685 bələdiyyə üzrə...
05.12.2024 [09:28]
Ümumilikdə 8071 üzv seçiləcək
Müstəqil Azərbaycan mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Mərkəzi Seçki Komissiyası (MSK) ölkəmizdə keçirləcək sayca altıncı bələdiyyə seçkilərinin vaxtını təyin edib. Seçkilər 2025-ci il yanvarın 29-da keçiriləcək.
Qarşıdan gələn seçkilərin xüsusi bir özəlliyi ondan ibarətdir ki, bu seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin bütün ərazisində keçirləcək. Otuz il ərzində Ermənistanın işğalı altında olan ərazilərimizdə seçkilərin keçirlməsi mümkün olmurdu. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiuterror tədbirlərində qazanılan möhtəşəm qələbələrimizdən sonra cari ildə ilk dəfə ölkənin bütün ərazisində böyük uğurla prezident və parlament seçkiləri baş tutdu. İndi isə növbə bələdiyyə seçkilərinə çatıb.
MSK hazırlıq tədbirlərini davam etdirir
Ölkə üzrə qarşıdan gələn seçkilərə ciddi hazırlıq görülür. MSK tərəfindən seçkilərin yüksək səviyyədə təşkil olunması üçün müvafiq prosedur qaydaları müəyyənləşdirlir. Mərkəzi Seçki Komissiyasının dekabrın 2-də keçirilən növbəti iclasında seçkilərlə bağlı daha bir neçə mühüm məsələlər müzakirə olunub. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata əsasən, əvvəlcə Komissiyanın noyabrın 26-da və 27-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Xatırladaq ki, 6-cı bələdiyyə seçkilərinin vaxtı MSK-nın Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il noyabrın 27-də keçirilən iclasında müəyyənləşdirilib. Eyni zamanda, həmin iclasda “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın hər bir hissəsi ayrı-ayrılıqda oxunub və müzakirə olunaraq təsdiq edilib. İclasda qarşıdan gələn bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla, Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Dairə seçki komissiyaları nəzdində Seçki Məcəlləsinə uyğun şəkildə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.
İslahatlar zamanın tələbidir
Bütövlükdə, ölkəmizdə bələdiyyə seçkilərinin keçirlməsinin və yerli özünüidarəetmə orqanlarının formalaşdırlmasının hüquqi çərçivələri bəlli olsa da, zaman ötdükcə və yeni reallıqlar yarandıqca bu sahədə də qarşıya yeni çağırşlar çıxır və islahatlara ehtiyac yaranır. Bələdiyyələr ölkə üzrə vətəndaşlara yaxın olan bir icra strukturudur. Deməli, onların fəaliyyətlərinin səmərəliliyini artırmaqla son nəticədə ölkənin inkişafına daha sanballı töhfə vermək, eyni zamanda, vətəndaş məmnunluğunu yüksəltmək mümkündür. Azərbaycanın dövlət siyasətinin mərkəzində məhz inkişaf və sosial rifah amili dayanır. Bələdiyyələr də fəaliyyətlərində vətəndaş iştirakçılığını geniş miqyasda təmin etməklə bu siyasətdə fəal rol almalıdırlar. Son vaxtlarda hüquqi bazanın möhkəmləndirilməsi, bələdiyyələrin formalaşdırlması ilə bağlı yeniliklərin qüvvəyə minməsi də məhz bu məqsədə xidmət edir. Xəbər verildiyi kimi, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlarda əlavə və dəyişikliklər edilib. Son olaraq Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Şübhə yoxdur ki, bəhs olunan dəyişikliklər bələdiyyələrin funksional bir qurum kimi fəaliyyətinə müsbət təsir göstərəcək və onların çevikiyini artıracaq.
Ölkə üzrə hansı sayda bələdiyyələr formalaşdırılacaq?
Müvafiq qanunlara edilən dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir. Nəticədə, bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1450-dən 685-ə endiriləcək. Struktur dəyişikliyi nəticəsində 2025-ci ildən təxminən əvvəlki mövcud olan 800-ə yaxın bələdiyyə hüquqi statusunu itirmiş olacaq. MSK-nın sədri Məzahir Pənahovun verdiyi məlumata əsasən Azərbaycanda 685 bələdiyyə üzrə ümumilikdə 8071 üzv seçiləcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

