31 MART SOYQIRIMI – erməni terrorizminin növbəti səhifəsi
30.03.2013 [11:52]
Son 200 illik tarixin müxtəlif dönəmlərində erməni vəhşiliyini, xalqımıza qarşı həyata keçirilən terror siyasətini görməmək mümkün deyil. Yüz illərdir, dünya erməniliyinin beynində bəslənən və hər anı soyqırımı, terror, təcavüzlə müşayiət olunan qondarma xəyalların həyata keçməsi üçün qeyri-insani yollardan istifadə olunub, qanlı qırğınlara rəvac verilib.
Əslində, bu mənfur siyasətin arxasında dayanan məqam birdir- Azərbaycanın tarixi torpaqlarının işğalı və bu ərazidə mifik “Böyük Ermənistan” dövləti yaratmaq ideyası. XIX yüzillikdə ermənilərin kütləvi və məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi siyasəti də məhz bu mənfur ideyanın həyata keçirilməsinə hazırlıq prosesi sayıla bilərdi. Məhz bu yolla azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salmaq, işğala məruz qoymaq olardı ki, ermənilər də bu üsuldan istifadə etdilər. 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən soyqırımı aktları, zorakılıq halları çirkin və məkrli niyyətləri reallaşdırmaq üçün başlanan siyasətin tərkib hissəsi idi. 1918-ci ildə baş vermiş 31 mart soyqırımı isə bu mənada həm miqyasına, həm də dəhşətli nəticələrinə görə xüsusi yer tutur və dünya tarixinə ən qanlı aksiyalardan biri kimi daxil olub...
Ermənilər 1918-ci ilin martında Bakıda 12 mindən çox adamı qətlə yetirdilər
31 mart soyqırımının təfərrüatına keçməzdən öncə xüsusi vurğulamaq yerinə düşər ki, yerləşdiyimiz Cənubi Qafqaz regionu üçün həmin dövrün siyasi panoraması olduqca gərgin və qarışıq idi. Belə ki, 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Bu isə hər zaman gizli planlara malik ermənilərin əlinə azərbaycanlıları məhv etmək üçün əlavə imkan vermiş oldu. Etnik erməni olan və Britaniya hökumətindən, o cümlədən, başqa yerlərdə yaşayan ermənilərdən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin etdi. Xüsusi qeyd etmək lazımdır ki, həmin dövrün bolşevik Rusiyası və digər dünya gücləri məhz Azərbaycana sahiblənmək üçün bütün vasitələrdən istifadə edirdilər ki, bu yolda ermənilərlə “əməkdaşlıq” etmək onların işinə yarayırdı. Şaumyan öz məkrli niyyətinə çatmaq üçün ən əsası Rusiya bolşeviklərindən istifadə edirdi. Belə demək mümkündürsə, mart qırğınına başlamaq üçün ermənilərə xırda bir səbəb lazım idi. Hətta fevral ayının sonu-mart ayının əvvəlində Vladimir İliç Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdı: “Hörmətli yoldaş Şaumyan, məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir”.
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin həmin dövrün nüfuzlu ictimai-siyasi xadimlərinin səyləri nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Buna baxmayaraq, mənfur ermənilər məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, guya bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərk-silah olunması üçün göstəriş verdi. Yerli əhali isə küçələrə çıxıb zabitlərin tərk-silah olunmasına etirazını bildirdi.
Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. 1918-ci il mart ayının 30-da erməni kilsəsinin yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçiləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”.
Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırdı, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetləri redaksiyalarını dağıtdılar, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etdilər.
Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərdilər. Bu soyqırımını həyata keçirmək üçün təxminən 7 min erməni əsgərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər və bundan başqa “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizindən çoxunu ermənilər təşkil edirdilər. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası hücuma keçməli idi və təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürməli, körpələrə və qocalara aman verməməli idilər. S.Şaumyan başda olmaqla Bakı bolşevikləri daşnaklarla birlikdə “antisovet qiyamına”, “əksinqilaba” qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara, xüsusilə, azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi.
Azərbaycanın bölgələrində də on minlərlə azərbaycanlı soyqırımına məruz qaldı
Bolşevik-daşnak dəstələrinin vəhşilikləri, törədilən soyqırımının coğrafiyası yalnız Bakı ilə məhdudlaşmır. Belə ki, ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımını davam etdirmişdilər. S.Lalayansın dəstələri 3-16 aprel tarixlərində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi. Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma Komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması, müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma Komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da vurğulayaq ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.
Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”.
Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə dəhşətli işgəncələrlə qətlə yetirildilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü. Ermənilərin növbəti hədəfi Gəncə şəhəri idi. Onlar Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.
Mart hadisələri, əslində bolşeviklərin daşnaklarla birlikdə xalqımıza qarşı həyata keçirdikləri milli qırğın idi. Bunu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə, o cümlədən, dünya tarixinə qara hərflərlə yazıldı.
