Ermənistan konstruktiv mövqe tutaraq bu tarixi ədalətin bərpasında rol oynamalıdır
10.01.2025 [16:11]
XX əsrdə Qərbi Azərbaycanlılar dörd böyük deportasiyaya məruz qalmış və bu deportasiyalar yaddaşımızda acı izlər buraxmışdır. Ermənistandan deportasiya olunmuş 300 mindən çox şəxsin geri qayıtması təkcə onların hüququ deyil, həmçinin arzusudur. Beynəlxalq hüquqla qaçqınların geri qayıdış hüququ təsbit olunur. Bunun həyata keçirilməsinə imkan verməməklə Ermənistan öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, tərəf olduğu konvensiyaların tələblərini pozur. Lakin Qərbi Azərbaycan icmasının öz ata-baba yurduna geri qayıtmaqla bağlı rəsmi müraciətinə baxmayaraq, bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası barədə adekvat cavab alına bilməmişdir. Bu məsələdə dialoqun qurulması və kommunikasiya çox vacibdir.
Hazırda regionun sülh gündəliyində Qərbi Azərbaycanlıların reinteqrasiyası, onların statusunun tanınması kimi məsələlər yer tutur. Ermənistan konstruktiv mövqe tutaraq bu tarixi ədalətin bərpasında rol oynamalıdır.
Prezident İlham Əliyev yanvarın 7-də yerli TV kanallara müsahibəsində bir çox mühüm məsələlərə toxunub. O bildirib ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. “Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun”.
Naxçıvan Muxtar Respublikasını 30 ildən artıqdır ki, blokadada saxlayan Ermənistandır. Bu blokada Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru əlaqəsinə mane olur, insanların və yüklərin hərəkətini əngəlləyir. Davam edən blokada Naxçıvan əhalisinə ciddi təsir göstərir, onların iqtisadi fəaliyyətlərinə, əsas xidmətlərə çıxışına və öz ölkəsi daxilində sərbəst hərəkət azadlığına mənfi təsir edir.
Həmçinin, Prezident Qərbi Azərbaycan İcmasının öz tarixi, əzəli torpaqlarına geri qayıtmaq hüququ barədə söz açıb. Prezident bu mesajı ilə əslində dünya ictimaiyyətinə məsələnin mahiyyəti barədə çox aydın izah verdi. Sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Sülh təkcə rəsmi sənədlər və ya siyasi razılaşmalarla məhdudlaşmır. Sülh yalnız sənədlərdə yox, insanların düşüncə və davranışlarında, cəmiyyətlər arasındakı münasibətlərdə olmalıdır. İctimai konsensus dedikdə, cəmiyyətin böyük əksəriyyətinin sülhə dəstək verməsi, qərəzli düşüncələrdən uzaqlaşması və birlikdə yaşamaq iradəsi nəzərdə tutulur. Prezident ötən ilin sonlarında digər müsahibəsində qeyd edir ki, bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır. Sülhün və işğalın açdığı yaraların sağalması yalnız vaxtın keçməsi ilə deyil, eyni zamanda düzgün sosial və mədəni mühitin yaradılması ilə mümkündür. İctimai fon cəmiyyətin sülh prosesini dəstəkləyəcək şəkildə maarifləndirilməsi, etimad mühitinin yaradılmasıdır. Bu prosesdə Qərbi Azərbaycan icması ilə dialoq şəraitində İcmanın haqlı tələbləri təmin edilərsə, onların ədalətli narazılıqları nəzərə alınarsa davamlı sülh təmin oluna bilər. Yarımçıq sülh heç bir tərəfə lazım deyil.
Qərbi Azərbaycanlıların öz ata-baba yurduna qayıtması xalqlar arasında etimad mühitinin qurulmasına töhfə verə bilər. Eyni zamanda insanlararası təmasları yarada və gücləndirə bilər. Bütün hallarda, Ermənistan və Azərbaycan coğrafi olaraq daim qonşu olacaqdır, bu, bizim taleyimizdir və biz həmişə düşmənçilik şəraitində yaşaya bilmərik. Bunu Ermənistan dərk etməlidir ki, ilk növbədə qonşularla dostluq və normal münasibətlər qurulmalıdır. Bu münasibətlərin normal qurulması üçün qonşuları narahat edən əsas məqamlar nəzərə alınmalıdır. Bu xüsusda, Azərbaycanı narahat edən məqamlardan biri də Ermənistandan deportasiya olunmuş azərbaycanlıların öz tarixi, əzəli vətənlərinə geri qayıtmasıdır.
Davamlı sülhün qurulması üçün Azərbaycan tərəfinin narahatçılıqları nəzərə alınmalıdır. Qərbi Azərbaycandan zorla çıxarılmış 300 mindən çox insanın öz hüququnu, öz keçmişini geri qaytaracaq addımların atılması etimad-quruculuq tədbirlərinin ən başlıcasıdır.
Məsələn, Azərbaycan çoxmillətli dövlətdir və əsrlər boyu müxtəlif xalqların nümayəndələri birlikdə, sülh şəraitində yaşayırlar və biz bundan qürur duyuruq. Biz müxtəlif xalqların ənənələrinin qorunub saxlanılmasını təşviq edirik. Ermənistan isə monoetnik ölkədir, burada 99%-dən bir qədər də çox erməni yaşayır ki, bu, dünyada nadir hadisələrdən biridir.
Qərbi Azərbaycandan deportasiya olunmuş 300 mindən çox insan təhlükəsiz, ləyaqətli və sülh şəraitində öz doğma yurdlarına geri qayıtmaq istəyirlər. Bu istək Ermənistan rəhbərliyini qorxutmamalıdır. Çünki bu, ərazi iddiası deyil, bu, insan hüquq və azadlıqlarının ayrılmaz bir komponentidir.
Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpası ilə yanaşı, xalqımızın mədəni irsinin, ənənələrinin və torpaqlarımızda yaratdığı dəyərlərin yenidən canlanması anlamına gəlir. Qayıdış, eyni zamanda, milli birliyimizin gücləndirilməsi, itirilmiş hüquqlarımızın müdafiəsi və tarixi torpaqlarımızda haqqın bərqərar olunması yolunda atılan vacib addımdır.
Bu xüsusda, Azərbaycan Respublikasının Milli Məclisində "Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu"nun yaradılması qərarı, Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququnun müdafiəsinin parlament diplomatiyasında da gücləndirilməsinə xidmət edir. Bu qərar həm də Azərbaycan xalqının, xüsusilə də Ermənistandan tarixdə dörd dəfə deportasiya edilən azərbaycanlıların səsini və ehtiyaclarını özündə ehtiva edir. Bu təşəbbüs Qərbi Azərbaycanlı qaçqınların ədalət tələbinin ifadəsidir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı,
Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

