/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyanada İmperiya Xəzinəsi, İspan atçılıq məktəbi və Müqəddəs Mixael Kilsəsi ilə tanış olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyanada İmperiya Xəzinəsi, İspan atçılıq məktəbi və Müqəddəs Mixael Kilsəsi ilə tanış olub
14.05.2013 [13:09]
Mayın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyanada Hofburq saray kompleksində yerləşən İmperiya Xəzinəsi ilə tanış olub.
Əvvəlcə Mehriban xanım Əliyeva və Avstriyanın birinci xanımı Margit Fişer Hofburqda bu sarayın qədim görüntülərini əks etdirən rəsm əsərlərinə baxıblar.
Azərbaycanın birinci xanımına məlumat verilib ki, hazırda muzey kimi fəaliyyət göstərən İmperator Xəzinəsində Habsburqlar sülaləsinin ailə xəzinəsi, incəsənət kolleksiyası, müxtəlif dövrlərdə imperatorlara təqdim edilmiş qiymətli hədiyyələr saxlanılır. İmperiya Xəzinəsi XVI əsrdə yaradılıb, XVIII əsrdə isə hazırkı məkanına köçürülüb. Burada Avropa tarixinin min ildən artıq dövrünə aid dəyərli eksponatlar nümayiş etdirilir.
Bildirilib ki, İmperiya Xəzinəsi İncəsənət Tarixi Muzeyini və digər zallar da daxil olmaqla 21 bölmədən ibarət nadir kolleksiyanı özündə birləşdirir. Burada bir neçə əsr ərzində Habsburq sarayı tərəfindən çoxlu sayda qiymətli nümunələr toplanıb. Kolleksiyanın ən qiymətli nümunələrinə İmperiya tacı, Müqəddəs Roma İmperiyası imperatorlarına aid geyimlər, simvollar və digər nadir kolleksiyalar daxildir.
Diqqətə çatdırılıb ki, İmperiya Xəzinəsi iki kolleksiyadan ibarətdir. Bunlardan biri dünyəvi, digəri isə dini kolleksiyadır. Dünyəvi kolleksiyada Habsburqlar sarayına aid zərgərlik məmulatları və qiymətli daşlar da daxil olmaqla çoxsaylı tarixi eksponatlara rast gəlmək mümkündür. Bu eksponatlar öz tərtibatı ilə sahiblərinin hüdudsuz qüdrətini nümayiş etdirir. Dini kolleksiyada isə din xadimlərinin şəxsi kolleksiyalarından əşyalar təqdim olunur.
Azərbaycanın birinci xanımı İmperiya Xəzinəsində nümayiş etdirilən eksponatlara baxıb.
Mehriban xanım Əliyeva İmperiya Xəzinəsinin xatirə kitabına ürək sözlərini yazıb.
* * *
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Hofburq saray kompleksinin tərkibində yerləşən İspan Atçılıq Məktəbində də olub.
Mehriban xanım Əliyevaya məlumat verilib ki, məktəb XIX əsrdə Avstriya-Macarıstan imperiyasının hakim sülaləsi olan Habsburqlar ailəsinin üzvləri üçün təsis edilib. Həmin məktəb hazırda klassik atçılıq sənətinin davam etdirilməsi üçün qorunub saxlanılır. Məktəbin adı incəsənət atçılığı üçün yetişdirilən xüsusi cins ispan atlarının adından götürülüb. Klassik atçılıq və ispan atçılıq məktəbi sənəti 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
* * *
Daha sonra Azərbaycanın birinci xanımı Vyananın mərkəzində yerləşən Müqəddəs Mixael Kilsəsi ilə tanış olub.
Mehriban xanım Əliyevaya məlumat verilib ki, kilsə XIII əsrdə Babenberq sülaləsinə mənsub olan VI Leopold tərəfindən Roman üslubunda tikdirilib. Kilsə hazırda Vyananın ən qədim və görkəmli tarixi abidələrindən biri sayılır.
Diqqətə çatdırılıb ki, orta əsrlərdə imperator ailəsi tərəfindən dini ayinlər üçün mütəmadi istifadə edilən kilsə öz sərdabaları ilə muzey kimi də fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

