Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi təntənəli surətdə qeyd olunub
01.06.2013 [09:01]
Mayın 31-də Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təntənəli toplantı keçirilib.
AzərTAc xəbər verir ki, “Azərbaycan Hava Yolları - AZAL” QSC-nin prezidenti Cahangir Əsgərov toplantıda mülki aviasiyamızın yaradılmasının 75 illik yubileyi münasibətilə aviasiya işçilərini təbrik edib. AZAL-ın prezidenti bildirib ki, Azərbaycanın mülki aviasiyası Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan möhkəm bünövrə üzərində dayanaraq, 2003-cü ildən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Sonra Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov çıxış edərək deyib ki, Azərbaycanın Mülki Hava Donanmasının rəsmi yaranma tarixi 1938-ci il iyunun 2-nə təsadüf edir. Amma onun inkişaf və intibah dövrü Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə reallaşıb.
İyunun 2-nin mülki aviasiya işçilərinin peşə bayramı günü kimi Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı il mayın 18-də təsis edildiyini xatırladan B.Yusifov deyib ki, artıq yeddinci ildir bu peşə bayramını layiqincə qeyd edirik. Biz hər il peşə bayramımızda mülki aviasiyamızın tərəqqisinin, sürətli inkişafının şahidi oluruq. Əldə etdiyimiz uğurlar gələcək inkişafımız üçün əsaslı və güclü zəmin yaradır.
O bildirib ki, Azərbaycanda hava yolları ilə sərnişindaşımanın həyata keçirilməsi üçün ilk aerovağzal binası 1933-cü ildə tikilib. Ölkədə beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda inşa olunub və 1999-cu ildə istismara verilib. Məhz bundan sonra Azərbaycan Mülki Aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoyub. Daha sonra 2004-cü ildə müasir standartlara cavab verən Naxçıvan Beynəlxalq Aeroportu istifadəyə verilib, 2006-2011-ci illərdə Gəncə, Zaqatala, Lənkəran, Qəbələ aeroportları öz qapılarını dünyaya açıb.
Mülki aviasiyamızın 75-ci ildönümündə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinin davam etdirilməsi və “Silk Way Technics”in yeni anqar kompleksinin inşasının sona çatdırılması ölkəmizin baş hava limanının strateji əhəmiyyətini daha da artırır. Biz bu gün də aviaparkımızın müasirləşdirilməsi istiqamətində yorulmadan çalışırıq. İyun ayından başlayaraq 4 “Embraer-190” və 2 “Embraer-170” tipli 6 yeni təyyarə aviaparkımıza daxil ediləcəkdir. Onu da deməliyəm ki, təkcə 2003-2011-ci illərdə Azərbaycana 47 təyyarə və helikopter gətirilib. Bu rəqəm müstəqil Azərbaycanın hava nəqliyyatı üçün çox böyük göstəricidir və aviasiyamızın əsl sıçrayışıdır.
İndi AZAL “Boeing-757”, “Boeing-767”, “Airbus-319”, “Airbus-320” və “Airbus-340-500” tipli təyyarələri ilə dünyanın 32 şəhərinə uçuşlar yerinə yetirir. “Boeing-787” Dreamliner təyyarələrini aldıqdan sonra isə Azərbaycan birbaşa Amerika Birləşmiş Ştatlarına uçuşlar yerinə yetirməyi planlaşdırır.
Komitə sədri deyib ki, Azərbaycan Mülki Aviasiyanın 75 illik yubileyi münasibətilə artıq beynəlxalq təşkilatlardan da çoxsaylı təbrik teleqramları daxil olmaqdadır. Qonşu və dost dövlətlərin mülki aviasiya komitələrinin rəhbərləri də aviatorlarımızı təbrik edir, onların yubiley sevincinə qatılırlar. Biz də bu təbriklərə qoşularaq, aviatorlarımızı 75 illik yubiley münasibətilə bir daha ürəkdən təbrik edirik.
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev də əlamətdar yubiley münasibətilə aviatorları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Akademik bildirib ki, Ulu öndərin siyasi xəttini müasir dövrün tələbləri ilə uğurla uzlaşdıran Prezident İlham Əliyev hər sahəyə olduğu kimi, aviasiya sahəsinə də böyük diqqət və qayğı göstərir.
Rektor Arif Paşayev Milli Aviasiya Akademiyasının adından AZAL-ın prezidenti Cahangir Əsgərova xatirə hədiyyəsi təqdim edib.
QSC-nin vitse-prezidenti İlham Əmirov, “Boeing-767” tipli təyyarənin şef pilotu Səyyad Quliyev və digərləri çıxış edərək mülki aviasiyamızın ilbəil inkişafından, müasirləşməsindən danışıb, aviasiya sahəsində atılan uğurlu addımlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, öz həmkarlarını bu əlamətdar yubiley münasibətilə təbrik ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 29 may tarixli Sərəncamı ilə təltif olunan mülki aviasiya işçilərinə dövlət mükafatları təqdim edilib.
Dövlət təltifinə layiq görülmüş əməkdaşlar fəaliyyətlərinə verilmiş yüksək qiymətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Aviasiya işçilərinin dövlət mükafatlarına layiq görülməsi Azərbaycan Mülki Aviasiyasına Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək etimad və inamın ifadəsi kimi dəyərləndirilib, bunun aviasiya işçiləri üçün böyük məsuliyyət yaratdığı qeyd edilib.
Sonda mülki aviasiya işçiləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Müraciətdə deyilir: “Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş quruculuq siyasəti ölkəmizin iqtisadiyyatının, habelə nəqliyyat sektorunun inkişaf sürətinin durmadan artmasına səbəb olmuşdur.
Möhtərəm Prezident, məhz Sizin tərəfinizdən bu siyasət uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran, Qəbələ hava limanlarının yenidən quruması və beynəlxalq standartlara uyğunlaşdırılması, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzalın tikintisi və müasir tələblərə cavab verən “Airbus-A319”, “Airbus-A320”, “Airbus-A340”, “Embraer -170”, “Embraer -190”, “Boeinq-767”, “Boeinq-747” tipli təyyarələrin və “Aqusta-139”, “Sikorski-92” vertolyotlarının alınması mülki aviasiyanın sürətli inkişafının sübutudur”.
Müraciətdə daha sonra deyilir: “Möhtərəm cənab Prezident!
Sizin Aviasiya işçiləri qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq mülki aviasiya qurumları beynəlxalq və regional təşkilatlarla, ayrı-ayrı ölkələrin mülki aviasiya qurumları ilə sıx əlaqələr saxlayır, ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi sahəsində ardıcıl iş aparır.
Sizi əmin edirik ki, bundan sonra da aviasiya işçiləri qarşısında qoyduğunuz vəzifələrin öhdəsindən gəlmək üçün bütün qüvvəmizi Azərbaycan Respublikasının daha da möhkəmlənməsi, zənginləşməsi və qüdrətli olması naminə səfərbər edəcəyik”.
Xəbər lenti
Hamısına baxİdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

