"Milli şura"nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - TAM MƏTN
26.01.2025 [00:39]
2013-cü ildə "milli şura” adlı antimilli dəstə Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlamışdı. Mətbuatda məktubla əlaqədar müəyyən məqamlar yer alsa da, onun tam mətni yayılmamışdı.
"Yeni Azərbaycan" qəzeti olaraq zaman-zaman sözügedən məsələyə toxunaraq şərhlər vermişik. Amma bugünlərdə həmin müraciətin tam mətni ilə əlaqədar redaksiyamıza məlumat daxil olub. Daha dəqiq desək, vaxtilə qondarma "milli şura"da təmsil olunmuş şəxslərdən biri Rusiya Prezidentinə ünvanlanmış məktubu bizə göndərib.
Jurnalistikanın etik norma və prinsiplərinə riayət edərək məktubu olduğu kimi dərc edirik:
"Hörmətli Vladimir Vladimiroviç.
Sizə Şərqdə ilk demokratik respublika yaratmış Azərbaycan Respublikasında fəaliyyət göstərən Demokratik Qüvvələrin Milli Şurası adından müraciət etməkdən məmnunluq duyuruq.
Azərbaycan dövlətinin yaxın qonşusu, etibarli strateji tərəfdaşı olan bir ölkənin Prezidenti və xalqımızın sadiq dostu kimi Sizin ədalətinizə inanır, səmimiyyətinizə güvənirik.
Siz demokratik və hüquqi dövlətin qurucusu, dünya siyasətində öz liderlik keyfiyyəti ilə fərqlənən tarixi şəxsiyyətsiniz. Rəhbəri olduğunuz Rusiya Federasiyası beynəlxalq münasibətlər sistemində legitim və aparıcı qüvvə kimi haqlı və prinsipial mövqeyi ilə fərqlənir. Eyni zamanda, ölkə daxilində həyata keçirdiyiniz demokratik islahatlar region dövlətləri, o cümlədən qonşu Azərbaycan üçün nümunə təşkil edir.
Zati-alinizə məlumdur ki, bu gün Azərbaycanda demokratik ənənə və dəyərlərə zidd siyasət həyata keçirilir, bütün hüquq və azadlıqlar boğulur. Gerçək müxalifətin bütün sivil mübarizə imkanları məhdudlaşdırılıb və sərbəst fəaliyyətinə ciddi maneələr yaradılıb.
Qətiyyətli və demokratik Lider kimi Sizə müraciət etməkdə məqsədimiz ölkəmizdə bütün siyasi məhbusların azad edilməsi, media və sərbəst toplaşma azadlığının təmin olunması, siyasi partiyalar və vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinin bərpa edilməsi, siyasi fəallara qarşı təqiblərə və korrupsiyaya son qoyulması və digər bu kimi məsələlərdə xalqımıza köməklik gostərməyinizi xahiş etməkdir.
Xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirik ki, hazırkı iqtidar heç bir halda ölkədə demokratik mühit yaratmaq arzusu və niyyətində deyil. O səbəbdən ya Sizin iradənizlə Rusiya Federasiyası kimi qüdrətli və ədalətli bir dövlət bu hakimiyyətə sanksiya tətbiqi də daxil olmaqla müxtəlif üsullardan istifadə etməklə ciddi təzyiq göstərməli, ya da hazırkı siyasi komanda qəti şəkildə hakimiyyətdən uzaqlaşdırılmalıdır.
Xahişimizi nəzərə alaraq yardımçı olacağınız təqdirdə, Demokratik Qüvvələrin Milli Şurası olaraq hər cür güzəştə getməyə və istisnasız olaraq bütün məsələlərdə qarşınızda istənilən öhdəliyi götürməyə hazırıq.
Hörmətlə,
Demokratik Qüvvələrin Milli Şurası adından:
Cəmil Həsənli
Əli Kərimli
Tofiq Yaqublu
Gültəkin Hacıbəyli
Kamil Vəli Nərimanoğlu
Qubad İbadoğlu
Vidadi Mirkamal
Nurəddin Mustafayev
Mehman Əliyev".
P.S. Məktubun mətni "milli şura" adlı xəyanətkar yığıncaqda təmsil olunan ünsürlərin, bütövlükdə redikül müxalifətin riyakarlığını bir daha aşkara çıxarır. Bu gün Rusiya Prezidentinin ünvanına "işğalçı", “diktator”, “hüquq və azadlıqları boğan” kimi ifadələr səsləndirən Cəmil Həsənli, Əli Kərimli və digər "şuraçı" yoldaşları nə üçün 2013-cü ildə yazdıqları məktubda Vladimir Putini "qətiyyətli və ədalətli lider" “demokratik və hüquqi dövlət qurucusu” adlandırırdılar?
Bir ölkənin başçısına necə olur ki, gah “diktator”, gah “demokrat” deyə müraciət olunur? Bu sevgi və nifrət haradan qaynaqlanır? Reallıq dəyişib? Xeyr, hər şey olduğu kimi və yerindədir: dəyişən, sadəcə olaraq, siyasi buqələmunların rəngidir.
Nəhayət, məktubda yer alan "Demokratik Qüvvələrin Milli Şurası olaraq hər cür güzəştə getməyə və istisnasız olaraq bütün məsələlərdə qarşınızda istənilən öhdəliyi götürməyə hazırıq" fikri həmin ünsürlərin xəyanətkar mövqeyini əks etdirir. Onlar başqa bir dövlətin başçısına bu cür xitab etməklə "hakimiyyətə gələcəyimiz təqdirdə, milli məsələlər də daxil olmaqla istənilən şərt və istəyinizi yerinə yetirəcəyik" mesajı verməyə çalışırlar.
Necə deyərlər, görünən dağa bələdçi lazım deyil və yaxud əlavə sözə nə hacət...
"Yeni Azərbaycan"
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

