Muzdlu ordu
05.02.2025 [10:25]
Potensial təhdidlər durmadan artır və bu artıq müasir dövrün qaçılmaz sosial-siyasi həqiqətidir. Dünyada baş verən hadisələr, müşahidə olunan tendensiyalar deməyə əsas verir ki, təhdidlərdən heç kəs sığortalanmayıb. İnternet texnologiyalarının inkişafı sayəsində “suveren sərhədlər” anlayışı tədricən abstraktlaşır. Milli və mədəni identiklik anlayışları da zamanla arxaizmə çevrilir və öz ictimai-siyasi aktuallığını itirirlər. Virtual reallıq bizim ənənəvi mədəni dəyərlər sistemimizi deformasiyaya uğradır. Fərqli tendensiyaların təsiri altında milli adət-ənənələr ögeyləşir və “dəbdən düşürlər”.
Bəli, bunları etiraf etmək olduqca çətindir, ancaq biz bunu müəyyən mənada və zamanında etməliyik ki, böyük faciələr yaşanmadan arzuolunmaz tendensiyaların qarşısını ala bilək. Hər bir fərd bu cəmiyyətin parçası olaraq əlindən gələni etməlidir ki, dövlət və müstəqillik üçün təhdid yarada biləcək halların qarşısı alınsın. Qeyd olunanlar müstəvisində “vətəndaş məsuliyyəti” və “peşəkarlıq” kimi amillər xüsusi olaraq aktuallaşır. Mövcud məsələlərdə zəifliyin göstərilməsi və ya boşluğun yaranması yolverilməzdir.
İnternet və internet texnologiyaları bu gün bütün sahələrə nüfuz edir. Bu mənada siyasət sahəsi də heç də istisna təşkil etmir. “Hibrid müharibələr” ifadəsi artıq leksikonumuzun ayrılmaz hissəsidir. Bir zamanlar, ötən əsrin səksəninci illərində Hollivudun “ulduz müharibələri” filmlərində baş verənlər təsəvvür belə edə bilmədiyimiz dərəcədə bizdən uzaq görünərdi. Bu gün isə internet texnologiyaları vasitəsilə həmin müharibələr reallaşdırılır, insanların ideoloji baxışlarına və dəyərlər sisteminə təsir edilir və təhlükəli olan yanlış stereotiplər formalaşdırılır. Təsadüfi deyil ki, milli təhlükəsizliyin təmin olunması məsələsində hibrid təhlükələrin payı durmadan artır. Bu mənada təqdirəlayiq haldır ki, Milli Məclisdə “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı” müvəqqəti komissiya yaradılıbdır.
Bəli, öz virtual mahiyyətinə rəğmən hibrid müharibələr hər bir ölkənin suverenliyinə real təhdid yaratmaq iqtidarındadır. İnternet artıq təkcə əyləncə arealı deyil, o həm də real təhdid mənbəyidir. Sözügedən həqiqət internetdən imtina etmək anlamına gətirmir. Biz mütləq olaraq qlobal tendensiyaların təsirinə rəğmən bacarmalıyıq ki, yönəldilən ölkəyə çevrilməyək. Çünki qlobal internet texnologiyalarının strateji hədəfi məhz budur: suveren ölkələri yönəldilən ölkələrə çevirmək.
Bir anlıq stereotiplərdən uzaq dayanaraq, obyektiv düşünsək və dünyada formalaşan real mənzərəni görə bilsək onun fərqində ola bilərik ki, internet bu gün sanki “dünya dinlərindən” birinə çevrilib. Son rəsmi statistikaya görə, dünyada 5 milyarddan artıq internet istifadəçisi var. Bu dinin “müqəddəs evi” sayılan internetin qapıları isə istisnasız və fasiləsiz olaraq hamı üçün açıqdır. Üzvlərinin sayı 5 milyard nəfərə çatmış hər-hansı bir dini təriqəti tanıyırsınızmı? Odur ki, düşünməyə dəyər. Təəccüblü deyil ki, son dövrlərdə müstəqil dövlətlər üçün ən böyük təhdidlər məhz ideoloji müstəvidə yaranır. İnternet vasitəsilə tirajlanan ideoloji “xütbələr” ənənəvi dəyərlər sistemini məhv edir və konkret cəmiyyətlərdə inkarçılıq mədəniyyəti yayır.
