Adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış Müzəffər Sərkərdə
24.12.2024 [10:28]
Azərbaycan tarixində torpaq qaytaran, işğalçını qovan qalib sərkərdələrdən olan Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik sahədə liderlik nümayiş etdirərək, 2020-ci ildə Ermənistanın işğalında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirərək ölkənin hərbi, siyasi və iqtisadi gücünü artırmışdır. 2023-cü ildə 23 saatlıq anti-terror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Sözsüz ki, güclü siyasi rəhbərlik sayəsində Azərbaycan beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi, müzəffər Ali Baş Komandan tarixi qələbə qazanaraq Qarabağın və ətraf ərazilərin azad edilməsi ilə Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu.
Şəhid və qazilərimizə böyük ehtiram
Möhtərəm cənab Prezident Azərbaycanın möhtəşəm qələbəsinə nail olunmasında canından keçən şəhid və qazilərimizi daim ehtiramla yad edir, onların fədakarlığını, qəhrəmanlığını yüksək qiymətləndirir, xatirəsini əziz tutur. O, Müharibə dövründə və ondan dərhal sonra şəhidlərimizin xatirəsinin əbədi yaşadılması üçün mühüm tapşırıqlar vermişdir. İmzaladığı mütərəqqi fərman və sərəncamlar ilə şəhid ailələri dövlət qayğısı ilə təmin olunmuş, onlara imtiyaz və güzəştlər müəyyən edilmiş, qazilərin müalicəsi dövlət hesabına təşkil edilmiş və sosial təminatları artırılmışdır. Cənab Prezident bütün çıxışlarında şəhidlərimizi yad edərək onlara öz ehtiramını ifadə edir ki, bu da on milyonluq Azərbaycan xalqının hər bir fərdinə vətənpərvərlik hissinin aşılanması üçün böyük nümunədir, həmçinin şəhid ailələrinə xüsusi diqqət və qayğının göstəricisidir.
Qarabağın bərpası
Müharibədən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası üçün genişmiqyaslı layihələrə start verdi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.
Yeni Azərbaycan Partiyasına uğurlu rəhbərlik
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) həyatında mühüm rol oynayaraq, partiyanı ölkənin siyasi sisteminin əsas sütunlarından birinə çevirmişdir. Onun rəhbərliyi altında partiya Ümummilli Lider Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirərək Azərbaycanın inkişafı və sabitliyi üçün strateji əhəmiyyətli addımlar atmışdır. İlham Əliyev, YAP-ın sədri olaraq, partiyanın fəaliyyətinə müasir yanaşmalar gətirmiş, onu xalqın maraqlarına uyğun daha genişmiqyaslı təşəbbüslər həyata keçirən bir təşkilata çevirmişdir. İlham Əliyev YAP-ın beynəlxalq səviyyədə də nüfuzunun artmasına töhfə vermişdir. Onun irəli sürdüyü təşəbbüslər partiyanın Azərbaycan cəmiyyətinin inkişafı ilə yanaşı, ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsinə də xidmət etmişdir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının həyatındakı rolu və xalqın ona etimadı 2024-cü il fevralın 9-da keçirilmiş prezident seçkilərində bir daha təsdiqləndi. Bu seçkilər, Azərbaycan xalqının onun liderliyinə və ölkənin gələcək inkişafına olan etimadının bariz ifadəsi oldu. İlham Əliyev, xalqın böyük dəstəyi ilə yenidən prezident seçilərək Azərbaycanın siyasi sabitliyi və davamlı inkişafı üçün liderlik missiyasını davam etdirməyə hazır olduğunu nümayiş etdirdi.
İqtisadi Yüksəliş
İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizdə yeni dövr başlamışdır. Onun rəhbərliyi altında ölkədə iqtisadi yüksəliş baş vermiş, Azərbaycan öz iqtisadiyyatını gücləndirərək regionda ən sürətlə inkişaf etmiş dövlətlərdən birinə çevrilmişdir. Əsas prioritetlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və bu xüsusda qeyri-neft sektorun inkişafı olmuşdur. Bu dövrdə ölkədə böyük miqyaslı infrastruktur layihələri həyata keçirilmiş, müasir avtomobil yolları, dəmir yolları və hava limanları inşa olunmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi qlobal layihələr Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin etmişdir. Bu layihələr Azərbaycanı regionun enerji mərkəzinə çevirməklə yanaşı, ölkənin iqtisadi sabitliyini də möhkəmləndirmişdir. Prezidentin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, yeni iş yerləri yaradılmış və əhalinin sosial rifahı yüksəlmişdir. Dövlətin biznes mühitini yaxşılaşdırmağa yönələn siyasəti kiçik və orta sahibkarlığın inkişafına təkan vermiş, ölkənin qeyri-neft ixracatı əhəmiyyətli dərəcədə artmışdır.
