Aİ missiyasına ehtiyac olmasa da...
05.02.2025 [08:56]
Sülhə xidmət etməyən “binoklçılar” Qərbin bölgədə təxribatları üçün saxlanılır
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) gerçək məqsədi regionda sülhə töhfə vermək deyil. Ötən dövrdə baş verən proseslər göstərdi ki, bu missiya mülki deyil, hərbi-kəşfiyyat xarakteri daşıyır. Missiya üzvlərinin əvvəllər hərbi-təhlükəsizlik sahəsində çalışmaları da bunu təsdiqləyir.
Bütün bunların fonunda Avropa İttifaqı missiyanın müddətini daha iki il uzatmağa qərar verib. Avropa İttifaq Şurasının yaydığı məlumata görə, İttifaq ölkələri EUMA-nın fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə ediblər. Müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılıb. “EUMA Avropa İttifaqının regionda sülh və sabitliyin dəstəklənməsi səylərinin mühüm tərkib hissəsidir. Missiyanın məqsədi yerdəki vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək, mümkün olduqca Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına dəstək verməkdir”, - deyə məlumatda bildirilib.
Aİ Şurası, həmçinin missiyanın vəzifələrinin dəyişməz olaraq qaldığını vurğulayıb, EUMA-nın silahsız mülki missiya olduğunu və belə də qalacağını iddia edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da missiyanın mandatının uzadılmasını “alqışlayıb”. “Missiya regionda sabitliyin dayaqlarından biri olduğunu sübut edib. Biz hər bir Aİ üzv dövlətinin dəstəyini və iştirakını yüksək qiymətləndiririk”, - deyə Mirzoyan “X” sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, Markus Ritterin rəhbərlik etdiyi missiyanın beynəlxalq və yerli personal daxil olmaqla, 200-dən çox əməkdaşı var. Aİ missiyası müşahidəçiləri və mülki ekspertlər Avropa İttifaqına 25 üzv dövləti və NATO üzvü olan Kanadanı təmsil edirlər.
Missiya Fransa casuslarından ibarətdir
Ümumiyyətlə, Aİ-nin bu addımlarının əsas səbəbkarı rəsmi İrəvandır. Əgər erməni tərəfi razılıq verməsəydi, missiyanın müddəti uzadıla bilməzdi. Belə hallar isə bölgədə sülhün əldə edilməsinə mane olmaqdan başqa bir şey deyil. Bu baxımdan, Aİ missiyasının Ermənistanda qalma müddətinin uzadılması Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Bir müddət öncə daha bir qrup “müşahidəçinin” Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gələrkən, görünən mənzərə də bunu təsdiqləyir. Belə ki, indiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, həmin gün sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Bu isə onu deməyə əsas verir ki, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Beləliklə, Ermənistanı sülhdən yayındıran ən əsas xarici qüvvə sayılan Fransanın növbəti dəfə müharibə axtarışında olması, yeni eskalasiyalar arzulaması bir daha sübut olunur.
Rusiya Aİ missiyasının əleyhinədir
Xatırladaq ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində mülki monitorinq missiyası 2022-ci il oktyabrın 17-dən fəaliyyət göstərir. Bununla bağlı liderlərin Praqa görüşündə razılıq əldə olunmuşdu. Azərbaycanın da razılığına əsasən 40 nəfərdən ibarət missiya iki ay ərzində Ermənistanda fəaliyyət göstərməli idi. Lakin sonradan Azərbaycanın razılığı olmadan Ermənistanla Aİ bu missiyanın fəaliyyətinin uzadılmasına və genişləndirilməsinə qərar verdilər. Azərbaycan missiyanın uzadılmasını və üzvlərin sayının artırılmasının regionda sülhə xidmət etmədiyi qənaətindədir.
Digər tərəfdən, Rusiya da Aİ missiyasının Ermənistanda yerləşdirilməsinin əleyhinədir. Rəsmi Moskva Aİ missiyasının regionda kəşfiyyat məqsədilə yerləşdiyini dəfələrlə bəyan edib.
Bütövlükdə, sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb.
Bəs Aİ-nin missiyası sərhəddə konkret hansı işlərlə məşğul olub? O, sülhə töhvə verə bilibmi, yaxud da Ermənistanın hərbi təxribatlarının qarşını alıbmı? Əlbəttə, yox. Missiya üzvləri ötən dövrdə yalnız binoklla sərhəddən Azərbaycana baxmaqla kifayətlənib, hərdən də bir sıra ölkələrdən gələn rəsmilər, eləcə də diplomatlarla birlikdə uzaqda Azərbaycan ərazilərini seyr etməklə məşğul olublar. Ötən dövrdə erməni tərəfi bir sıra hərbi təxribatlar törədib ki, Aİ missiyası o zaman ortalıqda görünməyib. Yəni onlar erməni təxribatının qarşısını almaq üçün heç bir addım atmayıblar.
Tərəflər birbaşa təmaslara üstünlük verirsə...
Baş verənlər onu deməyə əsas verir ki, həqiqətən də, regionda belə bir missiyaya ehtiyac yoxdur. Çünki artıq Azərbaycan və Ermənistan birbaşa danışıqlara üstünlük verir. Eləcə də tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işi haqqında sənədin imzalanması Aİ missiyasının Ermənistanda mövcudluğunu davam etdirməsinə lüzum olmadığını göstərir. Üstəlik, bugünlərdə Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnaməni də təsdiqləyib.
Əldə edilən razılığa uyğun olaraq ötən il may ayında Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb. Belə ki, ikitərəfli dialoqun nəticəsi olaraq Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ölkəmizə təhvil verilib. Mayın 24-də qeyd olunan kəndlərin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Bütövlükdə, hazırda hər iki tərəf hansısa kənar vasitəçi olmadan sərhədlərin delimitasiya və demarkasiyası işlərini davam etdirirlər. Bu işlərin nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.
Bütün bunlar onu göstərir ki, Azərbaycanla Ermənistan arasında məsələlərin həllində üçüncü qüvvələrə ehtiyac yoxdur. Bu baxımdan, Aİ-nin monitorinq missiyasına da hər hansı zərurət duyulmur. Lakin Aİ müşahidə missiyasının müddətinin daha iki il uzadılması Ermənistanın Qərbin əlində alət olduğunu bir daha nümayiş etdirdi.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

