/ / Türkiyənin Qazi Universitetində Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konfrans keçirilib
Türkiyənin Qazi Universitetində Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konfrans keçirilib
07.05.2013 [13:59]
Konfransda Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov məruzə ilə çıxış edib
Mayın 3-də Türkiyənin Qazi Universitetində Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konfrans keçirilib. Konfransda əsas məruzəçi kimi Azərbaycan Milli Məclisinin komitə sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov çıxış edib. “Azərbaycan-Türkiyə əlaqələri və Heydər Əliyev” mövzusunda çıxış edən E.İbrahimov bildirib ki, tarix boyu xalqların dünya miqyasındakı yeri özünün fitri idarəçilik keyfiyyətləri, mütərəqqi ideyaları, mürəkkəb siyasi şəraitdə məsuliyyəti öz üzərinə götürmək bacarığı ilə fərqlənən dahi şəxsiyyətlərin tarixi missiyası ilə birbaşa bağlı olub. Onun fikrincə, məhz belə şəxsiyyətlər öz xalqlarının istək və arzularının ifadəçisi kimi onun gələcək inkişaf meyillərinin müəyyənləşməsində müstəsna rol oynayır: “Azərbaycanda belə bir fövqəladə missiyanı Heydər Əliyev həyata keçirərək dünyanın Atatürk kimi ən qüdrətli siyasi xadimləri ilə bir sırada dayanmaq haqqı qazanıb. O, özünün misilsiz xidmətləri sayəsində bütün Türk dünyasının dərin sevgisini qazanaraq xalqının siyasi və dövlətçilik şüurunda Ümummilli lider yüksəkliyini fəth edib”.
Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu haqqında konfrans iştirakçılarına ətraflı məlumat verən YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Heydər Əliyevin hələ sovetlər dövründə gördüyü hərtərəfli və əhatəli işlər, özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan tələbkarlığı, yüksək işgüzarlığı və tükənməz enerjisi sayəsində Azərbaycan qısa bir müddət ərzində sosial-iqtisadi inkişaf səviyyəsinə görə keçmiş SSRİ məkanında geridə qalmış bir respublikadan qabaqcıl respublikaya çevrildi. Məruzəçi deyib ki, Ulu öndər Heydər Əliyev SSRİ-nin tərkibində olan Azərbaycana rəhbərlik etdiyi illərdə qardaş Türkiyə ilə əlaqələr qurmağa və əməkdaşlıq etməyə çox böyük səy göstərirdi: “O, Türkiyə ilə mədəniyyət, incəsənət, elm, təhsil, turizm, idman və digər sahələrdə əlaqələrdə Azərbaycanın daha geniş iştirakını təmin etmək üçün SSRİ rəhbərliyi qarşısında konkret məsələlərin həllini qaldırır, bunun İslam və türkdilli ölkələrdə Sovet dövlətinin imicinin yüksəlməsinə böyük təsiri olduğunu böyük məharətlə əsaslandırırdı. Heydər Əliyev Türkiyə ilə əlaqələrdə qardaşlaşmış şəhərlər hərəkatından istifadə edilməsi təklifini irəli sürür, Bakı və İzmir şəhərinin qardaşlaşması məsələsinə baxmağı xahiş edirdi. Heydər Əliyev Türkiyəyə səfərə gedən müxtəlif səviyyəli Sovet nümayəndə heyətlərinin tərkibinə azərbaycanlılardan nümayəndələrin daha çox daxil edilməsi təklifini irəli sürürdü. O, təklif edirdi ki, Türkiyədən SSRİ-yə gələn turistlərin səfər proqramlarına Azərbaycana səyahət də daxil edilsin.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevə qədər işləmiş Azərbaycan Sovet rəhbərlərindən heç biri Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinə dair mərkəz qarşısında belə tutarlı, əsaslandırılmış və cəsarətli təkliflər verməmişdi. Ulu öndərin təkliflərinin nəzərə alınması nəticəsində iki ölkə arasında münasibətlər yaxşılaşır, türk xalqı Azərbaycanı daha yaxından tanıyır, siyasi mühacirət nümayəndələri vətənə səfərlər edirdilər. Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan 1970-ci ilin avqust-sentyabr aylarında İzmirdə keçirilən beynəlxalq yarmarkada ayrıca pavilyonda təmsil olundu və Azərbaycandan 22 nəfər incəsənət ustası göndərildi. Bu Türkiyədə böyük rəğbət və məhəbbətlə qarşılandı və onların Türkiyədə verdikləri konsertlər alqışlarla müşayiət olundu. Heydər Əliyev Azərbaycan şair və yazıçılarının Türkiyəyə səfərlərinə şərait yaradır, onu təşviq edir, baxışları üstündə əvvəlki illərdə sıxışdırılan şəxslərin qardaş ölkə ilə əlaqə yaratmalarına imkan verir, bundan ötrü mərkəzdən icazə alır və yardımlar göstərirdi. Bunun nəticəsində 1974-cü ildən başlayaraq Azərbaycan şair və yazıçıları Türkiyəyə, Türk yazıçıları isə Azərbaycana səfərlər edib həmkarları ilə görüşdülər. Keçirilən görüşlər Azərbaycan və Türk ədəbiyyatı haqqında məlumatların yayılmasına kömək edir, bir-birindən ayrı düşmüş Azərbaycanın Türkiyə və Türk dünyası ilə əlaqələrinin inkişafına müsbət təsir edirdi”.
Məruzəçi deyib ki, Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan Respublikasına ikinci dəfə rəhbərliyə başladığı ilk gündən qardaş Türkiyə ilə əlaqələrin genişlənməsini ölkəmizin xarici siyasətinin prioritet istiqaməti elan edib və böyük əhəmiyyəti olan bir sıra qlobal tədbirlər həyata keçirib. Belə ki, Ulu öndərimiz ölkə Prezidenti kimi qardaş Türkiyə Cümhuriyyətinə rəsmi və işgüzar səfərlər edib və görüşlər keçirib: “Eyni zamanda, dost və strateji müttəfiqimiz olan Türkiyə Respublikasının rəhbərləri və rəsmiləri də dəfələrlə Azərbaycan Respublikasında olmuş, çoxsaylı müqavilələr və protokollar imzalamışlar. Buna misal olaraq 18 noyabr 1999-cu ildə Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və ABŞ prezidentlərinin İstanbulda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisinə dair imzaladıqları bəyannaməni və 2001-ci il 12 mart tarixində isə Heydər Əliyevin Ankarada Azərbaycan qazının Türkiyəyə ixracına dair imzaladığı sazişi göstərmək olar. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq bir neçə ildir ki, fəaliyyət göstərir və ölkələrimizin iqtisadiyyatının möhkəmlənməsinə və əhalisinin rifah halının yüksəlməsinə xidmət edir. Fərəhli haldır ki, təməli Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulan bu iqtisadi əməkdaşlıq iki qardaş ölkənin hazırkı rəhbərləri- İlham Əliyev, Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da möhkəmlənir və inkişaf etdirilir. Bakı-Tbilisi-Qars dəmiryolunun bu ilin sonunda istifadəyə verilməsi, “Şahdəniz” qazının Türkiyə vasitəsi ilə Avropaya çatdırılması və digər layihələrin həyata keçirilməsi buna əyani sübutdur. Ölkələrimiz arasında inkişaf edən dostluq və qardaşlığın nəticəsidir ki, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına milyard dollarlıq sərmayə qoyurlar. Azərbaycan şirkətləri də artıq öz sərmayələrini Türkiyə iqtisadiyyatına yatırırlar. Müstəqilliyin ilk günündən etibarən hər zaman, hər məsələdə Azərbaycanla birgə olan Türkiyə, bundan sonra da Azərbaycanla birgə olmağa davam edəcəkdir. Bu bizim qardaşlığımızın təbii bir nəticəsidir. Türkiyə ilə Azərbaycan, iki qardaş ölkə sivilizasiyaya doğru, yaxşı, gözəl günlərə doğru birlikdə yürüməkdə davam edəcək”.
Konfransda çıxış edən Türkiyə parlamentinin üzvü Sinan Oğan və digərləri Ulu öndər Heydər Əliyevin Türk dünyası qarşısında xidmətlərini, o cümlədən, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında müstəsna xidmətlərini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