Beynəlxalq Arenada Nüfuz
İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirmişdir. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırmışdır və inkişafına böyük töhfə vermişdir.
Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması oldu. Uğurlu COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız növbəti nailiyyət oldu. Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olmuş, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirmişdir.
Məzlumların lideri - Müstəmləkəçilikdən əziyyət çəkən xalqların dayağı, dəstəyi.
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclasındakı çıxışında rəsmi Parisin müstəmləkə siyasətini qeyd etmiş və tarixi soyqırımlarla dolu olan Fransanın işğalı dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini xatırladaraq müstəmləkəçiliyin yeni növü ilə hökmranlıq edən dövlətlərin koloniyalarda yaşayan xalqların üzləşdiyi haqsızlıqları ifşa etmişdi. Şuşada keçirilən Qlobal media forumunda müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləyən Bakı Təşəbbüs qrupunun fəaliyyətini vurğulamış və onun üzvlərinə dəstək verməyə davam edəcəklərini bildirmişdir.
Ölkə Prezidenti kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini hər zaman nümayiş etdirir. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. Prezident COP29 zamanı kiçik ada dövlətlərinin sammitində XXI əsrdə müstəmləkə hakimiyyətindən əziyyət çəkən xalqların problemlərinə işıq tutmuşdu. Cənab Prezidentin humanist və həssas yanaşmasının göstəricisidir ki, kiçik ada dövlətlərində ətraf mühitlə bağlı problemlərin həlli məqsədilə Millətlər Birliyi ilə birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində dəstək göstərilmişdir.
Azərbaycanın regional qovşağa çevirilməsi
İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən infrastruktur layihələri ölkənin iqtisadi gücünü artırmış, sosial rifah sahəsində həyata keçirilən islahatlar isə xalqın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
İnfrastrukturun yenilənməsi və genişləndirilməsi Azərbaycanı regionda nəqliyyat və logistika mərkəzinə çevirmişdir. Müasir avtomobil yolları və magistrallar inşa edilmiş, həm daxili, həm də beynəlxalq əlaqələri asanlaşdıran yol şəbəkəsi qurulmuşdur. Hava nəqliyyatı sahəsində də böyük nailiyyətlər əldə edilmişdir. Yeni hava limanları tikilmiş, mövcud olanlar isə beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Füzuli, Zəngilan və Laçın hava limanlarının istifadəyə verilməsi Azərbaycanın iqtisadi və strateji imkanlarını daha da artırmışdır.
Sosial siyasət
Prezident daim əhalinin sosial rifah halının yaxşılaşdırılması yönündə mühüm addımlar atır, onun apardığı sosial siyasətin mərkəzində Azərbaycan xalqı dayanır. Pensiyalar, maaşlar və sosial ödənişlər mütəmadi olaraq artırılmış, aztəminatlı ailələrə dövlət dəstəyi gücləndirilmişdir. Sosial infrastrukturun, o cümlədən xəstəxanaların, məktəblərin və idman obyektlərinin inşası xalqın rifahına birbaşa təsir etmişdir. Bu addımlar sosial ədalətin təmin edilməsinə və ümumilikdə cəmiyyətin sosial inkişafına töhfə vermişdir. Beləliklə, Prezident İlham Əliyevin çoxsaylı islahatları nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin edilmişdir.
İlham Əliyev həm milli, həm də beynəlxalq səviyyədə böyük hörmət qazanmış liderdir. Onun müdrik siyasəti və qətiyyətli addımları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, dövlətimizin gələcək təhlükəsizliyini təmin etməkdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev adı artıq Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmışdır.
Doğum gününüz mübarək, cənab Prezident!
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

