən fərqli olaraq daha rahat keçib. M.Pənahov siyasi partiya rəhbərlərinə bələdiyyə seçkilərində fəal iştirakları üçün müraciət edib.
Yeni Azərbaycan Partiyası (YAP) digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də bir qayda olaraq fəal iştirakı ilə fərqlənib. İndiyədək YAP müstəqil Azərbaycanda keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi olub. Yeni Azərbaycan Partiyası bundan əvvəl 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərinə də hazırlıq işlərini və bütövlükdə seçki kampaniyasını çox uğurla başa çatdırıb. Bu seçkilərdə YAP işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsi üzrə seçkilərdə 1606 bələdiyyə üzrə 15156 bələdiyyə üzvləri yerinə 14 mindən çox namizəd irəli sürüb. Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi namizədlər arasında gənclər və qadınlar əhəmiyyətli yer tutub. Seçkilərə “Xalq üçün” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanaraq 10432 bələdiyyə üzvü mandatına sahib olub.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
08 Dekabr 23:49
Xəbər lenti
08 Dekabr 22:58
Xəbər lenti
08 Dekabr 22:16
Elm
08 Dekabr 21:54
Dünya
08 Dekabr 21:13
Dünya
08 Dekabr 20:43
COP29
08 Dekabr 20:17
İdman
08 Dekabr 19:54
Dünya
08 Dekabr 19:21
Dünya
08 Dekabr 18:52
Elm
08 Dekabr 18:27
Xəbər lenti
08 Dekabr 17:54
COP29
08 Dekabr 17:23
Hərbi
08 Dekabr 16:59
Dünya
08 Dekabr 16:21
Dünya
08 Dekabr 15:49
Dünya
08 Dekabr 15:18
Siyasət
08 Dekabr 14:55
Sosial
08 Dekabr 14:23
Siyasət
08 Dekabr 13:47
Xəbər lenti
08 Dekabr 13:29
Dünya
08 Dekabr 13:16
Dünya
08 Dekabr 12:54
Xəbər lenti
08 Dekabr 12:47
Dünya
08 Dekabr 12:45
Dünya
08 Dekabr 12:44
Dünya
08 Dekabr 12:42
Dünya
08 Dekabr 12:22
Dünya
08 Dekabr 11:41
Dünya
08 Dekabr 11:19
Dünya
08 Dekabr 10:58
Hadisə
08 Dekabr 10:36
Dünya
08 Dekabr 09:25
Dünya
08 Dekabr 08:32
İdman
07 Dekabr 23:38
Dünya
07 Dekabr 23:14
Siyasət
07 Dekabr 22:45
İdman
07 Dekabr 22:19
COP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35