İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini sessiyalarla davam etdirib
31.05.2013 [02:43]
Mədəni irsin qorunması, sülhün möhkəmləndirilməsi müasir dünyada əsas məqsədlərdən biridir
Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 30-da “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər - birgə irs, ümumi vəzifələr, davamlı gələcək” mövzusunda birinci plenar sessiya olub.
AzərTAc xəbər verir ki, sessiya işinə Azərbaycanın beynəlxalq nüfuzunu, mədəniyyətini, turizm potensialını özündə əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Forumun birinci sessiyasında sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri müzakirə olunub.
Bolqarıstan Milli və Ümumdünya İqtisadiyyat Universitetinin professoru Vasil Prodonovun moderatoru olduğu sessiyada mövzu üzrə məruzələr dinlənilib.
Belə bir mühüm Forumun keçirilməsinə dəstək verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov deyib ki, bu tədbir xalqlar arasında mövcud olan əlaqələri daha da möhkəmləndirəcək.
Qonaq xüsusi vurğulayıb ki, Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu isə ölkənin inkişafında vacib amildir. Azərbaycanda yaradılmış bu nadir təcrübə digər ölkələr tərəfindən öyrənilməlidir. Bakıda artıq ikinci dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu inkişafa və mədəni müxtəlifliyə hörmətlə yanaşılmasına təkan verir.
Sabiq Prezident deyib: “Mədəni müxtəliflik uzun bir tarixi keçmişlə bağlıdır. Biz daha ciddi təşəbbüslə çıxış edə bilərik. Bu, ölkələr arasında mədəni dialoq platformasına təkan verir. Regionlarımızın mədəni sərvətləri bizi ayırmır, əksinə, xalqları birliyə, yaxınlığa səsləyir. Biz təhlükə altında olan mədəni irsin qorunmasına çalışmalıyıq”.
Forumun keçirilməsinin çox gözəl təşəbbüs olduğunu söyləyən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç deyib ki, bu mötəbər tədbirdə humanitar məsələlərə daha çox diqqət yetirilir, xalqlar arasında sülh, dostluq, qarşılıqlı anlaşma kimi zəruri dəyərlərlə bağlı təkliflər səsləndirilir. Humanizm qıtlığının yaşandığı müasir dünyamızda isə bu, çox əhəmiyyətlidir. Bu Forumun daha geniş əməkdaşlıq yollarının axtarılması baxımından da əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.
Azərbaycanın tarix boyu mehriban qonşuluq, digər dövlətlərin daxili işlərinə müdaxilə etməmək siyasəti yürütdüyünü söyləyən qonaq bunu təqdirəlayiq hal kimi dəyərləndirib. Deyə bilmərik ki, mədəni dialoq sahəsində problemlər yoxdur. Biz çalışmalıyıq ki, bunlar aradan qalxsın. Hər kəs öz mədəniyyətini inkişaf etdirməklə yanaşı, digər xalqların da mədəni sərvətlərinə hörmətlə yanaşmalıdır.
Sabiq Prezident vurğulayıb ki, dayanıqlı ekoloji turizm də mədəni əlaqələrin möhkəmlənməsində mühüm amillərdəndir.
Təmsil etdiyi qurumun son illər həyata keçirdiyi layihələrdən söz açan UNESCO-nun baş direktoru İrina Bokova Bakıda keçirilən Forumun böyük əhəmiyyət daşıdığını söyləyib.
Baş direktor deyib: “Qəddarlıqla dağıdılmış mədəni abidələri görəndə insanın ürəyi ağrıyır. Mədəni abidələri məhv edənlər anlamalıdırlar ki, bu, təkcə hansısa xalqın sərvəti deyil, ümumbəşəri dəyərdir. Mədəni irsin qorunması olduqca vacibdir. Bunu qorumaq hər birimizin borcudur”.
Gənclərin mədəni irsin qorunması prosesinə cəlb olunmasının vacibliyini xüsusi vurğulayan İrina Bokova diqqətə çatdırıb ki, biz iki ildir “İrs gənc əllərdədir” təşəbbüsünü dəstəkləyirik. Bu, bizim üçün olduqca vacibdir.
