Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondunda Koreya Respublikası ilə birgə həyata keçirilə biləcək layihələr müzakirə olunub

Heydər Əliyev Fondunda Koreya Respublikası ilə birgə həyata keçirilə biləcək layihələr müzakirə olunub

16.03.2013 [11:05]

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoy Sukin ilə görüşüb.
Mehriban xanım Əliyeva Azərbaycan və Koreya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini deyən birinci xanım münasibətlərin yüksəlməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin önəmini qeyd edib.
Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun da münasibətlərin inkişafına töhfəsini verəcəyinə əminliyini söyləyib, Koreya təşkilatları ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Fondun fəaliyyəti barədə məlumat verən Mehriban xanım Əliyeva Azərbaycanda və xaricdə həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, Fond Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə xüsusi önəm verir.
Tanışlıq xarakteri daşıyan görüşdə Koreya Respublikası ilə birgə həyata keçirilə biləcək layihələr, xüsusən gənclərin təhsil mübadiləsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1067 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30