Sülh, yoxsa müharibə?
22.02.2025 [10:17]
Ermənistan müharibəyə hazırlaşır - İrəvan nisbətən ucuz silah və sursat idxalını həyata keçirmək məqsədilə Hindistanla müdafiə dialoqunu genişləndirir. Türkiyənin “Star” qəzetinin məlumatına görə, Ermənistan Azərbaycanla 44 günlük müharibə nəticəsində itirdiyi hərbi-texniki potensialını bərpa etmək üçün Fransa və Hindistandan silah almağa başlayıb. İrəvan, həmçinin ABŞ, Yunanıstan, yunan Kipri ilə də hərbi əlaqələri genişləndirmək niyyətindədir.
Qəzetin məlumatında qeyd olunur ki, 2020-ci ildə Ermənistan ilə Hindistan arasında təxminən 2 milyard dollarlıq ilk böyük müqavilə imzalanıb - son üç-dörd ildə hər iki ölkə hərbi-texniki sahədə əlaqələri daha da genişləndirib. “Star” qeyd edir ki, müdafiə naziri Suren Papikyanın başçılığı ilə Ermənistanın yüksəksəviyyəli nümayəndə heyəti fevralın 10-14 - də Yeni Dehlidə “Aero India 2025” beynəlxalq aerokosmik sərgisini ziyarət etmək üçün Hindistana səfər edib - aviasalon çərçivəsində Ermənistan və Hindistan müdafiə nazirlərinin iştirakı ilə hər iki ölkənin nümayəndələri arasında yeni silahların tədarükü və müxtəlif növ silahların birgə istehsalı barədə müzakirələr aparılıb.
Nəşr bildirib ki, Ermənistanı Hindistandan aktiv şəkildə silah-sursat idxal etməyə sövq edən əsas səbəb Ermənistan ordusunu daha müasir silahlarla təmin etmək və vaxtilə Rusiyadan alınan silahların sayını azaltmaqdır. Buna görə də Ermənistan 2024-2025-ci illər üçün Hindistandan daha 600 milyon dollar məbləğində silah almağı öhdəsinə götürüb - İrəvan daha çox artilleriya sistemlərinə və hava hücumundan müdafiəyə üstünlük verir. Eyni zamanda Ermənistan Hindistanın “Zen Anti-Drone System” şirkəti ilə pilotsuz uçuş aparatları əleyhinə sistemlərin tədarükü üçün 41 milyon dollarlıq müqavilə imzalayıb və “Hindustan Aeronautics Limited” şirkəti ilə 4 “Su-30 SM” təyyarəsinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunur.
Papikyanın Ermənistanın bu silahlardan “həm müdafiə, həm də hücum üçün” istifadə etməsini deməsi də xüsusi diqqət çəkir.
Maraqlıdır, Ermənistan Baş naziri Nikol Paşinyan son zamanlar regionda sülh və sabitliyin əhəmiyyətindən, qonşularla dostluq münasibətlərin zəruriliyi ilə bağlı bəyanatlar səsləndirir, konstitusiya dəyişikliklərinə gedəcəyini bəyan edir, amma onun müdafiə naziri isə açıq şəkildə Ermənistanın müharibəyə hazırlaşdığını bildirir. Hər ikisinin bəyanatları bir-biri ilə ziddiyyət təşkil edir. Ermənistanın hərəkətləri qeyri-müəyyən olaraq qalır - İrəvan sülhə, yoxsa müharibəyə hazırlaşır?
Ola bilsin ki, Paşinyan bir tərəfdən ağızdolusu sülhdən danışır, digər tərəfdən ölkəsini sürətlə silahlandırır. Bu, o anlama gələ bilər ki, Ermənistan manipulyasiya ilə məşğul olur - bu yolla həm vaxtı uzadır, həm də hərbi potensialını gücləndirir.
Məsələ ilə bağlı politoloq Zaur Məmmədov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ermənistan ciddi şəkildə silahlanmaqda davam edir: “Ermənistan öz silah arsenalını genişləndirir. Bunu bir neçə istiqamətdə həyata keçirir. İrəvan Fransa və Hindistandan həm müdafiə, həm də hücum xarakterli silahlar alır. Eyni zamanda İrəvan hərbiçilərdən ibarət olan Aİ-nin mülki missiyasını Azərbaycanla sərhəd ərazilərə gətizdirib. Bütün bu addımlar bölgənin hərbiləşdirilməsi deməkdir - bu da regional təhlükəsizliyə çox ciddi təhdid yaradır. 90-cı illərdə olduğu kimi Ermənistan yenə də aqressiyaya əl atır. Gələcəkdə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Fransa və Hindistandan alınan silahlar növbəti hərbi qarşıdurmanın baş verməsi üçün istifadə oluna bilər. Hər hansı təxribatın baş verməsi sərhədlərin delimitasiya prosesinin ləngiməsinə gətirib çıxara bilər”.
Politoloq vurğulayıb ki, Ermənistan öz hərəkətlərində ehtiyatlı olmalıdır: “Ermənistanın sərhəddə təxribatlara başlaması Azərbaycanın adevkat tədbirlərə əl atmasına gətirib çıxara bilər. Əslində məğlub olan ölkə ordu quruculuğu ilə məşğul olmamalı, başqa ölkələrdən hücum xarakterli silahlar almamalı və şərti sərhəddə qoşun cəmləşdirməməlidir. Beynəlxalq ictimaiyyətin səssizliyi Ermənistanı bu addımları atmağa sövq edir. Bu isə İrəvana baha başa gələcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

