/ / Müasir Azərbaycanın inkişafında və Türk dünyasının inteqrasiyasında Ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir
Müasir Azərbaycanın inkişafında və Türk dünyasının inteqrasiyasında Ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir
01.05.2013 [01:29]
Ulu öndər Heydər Əliyev: Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik
Məlum olduğu kimi, ötən əsrin sonlarında ölkəmizdə, o cümlədən, regionda baş verən proseslər, böyük bir imperiyanın süqutu digər müttəfiq respublikalarla yanaşı, Azərbaycanın da öz müstəqilliyini elan etməsi ilə nəticələndi. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə, müstəqilliyini elan və həm də bərpa edən Azərbaycan imperiya buxovundan rəsmən azad olsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması yalnız Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşdı. 1991-1992-ci illərdə, o cümlədən, 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri dövlət müstəqilliyini qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək ölkənin bütün iqtisadi elementlərini dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən həmin dövrdə Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı.
Məhz belə bir ağır zamanda xalqımız öz xilaskarına - Ulu öndər Heydər Əliyevə müraciət etdi. Bu, olduqca düzgün seçim və zamanın təxirəsalınmaz tələbindən irəli gələn addım idi. Çünki ölkəni fəlakətdən, yaranmış bu ağır vəziyyətdən ancaq Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qətiyyəti və iradəsi xilas edə bilərdi, məhz Onun ən çətin şəraitdə düzgün olan yeganə yolu seçmək bacarığı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu, müstəqil dövlətçiliyimiz qorunub saxlandı. Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Azərbaycan Respublikasının hüquqi dövlətçilik yolunda ən böyük uğurlardan biri isə müstəqil Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Milli Konstitusiyanın qəbulu idi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas diqqətini həm də ölkəmizin Avropa məkanına inteqrasiyasının gücləndirilməsinə yönəltmişdi. Məhz ölkəmizin Avropa Şurasına qəbul olunması bu istiqamətdə atılan mühüm addımlardan biri idi. Görülən çoxşaxəli işlər qısa müddət ərzində öz bəhrəsini verdi. Qısa zaman kəsiyində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq beynəlxalq aləmin fəal üzvünə çevrildi. Məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər, əldə olunan nəticələr müstəqilliyimizin dönməzliyini, sarsılmazlığını və əbədiliyini təmin etdi.
Milli birliyin təmin olunması Ulu öndərin müasir, müstəqil Azərbaycanın inkişafına böyük töhfəsidir
Danılmaz həqiqətdir ki, hər bir müstəqil dövlətin yaranması, inkişafı və möhkəmlənməsini digər tarixi - siyasi amillərlə yanaşı, xalqı bu dövlətin ətrafında birləşdirəcək güclü ideyanın olması da şərtləndirir. Əgər hər hansı siyasi-ictimai, yaxud təbiət hadisələri qısa müddətdə insanları bir yerə toplaya, fərdin enerjisini kütlənin, bəzən də millətin enerjisinə çevirə bilirsə, həmin faktor aradan qalxdıqdan sonra toplumu birləşdirən yeni ideyanın yaranması zərurətə çevrilir. Çünki belə bir ideya olmasa, istənilən ölkədə yaranmış birlik öz-özünə dağılacaq. Azərbaycan xalqının da tarixində belə mürəkkəb hadisələr yaşanıb, bir sıra hallarda milli ideyanın və bu ideyanın ətrafında cəmləşmiş milli birliyin olmaması mənfi fəsadlara yol açıb. Biz bunu dövlət müstəqilliyimizin ilk illərində tam çılpaqlığı ilə müşahidə etdik.
Məlum olduğu kimi, ötən əsrin sonlarında dünyada və regionda cərəyan edən proseslər fonunda Azərbaycan bir əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonra artıq Azərbaycanda idarəçilik formasından tutmuş, iqtisadi inkişaf potensialına, insanların şüuruna qədər hər şey dəyişdi. Bu dəyişikliyin düzgün yönləndirilməsi, milli enerjinin doğru yönə istiqamətləndirilməsi isə olduqca mühüm amil kimi qarşıda dayanırdı. Bütün bunlara isə yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra nail olundu.
Yeni ideoloji əsasların yaradılması türkdilli ölkələrin birliyinin formalaşmasında mühüm amilə çevrildi
Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən ölkəmizin bu gün əldə etdiyi siyasi və iqtisadi uğurlarla yanaşı, vətəndaş həmrəyliyi fəlsəfəsi olan azərbaycançılıq ideologiyası, bütün Türk dünyasının birliyi ideyası, dilimiz, milli-mənəvi, dini dəyərlərimiz, vətəndaş cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının təşkilatlanması və s. bu kimi məsələlər göz önünə gəlir. Çünki türkdilli dövlətlərin səmimi birliyi uğrunda fəaliyyət aparan, bu birliyin formalaşmasının iqtisadi-siyasi təməllərini qoyan Ulu öndər Heydər Əliyev siyasətinin əsasında özünəqayıdış, milli təfəkkür, milli şüur, milli düşüncə məfkurəsi dayanırdı.