Avropa və Asiyanın qovuşuğunda yerləşən ölkəmizdə əsrlər boyu müxtəlif xalqları təmsil edən insanların sülh və əmin-amanlıq şəraitində yaşadığını söyləyən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dövlətlər və xalqlar arasında sülhün qorunmasında mədəniyyətin, incəsənətin böyük önəm daşıdığını bildirib.
Azərbaycanın ev sahibliyi ilə keçirilən möhtəşəm beynəlxalq tədbirlərdən söz açan nazir deyib ki, bu Forum nüfuzlu qurumlar tərəfindən dəstəklənir.
O, Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsini və həmin ərazilərdə xalqımıza məxsus mədəniyyət abidələrinin dağıdılmasını pisləyib.
NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Kolinda Grabar-Kiaroviç təmsil etdiyi qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrdən danışıb.
Mədəni dialoqun qurulmasında NATO-nun da maraqlı olduğunu söyləyən qurumun nümayəndəsi bildirib ki, belə forumlar çərçivəsində təşkil edilən görüşlər xalqlar arasında mövcud olan dəyərlərin qorunmasına təkan verməkdədir. Bu, bir daha göstərir ki, biz təhlükəsizliyimizin təmin olunması naminə birgə addımlar atmalı, birgə qərarlar verməliyik.
Qonaq bildirib ki, NATO Mərkəzi və Cənubi Avropa ölkələrində demokratiyaya keçidə dəstək vermişdir və həmin proses bu gün də davam etməkdədir.
Forumun təşkilatçılarına dərin minnətdarlığını bildirən Monteneqronun mədəniyyət naziri Branislav Miçunoviç deyib ki, bu tədbir mədəniyyət sahəsində əməkdaşlıq etmək üçün nadir bir platformadır. Bu gün Bakı Şərqlə Qərb arasında mədəni müzakirələrin keçirildiyi gözəl bir məkana çevrilib. Biz bunu həmişə yüksək qiymətləndirməliyik. Ən azı ona görə ki, bu ölkə müxtəlif xalqların nümayəndələrinin birgə yaşamasını təmin etməklə, həm də digərlərinə bariz nümunədir. Düşünürəm ki, Bakı mədəniyyətlərarası dialoqun paytaxtı ola bilər.
Avropa mədəni marşrutlar institutunun rəhbəri Penelope Denu bildirib ki, mədəniyyətlərarası dialoq dini aspektdə də mühüm rol oynamaqdadır.
Təmsil etdiyi qurumun həyata keçirəcəyi layihələrdən söz açan qonaq bildirib ki, mədəni marşrutlarla bağlı 6 layihəyə kömək göstərilməklə yanaşı, yeni veb-sayt da istifadəyə veriləcək.
İnsanların bir araya gəlməsində mədəniyyətin mühüm rol oynadığını deyən tarix və mədəni landşaftın qorunması üzrə bolqarıstanlı ekspert, professor Rumyana Mihneva deyib ki, bu mötəbər Forumun Bakıda keçirilməsi təsadüfi deyildir, çünki Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır.
Bakıda olmağından məmnunluğunu söyləyən Bolqarıstanın Arxitektura, Mühəndislik və Geodeziya Universitetinin əməkdaşı Donika Georgieva mədəniyyətin insanların və xalqların tarixində oynadığı mühüm roldan söz açıb.
Qonaq deyib ki, Bakıda keçirilən bu Forum bizi birliyə, mədəni müxtəlifliyi qorumağa, bərabərliyə və ən başlıcası dünyada sülhü möhkəmlətməyə çağırır. Biz bu yolda birgə addımlamağı bacarmalıyıq.
Mədəniyyətlərarası dialoqun bütün nüfuzlu təşkilatların, beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərdən biri olduğunu söyləyən natiqlər qeyd ediblər ki, bu formatda təşkil olunan dialoqlar xalqları bir-birinə daha çox yaxınlaşdırır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

