Xocalı soyqırımının tarixi və hüquqi aspektləri
20.02.2025 [18:25]
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünya tarixində misli görünməmiş bir fəlakət baş verdi. Ermənistan silahlı qücü tərəfindən Xocalı şəhərinə edilən hücum nəticəsində 613 azərbaycanlı həyatını itirdi, 1275 insan əsir götürüldü və 150-dən çox insan itkin düşdü. Bu, böyük bir insanlıq faciəsi olmaqla yanaşı, eyni zamanda beynəlxalq hüquq normalarına zidd bir soyqırım aktı idi.
Xocalı soyqırımı, BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" 1948-ci il Konvensiyasının təyin etdiyi genosid anlayışına tam uyğun gəlir. Bu akt tənzimləməyə görə, məqsədyönülü şəkildə etnik, milli və dini bir qrupa qarşı kütləvi qıtılam dünya ictimaiyyəti tərəfindən səs-küy ilə qarşılanmalı idi.
Lakin böyük güclərin geosiyasi maraqları, bəzi dövlətlərin ikili standartları bu fəlakətə lazım olan siyasi-hüquqi qiymətin verilməsinə mane oldu. Buna baxmayaraq, tələbatın artması ilə bir çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmi olaraq tanıdı.
Bu hadisənən unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün "Xocalıya Ədalət" kampaniyası 2008-ci ildə başladı. Məqsəd, dünya ictimaiyyətinin diqqətini bu bədnam faciəyə çəkmək və erməni tərəfinin cinayətlərini ifşa etməkdir. Beynəlxalq miqyasda bu təbliğat kampaniyasının əhəmiyyəti danılmazdır.
Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün müxtəlif hüquqi addımlar atmışdır. Diplomatik səylər nəticəsində bir sıra ölkələr Xocalı faciəsini rəsmi olaraq soyqırım kimi qəbul etmişdir. Eyni zamanda, Azərbaycan beynəlxalq məhkəmə orqanlarında bu məsələnin gündəmə gətirilməsi üçün çalışır. Bu istiqamətdə əsas məqsədlərdən biri Xocalı faciəsinə hüquqi qiymət verilməsi və bu cinayəti törədənlərin beynəlxalq ədalət qarşısında cavab verməsidir.
Azərbaycanın təşəbbüsü ilə müxtəlif beynəlxalq platformalarda Xocalı soyqırımı ilə bağlı qərarların qəbul edilməsi, BMT, Avropa Parlamenti və digər qurumlarda məsələnin müzakirəyə çıxarılması üçün davamlı iş aparılır. "Xocalıya Ədalət" kampaniyası da bu məqsədlə həyata keçirilən qlobal bir təşəbbüsdür və dünya ictimaiyyətinin Xocalı həqiqətləri ilə bağlı məlumatlandırılmasına xidmət edir.
Xocalı soyqırımı təkcə döyüş meydanında deyil, həm də informasiya sahəsində bir müharibəyə çevrildi. Hadisənin baş verdiyi dövrdə Ermənistan tərəfi bu faciəni gizlətmək və fərqli təqdim etmək üçün güclü təbliğat aparırdı. Lakin beynəlxalq media orqanlarının, xüsusilə də Qərb jurnalistlərinin çəkdiyi fotolar və hazırladıqları reportajlar Xocalıda törədilən vəhşiliyin dünya ictimaiyyətinə çatdırılmasına imkan verdi.
Azərbaycan illər boyu Xocalı soyqırımının həqiqətlərini dünyaya çatdırmaq üçün müxtəlif platformalardan istifadə etmişdir. Media və sosial şəbəkələr vasitəsilə yayılan görüntülər, sənədli filmlər və şahid ifadələri bu faciənin unudulmamasına xidmət edir. Xüsusilə, "Xocalıya Ədalət" kampaniyası bu istiqamətdə böyük rol oynayır və informasiya müharibəsində Azərbaycanın mövqeyini gücləndirir.
