10-cu iclas Bakıda keçiriləcək
05.12.2024 [09:25]
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin görüşü əlaqələrin güclənməsinə xidmət edir
Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə fəal əməkdaşlıq mühüm yer tutur. Qonşu ölkələrlə əlaqələrin inkişafında üçtərəfli platforma çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər xüsusi vurğulanmalıdır.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli platforma uzun müddətdir mövcuddur. Hər üç ölkənin liderlərinin, xarici işlər və müdafiə nazirlərinin görüşləri mütəmadi olaraq keçirilir. Eləcə də belə görüşlər parlament müstəvisində də reallaşdırılır. Azərbaycan, Gürcüstan və Türkiyə arasında təməli illər öncə qoyulan uğurlu siyasi, iqtisadi əməkdaşlıq Avropa və Asiya qitələrinin qovuşuğunda yerləşən Cənubi Qafqaz regionunun strateji əhəmiyyətini xeyli artırıb. Bakı ilə Ankaranın təşəbbüsləri, o cümlədən sülh diplomatiyası bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır. Postmüharibə dövründə bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Qonşu Gürcüstan da iki dövlətlə birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə inşa etmək istəyini və niyyətini aydın ifadə edir.
Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib. Nəhəng enerji şirkətlərinin də iştirak etdiyi Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahələri üzrə əməkdaşlığı öz səmərəliliyinə görə dünyada nümunəvi təcrübələrdən biri hesab oluna bilər. Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahəsində əməkdaşlığı həm region dövlətlərinin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına, həm də Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin etmək siyasətinə uyğundur. Xatırladaq ki, üç ölkənin əməkdaşlığı ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi reallığa çevrilib. Bundan əlavə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçtərəfli strateji əməkdaşlığın səmərəli nəticələridir.
Yeri gəlmişkən, qeyd edək ki, dekabrın 3-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IX üçtərəfli iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Müzakirələrdə Türkiyəni TBMM Beynəlxalq əlaqələr komissiyasının sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti, Gürcüstanı isə parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Nikoloz Samxaradzenin başçılıq etdiyi bir qrup deputat təmsil edib.
İclası açan Fuat Oktay Azərbaycan və Gürcüstanla əlaqələrin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib və Cənubi Qafqazın Türkiyə üçün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə, Azərbaycan və Gürcüstan bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməkdə qərarlıdır. F.Oktay ölkəsinin Qara və Xəzər dənizləri arasında nəqliyyat və logistika şəbəkələrinin genişləndirilməsinə, orta və ali təhsil, birgə tədqiqat mərkəzlərinin yaradılması və s. sahəsində qarşılıqlı fəaliyyətin inkişafına töhfə verməyə hazır olduğunu qeyd edib.
Türkiyə parlament komissiyasının rəhbəri xüsusən Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin genişləndirilməsi üzrə işlərin tezliklə başa çatdırılacağına ümid etdiyini bildirib. Üç ölkə arasında iqtisadi əlaqələrin inkişafına gəlincə, F.Oktay bu ölkələrin birgə ticarət dövriyyəsinin həcminin ildə 12 milyard dollara çatdığını qeyd edib: “Türkiyə hakimiyyəti iqtisadi əlaqələrin inkişafına mümkün töhfə verməyə hazırdır”. Regional proseslərin müzakirəsi kontekstində F.Oktay Ukraynada müharibənin diplomatik yollarla dayandırılmasının vacibliyini vurğulayıb.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyə və Gürcüstanla əlaqələri “nümunəvi” adlandırıb və üç ölkə arasında əməkdaşlığın qlobal gündəm üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, üç ölkə liderinin dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəni vurğulayıb. “Heç də təsadüfi deyil ki, bu ilin martında Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib, sentyabrda isə müdafiə nazirləri səviyyəsində danışıqlar aparılıb. Əlaqələrin inkişafına dair konkret addımlar müzakirə olunur”, - deyən Milli Məclisin komitə sədri Bakı, Ankara və Tbilisi arasında parlamentlərarası dialoqun inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
S.Seyidov bildirib ki, Türkiyədən və Gürcüstandan olan həmkarlarını Azərbaycanda COP29-un yekunları barədə məlumatlandırıb, region liderlərinin Bakıda keçirilən iqlim müzakirələrində iştirakını yüksək qiymətləndirib. Milli Məclisin komitə sədri Ankara və Tbilisi ilə nəqliyyat sektorunda əlaqələrin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
Gürcüstan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Nikoloz Samxaradze öz növbəsində Cənubi Qafqazda sabitliyin və sülhün möhkəmləndirilməsi naminə Azərbaycan və Türkiyə ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
Müzakirələrin yekunu olaraq üç ölkənin parlament komissiyalarının 10-cu iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

