Böyük Britaniya Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verir
05.06.2013 [02:16]
Baş nazir Devid Kemeron: Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıram
Bakıda keçirilən XX Xəzər neft, qaz sərgisi və konfransı dünya dövlətlərinin diqqət mərkəzindədir. Bu diqqətin nümunəsi olaraq dünyanın nüfuzlu ölkələrinin başçıları Azərbaycan Prezidentinə belə bir mötəbər tədbirin keçirilməsi münasibətilə təbrik məktubları ünvanlayırlar. Onlardan biri də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemerondur. Dünən Devid Kemeron Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Əlahəzrət Kraliça Hökuməti adından Zati-aliləri Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını XX Xəzər neft, qaz sərgisi və konfransı münasibətilə təbrik edirəm.
Mən ölkələrimiz arasında ticarət əlaqələri üzərində qurulmuş möhkəm, davamlı ikitərəfli münasibətləri alqışlayıram. Bu gün bir çoxunun burada da təmsil olunduğu Böyük Britaniya şirkətləri, Azərbaycanda birbaşa xarici investisiyanın, - bu, xüsusilə neft və qaz sektoruna aiddir, - ən böyük mənbəyidir.
Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə edilməsi işində əsas rol oynamışdır. Bütün bunlar iqtisadi çağırışların davam etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir və mən bp şirkətinin bu proseslərdə bu cür yaxından iştirakından məmnunluq duyuram.
2013-cü il dünya səviyyəli “Şahdəniz” yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində “Cənub qaz dəhlizi”nin reallaşması baxımından mühüm il olacaqdır. Eyni zamanda, Mərkəzi Asiya qazının Avropaya çıxarılması marşrutu olan “Cənub” dəhlizi ilə bağlı səylərin tam reallaşması üçün hələ də görüləcək işlər çoxdur. Əminəm ki, bu səylər reallığa çevriləcəkdir.
Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıram. Fürsətdən istifadə edərək, builki neft və qaz sərgisinin iştirakçılarına şəxsən ən xoş arzularımı çatdırmaq istəyirəm. XX Xəzər neft, qaz sərgisi və konfransının işinə uğurlar arzulayıram”.
Göründüyü kimi məktubda Böyük Britaniyanın Baş naziri Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verildiyini və əlaqələrin inkişafına maraqlı olduğunu qeyd edir. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol təbrik məktubunda xüsusi vurğulanır. Təbrik məktubunda vurğulanan məqamlar Böyük Britayniya hökumətinin bilavasitə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, o cümlədən enerji siyasətinə dəstəyinin ifadəsinin göstəricisi sayıla bilər.
Qeyd etmək lazımdır ki, Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı faydalı münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də hər iki ölkə rəsmilərinin sıx təmasları və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. Xatırladaq ki, ötən il avqust ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Birləşmiş Krallığının Baş naziri Devid Kemeron ilə görüşüb. Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd edilib ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən, enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq var və bu əlaqələrin perspektivləri böyükdür.
Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək qiymətləndirilib. Görüşdə, həmçinin, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, Böyük Britaniya ilə Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Belə ki, Londonla Bakı beynəlxalq təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi, demokratik inkişaf istiqamətində əməkdaşlığın dərinləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər.
Bununla yanaşı, Böyük Britaniya özünün xarici siyasət strategiyasında, xüsusilə, beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir.
Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq aləmdə etibarlı strateji tərəfdaş kimi qəbul edilməkdədir. Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir.
Hazırda, Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Bunun da məntiqi nəticəsi kimi, dünya siyasətinin aparıcı nüfuzlu aktorlarından biri olan Böyük Britaniya Azərbaycanı regional və qlobal təhükəsizliyə fundamental töhfələr bəxş edən suveren milli aktor kimi qəbul edir və ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xüsusi önəm verir. Bu baxımdan, Devid Kemeronun təbrik məktubunda vurğulanan məqamlar Azərbaycana verilən önəmin və marağın bariz göstəricisidir. Bu amil həmçinin, ölkəmizdə həyata keçirilən siyasətə dünyada söz sahibi olan dövlətlərdən birinin dəstəyinin ifadəsi kimi də dəyərləndirilməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

