Hulusi Kılıç: Qara Yanvar hadisələri insanlığa qarşı cinayətdir
20.01.2025 [10:22]
Bakıda və Azərbaycanın digər şəhərlərində baş vermiş Qara Yanvar hadisələri insanlığa qarşı cinayətdir. Həmin günlərdə Azərbaycan xalqı öz sarsılmaz ruhunu və azadlıq istəyini, milli hüquq və mənafeləri qorumaq əzmini bütün dünyaya nümayiş etdirdi.
Bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Qanlı Yanvar hadisələri iştirakçılarının qəhrəmanlığı ölkə tarixində yeni səhifə açıb və 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Qanununun qəbulu ilə ölkənin müstəqilliyinin bərpasına gətirib çıxarıb.
O, vurğulayıb ki, Azərbaycanda 150 dinc sakinin qətlə yetirilməsi və 740-dan çox silahsız insanın yaralanmasına görə birbaşa məsuliyyəti Sovet İttifaqı rəhbərliyi, şəxsən Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov və SSRİ müdafiə naziri Dmitri Yazov daşıyır.
H.Kılıç xatırladıb ki, Azərbaycanda törədilən qanlı cinayətləri gizlətmək üçün hakimiyyət televiziya və radioların yayımını dayandırıb.
“Qorbaçov və onun dəstəsinin bütün səylərinə baxmayaraq, beynəlxalq ictimaiyyət dinc əhaliyə qarşı amansız qətliam törədən sovet rəhbərliyinin qanlı əməllərindən xəbər tutdu. İnsan haqları təşkilatları sovet ordusunun hərəkətləri, nümayişçilərin atəşə tutulması, Azərbaycan şəhərlərinin küçələrində törədilən vəhşiliklər və qətllər barədə çoxsaylı reportajlar hazırlayıb. Müxtəlif qlobal məkanlarda bu dəhşətli faciədə əli olanların məsuliyyətə cəlb edilməsi üçün çağırış edilib", -deyə agentliyin həmsöhbəti bildirib.
Sabiq səfir qeyd edib ki, Azərbaycan üçün ağır günlərdə Türkiyə xalqı öz qardaşlarına rəğbət bəsləyib.
“Təəssüf ki, illər keçsə də, Qara Yanvar hadisələrinin günahkarları hələ də layiqincə cəzalandırılmayıb. Əminəm ki, həmin gün gələcək və ədalət zəfər çalacaq”, - deyən Kılıç şəhidlərin ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31

