“Heydər Əliyev - Ömür Yolu” kitabının təqdimat mərasimi keçirilib
08.05.2013 [04:33]
Mayın 7-də Yeni Azərbaycan Partiyası ilə Heydər Əliyev Mərkəzinin birgə hazırladığı “Heydər Əliyev - Ömür Yolu” kitabının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
YAP idarə heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə kitabın məziyyətləri haqqında danışaraq deyib ki, kitablar bizim dünənimizdən, bu günümüzdən və gələcəyimizdən xəbər verir. Heydər Əliyev haqqında yazılan kitablar eyni zamanda Azərbaycan tarixini də özündə əks etdirir. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycana yeni bir eraya qədəm qoyub. Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük əmək sərf olunub. Odur ki, biz Heydər Əliyevin əsəri olan bugünkü Azərbaycanı qorumalı, onu gələcək nəsillərə çatdırmalıyıq. Hələ ötən əsrin 70-ci illərində respublikaya rəhbərlik edən Heydər Əliyev zavod və fabriklərin açılışında iştirak edib, minlərlə məktəbin, xəstəxananın, mədəniyyət müəssisəsinin təməlini qoyub. Bütün bunlar fotoşəkillərlə kitabda öz əksini tapıb.
Müstəqil Azərbaycana rəhbərlik edən Ulu öndər quruculuq siyasətini davam etdirərək yenə açılış və təməlqoyma mərasimlərində iştirak edib. Lakin dövrün xüsusiyyətinə uyğun olaraq Ümummilli lider bu dəfə tamamilə yeni layihələrin təşəbbüskarı və müəllifi kimi çıxış edib. Kitabda yeni dövrü əks etdirən fotolar arasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimini və buna bənzər digər anları yaşadan fotoşəkillər xüsusi yer tutur. Bütün bunlar yeni tariximizin öyrənilməsi və təbliğində əhəmiyyətli rola malikdir.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın nüfuzunu dünya miqyasına yüksəldib. Bu yüksəliş siyasi strategiyanın möhkəm əsasları üzərində bərqərar olub. Azərbaycanda 1990-cı illərin əvvəllərində ictimai-siyasi sabitlik yaratmaq, dünyanın diqqətini Azərbaycana yönəltmək, iqtisadi islahatlara geniş meydan vermək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq sadəcə olaraq cari tədbirlərin nəticəsi deyildir. Heydər Əliyev ilk növbədə Azərbaycanın dünyadakı yerini və qlobal siyasətdəki rolunu müəyyənləşdirib, bölgədə marağı olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qura bilib. Dünyanın siyasi xəritəsinə nəzər yetirsək, Azərbaycanın ərazicə kiçik dövlət olduğunu görərik. Lakin bu kiçik dövlət bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Milli Məclisin deputatı, professor Nizami Cəfərov Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən danışaraq deyib ki, o zaman dünyanın siyasi arenasında elə hadisələr baş verirdi ki, bu hadisələrin mahiyyətini yalnız Heydər Əliyev başa düşürdü. Ümummilli liderin bu qabiliyyəti qaynar siyasi proseslərdən düzgün nəticələr çıxarmasına imkan yaradırdı. Heydər Əliyev ona görə Ümummilli lider səviyyəsinə yüksəlib ki, o, daim qalib gəlirdi. Heydər Əliyevin qələbələrinin mənbəyində dayanan qüvvə Azərbaycan xalqı idi. O, ən gərgin anlarda belə xalqına arxalanaraq, Onu irəliyə aparır və qalib gəlirdi. Kitabda mətndən çox fotolara yer verilməsinin mühüm önəm daşıdığını bildirən N.Cəfərov deyib ki, bu kitabı fotoşəkillərdən ibarət povest də adlandırmaq olar. Çünki Heydər Əliyevin obrazı, iş üsulu daha aydın şəkildə nəzərə çarpır. Xüsusən gənclər bu kitabdan daha çox faydalanacaqlar. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində saysız-hesabsız görüşlər keçirib, xarici dövlətlərə səfərlər edib, dünya siyasətini müəyyən edən beynəlxalq təşkilatların tribunalarından nitqlər söyləyib. Bu kitab məhz ona görə qiymətli mənbə hesab olunur ki, bütün bunlar yazı dili ilə deyil, fotolarla oxuculara çatdırılır.
Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimov bildirib ki, dünya azərbaycanlılarının bir araya gətirilməsi, diasporumuzun formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyev Mərkəzinin başlıca məqsədi bu görkəmli dövlət xadiminin zəngin irsini gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Hər bir xalqın tarixində görkəmli siyasi xadimlər olub. Lakin ən ağır məqamda xalqı səfərbər etmək, bir tərəfdən düşmən təcavüzünün qarşısını almaq, digər tərəfdən isə yeni dövlət quraraq ölkəsini dünyada tanıtmaq heç də hər kəsə nəsib olmayıb. Bu güclü şəxsiyyətin həyat yolu və mübarizəsi kitablar vasitəsilə gənc nəslə ona görə çatdırılmalıdır ki, onlar fərd kimi deyil, şəxsiyyət kimi formalaşsınlar. Odur ki, Ulu öndərin həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycanda gördüyü işlər təkcə yazlarla yox, eyni zamanda fotolardan ibarət kitablar vasitəsilə yetişməkdə olan gənclərə çatdırılmalıdır. Bunu Azərbaycanın dövlət maraqları tələb edir.
Tədbirdə Milli Məclisin üzvləri, ziyalılar, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52