1918-ci il 31 mart soyqırımına ilk siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib
Ermənilər tərəfindən xalqımıza qarşı törədilən bütün soyqırımlara hüquqi-siyasi qiymət verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub və məhz Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. Əsl tarixi həqiqətləri dünyaya çatdıran bu Fərman xalqımızın keçmişinin obyektiv mənzərəsini yaratmağa xidmət edən, həmçinin, ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələri, soyqırımı faktlarını bütün dünyaya göstərmək baxımından misilsiz bir sənəddir. Özünüdərk, keçmişinə, tarixinə bağlılıq istər dövlətin, istərsə də millətin gələcəyinin formalaşdırılmasında, mühüm rola malikdir. O baxımdan, Ümummilli liderimiz Heydər Əliyev bu Fərmanla Azərbaycan xalqının öz keçmişinə sahib çıxmasına, millətimizə qarşı edilən haqsızlıqlara real qiymət verilməsinə şərait yaratdı.
Həmin sənəddə bildirilir ki, müstəqillik əldə etməklə keçmişin obyektiv mənzərəsini yaratmaq imkanı qazanan xalqımız ona qarşı olan haqsızlıqların, təhrif edilmiş hadisələrin siyasi-hüquqi qiymətini vermək imkanı əldə edib.
Fərman Azərbaycan tarixi üçün həm də ona görə böyük əhəmiyyətə malikdir ki, burada “böyük Ermənistan” uydurmasının Azərbaycan torpaqlarının işğalına “bəraət qazandırmaq məqsədilə” ortaya atıldığı və ermənilərin tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramların reallaşdırıldığı açıq şəkildə göstərilib. Mart qırğınlarının əsl mahiyyəti 1998-ci ildə imzalanan Fərmanda belə açıqlanır: “1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir”.
Sənəddə ermənilərin ələ keçirdiyi Azərbaycan torpaqları adbaad göstərilir. Məsələn, ermənilərin 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etməsi faktının qeyd edilməsi bir daha göstərir ki, xalqımız qan yaddaşı olan keçmişini unutmayıb. Bundan başqa, Fərmanda 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası və 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüzminlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması faktları da yer alır. Bu isə məhz ermənilərin xalqımıza qarşı apardığı zorakılıq siyasətinin, genosidin tam ifşası deməkdir.
Bəli, Azərbaycan xalqı illərlə, bəlkə də, əsrlərlə haqsızlıqlarla üzləşib. Amma bu gün ölkəmizə, millətimizə, ərazi bütövlüyümüzə qarşı olan bütün hədələrə layiqli cavab verməyə gücümüz var. Bu gücün əsasında isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, yalnız milli mənafeyə xidmət edən siyasət dayanır. Ölkə Prezidentinin həyata keçirdiyi hücum diplomatiyası bu gün bəhrəsini verməkdədir. Xocalı soyqırımının ardından artıq dünya ictimaiyyəti 31 mart - Azərbaycanlıların soyqırımı gününü tanıyır, bununla bağlı müvafiq qətnamələr qəbul olunur. Məhz Prezident İlham Əliyevin fəaliyyəti sayəsində dünyanın əksər ölkələrində 31 mart soyqırımı haqqında həqiqətlər yayılır, insanlar dünya erməniliyinin xisləti ilə daha yaxından tanış olurlar. Yeri gəlmişkən, artıq Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatının Əyalət Məclisi də 1918-ci il soyqırımını tanıyıb. ABŞ-dakı Azəri-Türk Cəmiyyətinin Pax Turcica quruluşu vasitəçiliyi ilə apardığı tədqiqatlar nəticəsində Nyu-Cersi Əyalət Məclisi 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiklərini və 31 martın Nyu-Cersidə “Azərilərin anma günü” kimi qeyd olunmasını qərara alıb. Qərar sənədi Əyalət Məclisinin üzvü və Demokratik Partiya Əksəriyyət lideri Tomas P.Giblin tərəfindən Amerika Azərbaycan Cəmiyyətinə təqdim edilib. Xatırladaq ki, 31 martın soyqırım günü kimi qəbul olunması qərarı ilk dəfə 2012-ci ildə Nyu-York Əyalət Məclisində qərara alınıb. Nyu-Yorkdan sonra bu qərarı Nyu-Cersi qəbul edib. Qeyd edək ki, eyni qərarı qəbul edən bu iki əyalət Kaliforniyadan sonra ermənilərin daha sıx məskunlaşdığı yerlər olması ilə diqqət çəkir. Bu isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət erməni yalanlarının ifşasında əhəmiyyətli nəticələr verir və məhz bu siyasətin ardıcıl inkişafı ölkəmizin ərazi bütövlüyünü təmin etməyə imkan yaradacaq.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52

