Milli Aviasiya Akademiyasında Heydər Əliyev Muzeyi açılıb
07.05.2013 [14:01]
Mayın 6-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Milli Aviasiya Akademiyasının tədris binasında Heydər Əliyev Muzeyinin açılışı olub.
AzərTAc xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və tədris ocağının kollektivi Ulu öndər Heydər Əliyevin Akademiyadakı büstü önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Məlumat verilib ki, Azərbaycanın böyük oğlu, 30 ildən artıq bir dövrdə xalqımızın həyatında, taleyində tarixi rol oynamış Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində açılan Muzeydə Ümummilli liderin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən 200-dək foto və sənəd nümayiş olunur.
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin təşəbbüsü ilə yaradılan Muzeyin ekspozisiyası tarixi xronologiya üzrə 4 bölmədən ibarətdir.
Ulu öndərin uşaqlıq və gənclik illərini əhatə edən birinci bölmədə Heydər Əliyevin doğulub boya-başa çatdığı böyük və mehriban ailənin həyatından müxtəlif məqamları, eləcə də, 1944-cü ildən 1967-ci ilədək sıravi işçidən Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsinədək keçdiyi şərəfli yolu əks etdirən fotoşəkillər nümayiş etdirilir.
Muzeyin ikinci bölməsində Ümummilli liderin 1969-1980-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdən bəhs edən, həmçinin 1982-ci ilin noyabrında Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosuna üzv seçilməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi haqqında, üçüncü bölmədə isə Heydər Əliyevin 1990-cı ildə Moskvadan Naxçıvana qayıdışı, Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonra isə Muxtar Respublikanın Ali Məclisinin sədri olduğu vaxtlara dair sənədlər və fotoşəkillər təqdim olunur.
Dördüncü bölmədə Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Onun xarici və daxili siyasi fəaliyyəti, Ermənistanın ölkəmizə təcavüzünün nəticələrini aradan qaldırmaq məqsədilə gördüyü işlər, iqtisadiyyatın inkişafına təkan verən mülki aviasiyanın, həmçinin milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı üçün göstərdiyi qayğı və diqqəti əks etdirən fotomateriallar nümayiş etdirilir.
Heydər Əliyev Muzeyində Onu təkcə ictimai-siyasi xadim, Ümummilli lider, dövlət rəhbəri kimi deyil, həm də gözəl ailə başçısı, sadiq ömür-gün yoldaşı, qayğıkeş və mehriban ata və baba kimi də görmək mümkündür.
Milli Aviasiya Akademiyasının nəzdində yaradılmış Muzeyin məqsədi müdrik rəhbər Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyətini akademiyada təhsil alan tələbələrə örnək kimi göstərməkdir.
“Mən xoşbəxtəm ki, artıq indi Azərbaycanın mülki aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır”, - deyən Heydər Əliyevin xatirəsinə yaradılmış Muzey Milli Aviasiya Akademiyasının tələbələrində vətənpərvərlik ruhunun aşılanmasında önəmli rol oynamaqla yanaşı, gənc aviatorlarda milli aviasiyamızın inkişafına daim diqqət və qayğı göstərən Ulu öndərin bu istiqamətdəki fəaliyyəti barədə də geniş təsəvvür yaradır.
Sonra tədbir iştirakçıları Ümummilli liderin 90 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) tərəfindən hazırlanmış “Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var” sənədli filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10