Proseslər elə səpkidə cərəyan edir ki, internet vasitəsilə dünyada qlobal miqyaslı muzdlu ordu formalaşdırılır. Sıravi internet istifadəçisi olaraq özümüzün xəbərimiz olmadan belə həmin bu ordunun üzvünə çevrilmiş və hansısa “cəbhədə” iştirak etmiş oluruq. 5 milyard internet istifadəçisinin hər biri dolayısilə internetin “muzdlu işçisidir”. Mahiyyətindən və təyinatından asılı olmayaraq hər birimizin internetdəki fəallığı “internet” üçün pul qazandırır. Bu bəsit həqiqəti unutmayaq. İnternet məkanındakı fəaliyyətimiz distant (onlayn) formada işini görən muzdlu işçinin işinə bənzəyir.
Dərinliklərə daha çox nüfuz etmək imkanlarını isə internet məhz siyasi münasibətlər müstəvisində qazanır. Təsadüfi deyil ki, həqiqəti təhrif edərək reallığı inkar edən radikal təfəkkür sahibləri internetin məhz kütləvi tendensiyaları yaratmaq potensialına daha çox müraciət edirlər. Elə ona görə də vaxtaşırı siyasi münasibətlər müstəvisində müxtəlif eybəcərliklərlə rastlaşırıq.
Demaqogiya, ucuz populizm və şöhrətpərəstlik sosial şəbəkə istifadəçilərinin virtual “şəkər” xəstəliyinə çevrilibdir. İllər keçdikcə bu “xəstəlik” daha da kəskinləşir. Əlçatan internet vasitəsilə cəmiyyətdə yanlış sosial stereotiplər formalaşdırılır, müxtəlif manipulyasiyalar həyata keçirilir, qərəzli məlumatlar tirajlanaraq həqiqət təhrif olunur, milli identiklik məfhumunun dəyəri ucuzlaşdırılır, nihilist mədəniyyəti isə sürətlə yayılır. Əlbəttə ki, qeyd olunan tendensiyaların yaranması istənilən ölkənin siyasi sistemi üçün real təhdidlərin meydana gəlməsinə səbəb ola bilər.
Bəli, müxtəlif münaqişə və transformasiya prosesləri ilə səciyyələndirilən müasir dövrdə ideologiya amilinin müstəsna əhəmiyyətinin inkar edilməsi olduqca ağır fəsadlara gətirib çıxara bilər. Məhz yuxarıda qeyd olunanlar müstəvisində xüsusi olaraq onu xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev öz müsahibə və çıxışlarında yeni dövrdə ideoloji amilin müstəsna əhəmiyyətini dəfələrlə vurğulamışdır. Dövlət Başçısının VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirdiyi bəzi fikirləri bir daha yada salaq: "Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir... Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında.” (23 sentyabr, 2024)
Əlbəttə ki, ən təhlükəli manipulyasiyalar radikal təfəkkür sahibləri tərəfindən siyasi münasibətlər müstəvisində aparılır. Məhz bu cür siyasətbazlar qlobal internetin ən sevimli “muzdlularıdır”. Onlar tərəfindən aparılan qərəzli manipulyasiyaların düsturu növbəti şərti “ədədlərdən” ibarətdir: ucuz istehza, inkarçılıq, üsyankarlılıq və etiraz. Radikal düşərgənin bayraqtutanlarının ritorikasına diqqət yetirsək, açıq şəkildə qeyd olunan təsbitin doğruluğunu görə bilərik. Burada nə ədalət axtarışı, nə də ki, obyektiv mövqedən söhbət belə gedə bilməz.
İnternet məkanında ideoloji müstəvidə aparılan təbliğat vasitəsilə cəmiyyətin ictimai təfəkkürünə hazır fikir şablonları yeridilir, düşüncələr bəsitləşir, əsl fikir sahibləri tədricən itir, “milli təfəkkür” anlayışı isə ümumiyyətlə leksikonumuzdan pozulub silinir. Sözügedən prosesin ən fəal muzdlu işçiləri qeyd etdiyimiz radikal təfəkkür sahibləridir. Məhz elə bu səbəbdən də onların Qərbdən və ya ölkəmizin inkişafını istəməyən hansısa digər qüvvələr tərəfindən dəstəklənməsi heç də təsadüfi deyil. Sıravi internet istifadəçisi kimi bu həqiqətləri bilməliyik ki, başqalarının oyunlarında alət kimi istifadə olunmayaq.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

