Prezidentdən rəsmi Parisə sərt mesaj
20.12.2024 [10:15]
Dişləri sınanlar...
İkinci Qarabağ müharibəsinin başa çatmasından dörd il ötməsinə rəğmən, məğlub Ermənistan müxtəlif manipulyativ cəhdlər göstərməklə sülhyaratma prosesini ləngidir. Eyni zamanda, Fransa kimi ölkələr, bəzi Avropa təsisatları yenə də Azərbaycanın yaratdığı reallıqlarla barışmaq istəmirlər və respublikamıza qarşı qərəzli münasibət sərgiləyirlər. Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi geniş müsahibədə işğalçı Ermənistanı dəstəkləməklə süllh prosesinə maneələr yaratmağa çalışan Fransa kimi ölkələrə əsaslandırılmış ciddi mesajlarını çatdırıb.
Fransa və onun yedəyində gedən Avropa təsisatları üçün üzqarası
İkinci Qarabağ müharibəsinin və lokal xarakterli antiterror tədbirlərinin nəticələri, eyni zamanda, tarixi ədalətin və beynəlxalq hüququn təmin edilməsi anlamında qəbul olunur. Beynəlxalq hüququ təmin etdiyinə görə, əslində, respublikamıza böyük “sağ ol” düşür. Xüsusilə də keçmiş Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu ölkəmizin rolunu və fəaliyyətini təqdir etməli idi. Axı Azərbaycan Minsk qrupunun otuz il ərzində öhdəsindən gələ bilmədiyi böyük bir problemi onun üzərindən götürmüşdü.
Lakin Minsk qrupunda təmsil olunan bəzi dövlətlərin ölkəmizin rolunu təqdir etməmələri bir yana qalsın, onlar elə müharibə günlərindəcə haqq-ədalət mücadiləsi aparan Azərbaycana qarşı təzyiqlərə, qarayaxma kampaniyasına başladılar. Bir sıra Avropa təsisatlarının da yer aldığı bu bədnam kampaniyada Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransanın canfəşanlığı xüsusilə diqqət çəkirdi. Müsahibəsində Fransanın ikitərəfli münasibətlərin korlanmasına gətirib çıxaran pozuculuq mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “ İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi”.
Fransa zəngin tarixi və böyük potensialı olan bir dövlətdir. Xüsusilə də BMT TŞ-nin daimi üzvü olması Fransa üçün çox ciddi öhdəliklər yaradır - bu ölkə beynəlxalq hüququn və təhlükəsizliyin təmin olunmasına cavabdehlik daşıyır. Ancaq Fransanın işğal illərində Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq keçmiş Dağlıq Qarabağ probleminin həllinə hər hansı bir töhfə verməməsi, əksinə prosesləri pozması və sonrakı mərhələlərdə qalib Azərbaycana təzyiq göstərməyə çalışması bu ölkənin öz siyasətində ikili standartlardan, selektiv yanaşmalardan çıxış etdiyini bütün cəhətləri ilə ortaya qoyur. Xatırlayaq: Vətən müharibəsi günlərində Azərbaycan Ordusu döyüş meydanında qələbələr qazandıqca, irəlilədikcə prezident Makronun narahatlığı artırdı. O tez-tez Prezident İlham Əliyevə telefon açaraq müharibənin dayandırlmasını istəyirdi. Eyni zamanda, rəsmi Paris BMT TŞ-dən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. 2020-ci il oktyabrın 19-da TŞ-nin qapalı iclasından sonra Yelisey Sarayından gələn təşəbbüs əsasında Minsk qrupunun həmsədr ölkələri tərəfindən TŞ prezidentinin bəyanatının layihəsi hazırlandı və razılaşdırılması üçün üzv ölkələr arasında yayıldı. Təəccüblü burasıdır ki, həmin layihədə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilməmişdi. Qoşulmama Hərəkatının Təhlükəsizlik Şurasında təmsil olunan 7 üzv dövləti layihəyə TŞ-nin məlum qətnamələrinə istinadın daxil edilməsi təklifini irəli sürdülər. Məhz həmin ölkələrin fəallığı və prinsipiallığı sayəsində Fransa başda olmaqla, digər həmmüəlliflər rüsvayçılıqla bəyanat layihəsini geri çəkmək məcburiyyətində qaldılar.
Bütün bu kimi davranışlar Yelisey Sarayının, ayrı-ayrı Qərb dövlətlərinin riyakarlığını göstərir. Bu ədalətsizlik, həqiqətdən qaçmaq, təcavüzkara dəstək vermək Fransa və onun yedəyində gedən Avropa təsisatları üçün bir üzqarasıdır.
Uğursuzluq davam edir
Bu gün Azərbaycanla Fransa arasında münasibətlərin hədsiz dərəcədə gərginləşməsinin bütün məsuliyyəti Yelisey Sarayının indiki sahibinin üzərinə düşür. “Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var”, - deyə Prezident İlham Əliyev bildirib.
Məsələ burasındadır ki, Yelisey Sarayı buraxdığı səhvlərdən yenə də nəticə çıxarmır. 23 saatlıq antiterror tədbirlərindən sonra da bu ölkənin, necə deyərlər, yanan odun üstünə yağ tökməyə cəhdlər göstərdiyinin şahidi oluruq. Xatırlayaq ki, Yelisey Sarayı lokal xarakterli antiterror tədbirlərindən sonra düz 5 dəfə məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd göstərib. Ancaq hər dəfə də uğursuzluğa düçar olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Bundan sonra Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çağırışlar eşidildi. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. “Bu iflasdır. Həm də uğursuzluq davam edir. Belə bir iflasın müəllifi kimdir? Cənab Makron. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə düşünmək lazımdır. Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar”, - deyə dövlətimizi başçısı Yelisey Sarayına mesajlarını çatdırıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35