Eyni zamanda, Ermənistan tərəfinin dezinformasiyasına qarşı mübarizə aparmaq üçün Azərbaycanın media qurumları və diaspor təşkilatları fəal şəkildə çalışır. Sosial mediada paylaşılan həqiqətlər, tarixi faktlara əsaslanan araşdırmalar, beynəlxalq ekspertlərin açıqlamaları informasiya müharibəsində Azərbaycanı haqlı tərəf kimi təqdim etməyə kömək edir.
Xocalı soyqırımı təkcə bir xalqın deyil, bütün insanlığın faciəsidir və bu həqiqətin yayılması üçün medianın rolu danılmazdır. İnformasiya müharibəsi davam edir və Azərbaycan öz haqq səsini dünyaya çatdırmaq üçün müasir kommunikasiya vasitələrindən istifadə edərək bu mübarizəni davam etdirməkdədir.
Prezident İlham Əliyev Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ardıcıl fəaliyyət göstərir. O, müxtəlif beynəlxalq tədbirlərdə bu faciənin hüquqi və tarixi aspektlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Prezidentin rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq məqsədilə hər il dövlət səviyyəsində tədbirlər keçirilir.
Azərbaycanın diplomatik korpusu və diaspor təşkilatları Xocalı həqiqətlərinin beynəlxalq arenada daha geniş şəkildə tanıdılması üçün fəal şəkildə çalışırlar. 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalı hadisələri soyqırım kimi tanınmışdır. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransında da üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində səylərin artırılmasına çağırmışdır.
2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuş, şəhərin bərpası istiqamətində mühüm addımlar atmışdır. Bu addımlar həm faciənin unudulmaması, həm də Xocalının yenidən dirçəlməsi üçün tarixi əhəmiyyət daşıyır.
Xocalı soyqırımı sərhəd tanımayan bir fəlakətdir. Bu fələkətin bədii izahı, onu yaşayan şahidlərin səslərində və çəkilmiş dəhşətli fotolarda açıq-şaffaf əks olunub. İnsanlığın səssiz qaldığı bir vaxtda, Xocalı sakinləri böyük iztirablarla öz dözülməz talehərini yaşadılar. Biz bu faciənin təkcə rəqəmlərlə deyil, insan taleləri ilə yazıldığını daha açıq dürüst anlaya bilirik. O gecə ailəsini itirən bir uşaq, əsir aparılan qocalar, soyqırımın qurbanı olan qadınlar hələ də bu hadisənin dəhşətini nəsillər boyu daşıyırlar.
Ata-anasını itirən uşaqlar bir daha ailə istiliyini hiss edə bilmədilər. Qocalar doğma torpaqlarından zorla qoparıldı və ömürlərinin son illərini kədər içində keçirdilər. Bəzi ailələr tamamilə məhv edildi və onların nəsli kəsildi. Əsir götürülən insanlar illərlə doğmalarından xəbərsiz yaşamaq məcburiyyətində qaldılar. Hamilə qadınlar amansızcasına qətlə yetirildi, doğulmamış körpələr belə bu vəhşiliyin qurbanı oldu. Gecənin qaranlığı faciənin izlərini örtməyə çalışsa da, bu cinayətin acısı hələ də insanlarda yaşayır.O gecə üçün ədalət axtarışları hələ də davam edir. Xocalı sakinlərinin yaşadığı qorxu və ağrı, yaddaşlardan silinməyəcək bir iz buraxdı.
Xocalı soyqırımı insanlıq tarixində silinməz bir qanlı ləkə olaraq qalacaq. Bu faciənin təşviqatı sərhəd tanımamalıdır. İnsanlar bu dəhşəti unutduqda, tarixin təkrar olunma ehtimalı daha da artır. Hər ıl fevralın 26-da təşkilan edilən anım tədbirləri, "Ana harayı" abidəsinin önündə toplaşan insan izdihamı bu faciənin nə qədər çox insanı narahat etdiyinin bariz nümunəsidir.Xocalı soyqırımı tək bir xalqın deyil, bütün insanlığın faciəsidir. Gələcək nəsillər bu tarixdən dərs çıxarmalı, bənzər faciələrin təkrar olunmaması üçün çalışmalıdırlar. Unutmaq, dəhşətin təkrarlanmasına səbəb ola bilər!
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

