/ / Prezident Barak Obama: Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm
Prezident Barak Obama: Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm
05.06.2013 [02:16]
Vaşinqton rəsmi Bakı ilə əlaqələrin davamlı olmasında maraqlıdır
Xəbər verildiyi kimi, iyunun 4-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası (“Caspian Oil and Gas”) sərgi və konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da iştirak etdikləri açılış mərasimində məlumat verilib ki, bu il “Caspian Oil and Gas” sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür.
Qeyd edək ki, bu il 27 ölkədən 386 şirkətin iştirak etdiyi sərgi həm də digər bir sıra məqamlarla yadda qalıb. Həmin məqamlardan biri də ABŞ Prezidenti Barak Obamanın bu əlamətdar tədbir münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu, daha doğrusu, həmin məktubda əks olunan fikirlərdir.
Məktubda qeyd edilir ki, Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş iri həcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət edib, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə verib: “Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr öz növbəsində Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə “Şahdəniz” layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı, eyni zamanda, Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır”.
Prezident Barak Obamanın məktubunda o da bildirilib ki, Azərbaycanın neft sərvəti şaxələndirilmiş iqtisadiyyatının inkişafına xidmət etmək, qanunun aliliyinin gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması potensialına malikdir.
Məktub “Bildirmək istəyirəm ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm” sözləri ilə tamamlanır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanla ABŞ müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaş kimi çıxış etməkdədirlər və tərəflər arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Belə ki, Vaşinqtonla Bakı beynəlxalq təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi, demokratik inkişaf istiqamətində əməkdaşlığın dərinləşdirilməsi kimi yönlərdə sıx təmaslara malikdirlər. Rəsmi Vaşinqton həmçinin, ölkəmizi regional təhlükəsizliyin qarantı hesab edir və bu istiqamətdə əməkdaşlığın önəmini xüsusi vurğulayır. Məhz bütün bunları və digər vacib məqamları nəzərə alan ABŞ ölkəmizi etibarlı strateji tərəfdaş kimi qəbul etməkdədir.
Vurğulamaq gərəkdir ki, tərəflər arasındakı qarşılıqlı-faydalı əlaqələr perspektiv əməkdaşlıq üçün əsaslı zəmin yaradır. İstər rəsmi və işgüzar təmaslar, istərsə də, hər iki ölkənin aparıcı ictimai-siyasi nümayəndələrinin iştirakı ilə baş tutan konfranslar, forumlar və digər toplantılar əməkdaşlıq münasibətlərinin perspektiv inkişafına özünəməxsus töhfələr verir. Məsələn, bir neçə gün öncə ölkəmizin paytaxtı Bakı şəhərində keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu bu nöqteyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edib. Forum iştirakçıları strateji tərəfdaşlıq münasibətlərinin hazırkı durumu və perspektivinə dair optimist, pozitiv fikirlər səsləndiriblər. Məsələn, Forumunun iştirakçısı Missisipi Ştatının dövlət nümayəndəsi Ceffri Qays bildirib ki, ABŞ ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri ilə dünyanın diqqət mərkəzində olduğunu bildirən Ceffri Qays ABŞ-ın ölkəmizlə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycan-ABŞ münasibətlərini digər ölkələrə də nümunə kimi qiymətləndirən Konqresmen Qreqori Miks isə “Bəziləri deyirlər ki, demokratlar və respublikaçılar heç bir məsələdə razılığa gələ bilmirlər. Amma bu Forum göstərir ki, demokratlar və respublikaçılar bu məsələdə - Azərbaycan-ABŞ münasibətləri məsələsində bir mövqedən çıxış edirlər. Artıq burada qeyd olundu, biz tərəfdaşıq, dostuq. Bundan əlavə, biz regiona və digərlərinə nümunəyik. Biz dünyaya nümunə göstəririk ki, demokratiya nədən ibarətdir. Bu, onun göstəricisidir ki, sərmayələr xalqın rifahına, təhsilin inkişafına yönəlsə, ölkənin gələcəyi uğurlu olacaqdır. Bu, Azərbaycanın etdikləridir. Azərbaycan gənc nəslinə sərmayə qoyubdur. Yoxsulluğun səviyyəsinin azalmasını təmin edirsinizsə və ən yoxsul təbəqələrin qayğılarını nəzərə alırsınızsa gələcək təmin olunur” deyib.
Bütün bu sadalananlar isə onu deməyə əsas verir ki, regional və beynəlxalq əməkdaşlığa, həmçinin, təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı-faydalı səciyyə daşımaqda və perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verməkdədir. Eyni zamanda, Prezident Barak Obamanın yuxarıda bəhs edilən təbrik məktubunda Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş iri həcmli investisiyaların qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etdiyinin, Azərbaycanın müstəqilliyinə və iqtisadi inkişafına töhfə verdiyinin vurğulanması Birləşmiş Ştatların son 20 il ərzində ölkəmizdə həyata keçirilən siyasəti dəstəklədiyinə işarə edir. Çünki Prezident Barak Obamanın da vurğuladığı kimi Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilib və bu layihələr öz növbəsində Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirib.
Beləliklə, görünən odur ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət nəinki ölkə daxilində, həmçinin, okeanın o tayında da yüksək qiymətləndirilir. Eyni zamanda, Ağ Ev bu siyasətin davamlı olmasında maraqlıdır. Hər halda ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunun “Bildirmək istəyirəm ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm” sözləri ilə tamamlanması onu deməyə əsas verir ki, Vaşinqton rəsmi Bakı ilə əlaqələrin davamlı olmasında maraqlıdır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

