Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Suriyaya humanitar yardım göndərib

Azərbaycan Suriyaya humanitar yardım göndərib

30.12.2024 [13:16]

Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına əsasən, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, dekabrın 30-da ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Bakı şəhərindən yola salınıb.

AZƏRTAC xəbər verir ki, ümumi çəkisi 200 tona yaxın olan humanitar yardımın Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Türkiyə-Suriya sərhədindəki “Çobanbey” keçid məntəqəsinə çatdırılması planlaşdırılır.

Sözügedən yardımın Suriya Ərəb Respublikasının İdlib şəhərində Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Başqanlığının (AFAD) dəstəyi ilə ünvanı üzrə paylanması nəzərdə tutulur.

Yardım karvanının yola salınması mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31