Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Daha iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

Daha iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

18.12.2024 [18:52]

Dekabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda qarşıdan gələn bələdiyyə seçkilərində Klassik Xalq Cəbhəsi Partiyasının və Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.

Qeyd edək ki, indiyədək bələdiyyə seçkiləri ilə əlaqədar 13 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30