“Əsrin müqaviləsi” böyük türk birliyinin möhkəmlənməsinə açar oldu
Qeyd edildiyi kimi, Ulu öndər Heydər Əliyevin titanik fəaliyyətinin ən önəmli məqamlarından biri də məhz türkdilli ölkələrin inteqrasiyası prosesində oynadığı roldur. Xüsusi olaraq vurğulanmalıdır ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycan dövlətçiliyi ilə yanaşı, yeni müstəqillik əldə etmiş digər türkdilli dövlətlərin inkişafı və biri-biri ilə münasibətlərdə inteqrasiya prosesinin güclənməsində əsaslı rol oynadı. Nəzərə alsaq ki, həmin dövrün siyasi mənzərəsində türk birliyinin təməlini məhz Azərbaycan-Türkiyə birliyinin əsasları təşkil edirdi və bir sıra maraqlı xarici qüvvələr məhz bu birliyin baş tutmaması üçün mühüm planlar cızırdı. Lakin Ulu öndər Heydər Əliyev bütün çətinliklərin öhdəsindən gəldi. Bu, vaxtilə əfsanə kimi səslənən, Türkiyə-Azərbaycan birliyinin fonunda gələcəyin böyük türk birliyinin təməli sayılan və “Üç dəniz” əfsanəsinin gerçəkləşməsinə doğru ilk addım olan “Əsrin müqaviləsi”nin imzalanması idi. Məhz bu müqavilənin imzalanması Türkiyənin bölgədə siyasi-iqtisadi aktor kimi gücünün daha da artmasına, Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsinə, bununla yanaşı, türkdilli ölkələrin iqtisadi maraqların fonunda başqa sferalarda yaxınlaşmasına imkan verdi.
Vurğulanmalıdır ki, Ulu öndər Heydər Əliyev hələ 1993-cü ilin iyununda müasir, müstəqil Azərbaycanın qurulması prosesinin nəzəri əsaslarını izah edərkən gələcəkdə türk birliyinin formalaşması, Azərbaycanın və digər türkdilli xalqların inteqrasiyasının əsaslarını dünyaya bəyan etmişdi. Heç də təsadüfi deyil ki, Azərbaycanın siyasi rəhbərliyinə qayıtdığı gün, 1993-cü ilin 15 iyununda Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyini qeyd etmişdi: “Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan, Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır”.
Dildə, fikirdə və əməldə birlik...
Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi iqtisadi-siyasi uğurlar, dünya birliyinə inteqrasiyası türkdilli ölkələrlə də münasibətlərdə real addımların atılmasına rəvac verdi. İkitərəfli, o cümlədən, çoxtərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi bu münasibətlərin genişlənməsinə əsaslı yol açdı. Ulu öndər Heydər Əliyev sonralar bu inteqrasiyanın mahiyyətini türk ideoloqu İsmayıl bəy Qaspralının məşhur kəlamı ilə belə ifadə etmişdi: “XX əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz “Dildə, fikirdə və əməldə birlik” şüarı ilə çıxış edirdilər. Biz uzun mübarizələrdən sonra XX əsrin sonunda bu imkana nail olmuşuq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da artıracaqdır”.
Xüsusi olaraq qeyd edilməlidir ki, türkdilli ölkələrin inteqrasiyası prosesində ən əsas təməl Türkiyə-Azərbaycan əlaqələrinin istər iqtisadi, istərsə də siyasi cəhətdən yeni mərhələyə qədəm qoymasından irəli gəlirdi. 1994-cü ilin fevralında Türkiyəyə səfər edən Ulu öndər Heydər Əliyev iki ölkənin strateji tərəfdaşlığının tarixi formulunu bəyan etdi: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Bu şüar sonradan türkdilli ölkələrin birliyinin, Azərbaycan-Türkiyə münasibətlərinin əsas prinsipini təşkil etdi. Sözsüz ki, müstəqilliyimizi qazandıqdan sonra tarixə qızıl hərflərlə yazılacaq “Bir Millət, İki Dövlət” tezisi sonradan daha da inkişaf etdirilərək Prezident İlham Əliyevin də ifadə etdiyi kimi “Bir Millətin iki diasporu ola bilməz” şəklində mühüm bir birlik formulunun yaranmasına yol açacaqdı və böyük bir türk birliyi inteqrasiyasının yol xəritəsinə çevriləcəkdi. Azərbaycan-Türkiyə əlaqələrinin əbədiliyinin qarantı olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi dünya səviyyəli strateji layihələrin gerçəkləşdirilməsi və eləcə də, çox böyük iqtisadi və geosiyasi əhəmiyyətə malik olan TANAP layihəsi müasir dövrün türk birliyinin simvollarına çevrildi.
Pərviz SADAYOĞLU,
Məqalə Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı jurnalistlər arasında “Müasir Azərbaycanın inkişafında və Türk dünyasının inteqrasiyasında Heydər Əliyevin rolu” mövzusunda yazı müsabiqəsinə təqdim olunur
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09

