Heydər Əliyev və dəmiryolunun inkişaf mərhələləri
12.04.2013 [00:55]
Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, anadan olmasının 90 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmiryoluna daimi qayğısı sayəsində həyata vəsiqə almışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Sərəncam imzalamışdır. Bu günlərdə təkcə Azərbaycanda yox, Azərbaycanın səsinin eşidildiyi hər yerdə bu dahi siyasətçinin yubileyi ilə bağlı təntənəli tədbirlər keçirilir.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində tarixə qısa ekskurs etmək zərurəti yaranır.
Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda Onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmiryolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmiryolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.
Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmiryolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmiryolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmiryolunun bütün sahələrini əhatə etmişdir. O, istər bilavasitə Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1983-1987-ci illər ərzində, dəmiryolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir. Bütün sahələrdə olduğu kimi, dəmiryolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin əksəriyyəti məhz böyük siyasət adamı Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil almışlar.
Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, Ümummilli liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.
20-ci əsrin 90-cı illərində Ümummilli liderimiz Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi. 18-19 iyul 1996-cı ildə Heydər Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmiryolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü. Ümummilli liderimiz Öz səriştəli kadr seçmək bacarığından istifadə edərək peşəkar dəmiryolçu Ziya Ərzuman oğlu Məmmədovu dəmiryoluna rəis təyin etdi. Bu dəmiryolunun tarixinə dönüş ili kimi daxil oldu.
Ulu öndər Heydər Əliyev hər sahəni mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. Heydər Əliyev hələ imperiya dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə böyük önəm verərək milli kadrların hazırlanması işini yüksək səviyyədə həll etmişdir. Məhz bu böyük insanın qayğısı və təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilmişdir. Təsadüfi deyil ki, həmin gənclərin bir çoxu məhz dəmiryolu mühəndisi ixtisasına yiyələnmişdilər və onların əksəriyyəti bu gün nəqliyyatın müxtəlif sahələrində mühüm vəzifələri ləyaqətlə icra edirlər. Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. Azərbaycanın indi dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi də bu dahi siyasət adamının mübarizəsinin nəticəsidir. Sevindiricidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu uğurla davam etdirir.
Ulu öndər Heydər Əliyev 6 dekabr 1998-ci ildə dəmiryolçular tərəfindən hazırlanmış, çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxmaq üçün Keşlə stansiyasına gəlmişdir. O, dəmiryolçular qarşısında çıxış edərkən demişdir: “Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmiryollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmiryolunu həm bilirəm, həm də sevirəm. Dəmiryolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmiryolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmiryolunun saatları ilə düzəldirdilər. Çünki dəmiryolunun saatı həddindən artıq dəqiq işləyən saat idi”.
* * *
18 iyul 1999-cu ildə Şirvan stansiyasında Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə gəlişinin 30 illiyi şərəfinə yeni məktəb binası inşa edilmişdir.
* * *
27 oktyabr 1999-cu ildə “Azərdəmiryoltikintiservis” İstehsalat Birliyində məcburi köçkünlər üçün irihəcmli konteynerlərdən hazırlanmış yaşayış evlərinin daha 20 ədədi Biləsuvar rayonundakı 5 saylı çadır şəhərciyinə gətirilmiş və burada yerli hakimiyyət nümayəndələrinə təhvil verilmişdir.
* * *
1999-cu ildə isə Şirvan stansiyasında 645 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
* * *
1996-cı ildən etibarən elektrik təchizatı sahəsində bir sıra uğurlu islahatlar aparıldı. Ötən dövr ərzində Puta stansiyasında kontakt şəbəkəsi tamamilə yenidən qurulmuş, transformatorlar quraşdırmaq hesabına 123 işarəvermə nöqtəsi, Znoynı (indiki Xıdırlı) stansiyasında yarımstansiya bərpa edilmişdir. Horadiz stansiyasında 2, 5 km uzunluğunda hava enerji təchizatı xətti bərpa edilmiş və 250 KVA-lıq transformatorlar quraşdırılmışdır. Enerji təchizatı qurğularının etibarlı işləməsi üçün Keşlə stansiyasında ikinci qida mənbəyi 400 KVA-lıq transformator quraşdırılmış, Gəncə vaqon deposu üçün yeni 10 KV gücündə enerji təchizatı xətti çəkilmişdir. Azərbaycan Dövlət Dəmir Yolunda istismar olunan yolların 62 faizi, yəni 12278 km-i elektrikləşdirilmişdir. Əsas iş sahələri olan Bakı-Böyük Kəsik, Bakı-Yalama, Bakı-Osmanlı xətləri tam elektrikləşdirilmişdir.
* * *
1996-cı ildən etibarən, Azərbaycan dəmiryolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Lakin əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Sonralar bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçdi (əslinə qalsa, nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması işi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmışdır).
1998-ci il sentyabrın 7-9-də Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində keçirilmişdir. Bu mötəbər tədbirdə 13 dövlətin və 32 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir. İki gün davam edən konfransda Bakı bəyannaməsi qəbul edildi. Qəbul edilən sənədlər sırasında beynəlxalq tranzit daşınmaları haqqında Əsas Çoxtərəfli Razılıq, həmçinin, beş texniki Əsasnamə, o cümlədən, dəmiryolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə də vardır.
* * *
Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.
Ölkə nəqliyyat sektorunun tərkib hissəsi olan Azərbaycan Dəmir Yolu bir çox beynəlxalq təşkilatların həqiqi üzvünə çevrildi. Belə ki, 1992-ci ildən MDB və Baltikyanı dövlətlərin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü olmaqla bu qurumların işində aktiv iştirak etməyə başladı. 1997-ci ildən başlayaraq Bakıda dəmiryolçuların bir çox beynəlxalq forumları: MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının yığıncağı, Tarif Konfransı, DYƏT-nin Nazirlər Müşavirəsinin Sessiyası, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dəmiryolu rəhbərlərinin müşavirəsi və başqa tədbirlər keçirilmişdir.
6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında dəmiryolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Proqramda Azərbaycan polad magitstralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapıb. Hazırda, dövlət Proqramı sürətlə icra olunur.
Ulu öndər Heydər Əliyevin alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə, ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir.
Arif Əsgərov,
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

