Bizə ikinci Kreml lazım deyil
15.06.2013 [09:47]
Novruz Məmmədov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə demokratik prinsiplərə tamamilə ziddir
“Avropa Parlamentində “Azərbaycan: İlqar Məmmədov məsələsi” adlı qətnamənin qəbul olunması Avropada, eləcə də, bu qurumda bəzi dairələrin Azərbaycana qarşı qərəzli mövqeyinin nümayişidir. Ona görə də, belə addımları qəbulolunmaz hesab edirik”. Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N.Məmmədov bildirib ki, ümumiyyətlə, Qərbin bəzi dairələri Azərbaycana təzyiq göstərmək üçün məqam axtarırlar. N.Məmmədovun sözlərinə görə, məqsəd Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərməkdir. PA rəsmisinin fikrincə, əslində, belə mövqe Azərbaycanın bu ölkələrlə əməkdaşlığına yardım etmir. Onun sözlərinə görə, Avropa Parlamentində “Azərbaycan: İlqar Məmmədov məsələsi” adlı qətnamənin ortaya çıxması məhz ölkəmizə qarşı qərəzli yanaşmanın göstəricisidir.
“Belə bir addımın özü demokratik prinsiplərə tamamilə ziddir. Çünki 754 deputatı olan Avropa Parlamentində 5-6 nəfər şəxsi maraqlar müstəvisindən çıxış edərək bu cür layihə irəli sürüblər. Müzakirələr zamanı isə 10-15 nəfərin səs verdiyi qətnamənin Avropa Parlamentinin sənədi kimi qəbul olunması tam mənada demokratik prinsiplərə ziddir. Biz də o deputatlara deyirik ki, siz kimsiniz ki, Azərbaycana göstəriş verəsiniz, bizimlə amiranə tonla danışasınız? Biz belə addımları heç vaxt qəbul edə bilmərik. Bu, Azərbaycanla Avropa İttifaqı, ayrı-ayrı Avropa ölkələrinin yüksək səviyyəli əməkdaşlığına xələl gətirir, mane olur. Azərbaycan artıq elə dövlətdir ki, onunla yuxarıdan aşağıya baxıb danışmağa ehtiyac yoxdur. Bizə ikinci Kreml lazım deyil. Bu cür qərəzli yanaşma ilə ədalətli mövqe uğrunda mübarizə aparan tərəf kimi özlərini göstərməyə ehtiyac yoxdur. Biz normal tənqidləri qəbul etməyə hazırıq. Amma sual verirəm həmin qurumlara. Siz doğrudanda ədalət tərəfdarısınızsa, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı bir dəfə normal, ədalətli mövqe niyə bildirməmisiniz? Çünki bu işğal nəticəsində Azərbaycanın 750 min nəfərdən çox vətəndaşının fundamental hüquqları, öz torpağında yaşamaq hüquqları pozulub. Bu insanlar dinc, mülki şəxslərdir. Bu insanların böyüklərinin uyuduqları məzarlıqlar var, oxuduqları məktəblər, işlədikləri yerlər və s. var. Onlar bu yerlərə, yəni, doğulduqları torpaqlara qayıdıb orada yaşamaq istəyirlər. İnsan hüquqları deyərkən, ilk növbədə, bu insanların hüquqları təmin olunmalıdır. Amma Avropada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı bir adamın dilindən ədalətli mövqe eşitmək mümkün deyil. Ən son anda “sizin ərazi bütövlüyünüzü dəstəkləyirik” deməklə kifayətlənirlər. Onların məsələlərə bu cür yanaşması ilə Avropa qurumlarına inam azalır, onların səmimiyyəti sual doğurur” - deyə, Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb.
N.Məmmədov bildirib ki, Avropanın özündə ciddi problemlər var, amma AP-nin həmin deputatları sanki bu problemləri görmür. O qeyd edib ki, bu adamlar Avropadakı işsizlik, islamofobiya, faşizm, iqtisadi böhran və digər məsələlərin həlli ilə məşğul olsalar daha yaxşı olar: “Etiraz aksiyalarında ən çox polis zorakılığı həmin Avropa ölkələrində baş verir. Yəni, onlar öz vəziyyətlərinə baxsınlar ki, nə vəziyyətdədirlər”.
N.Məmmədov bildirib ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil daxili və xarici siyasət həyata keçirir. Onun sözlərinə görə, ölkəmiz bu siyasət nəticəsində böyük uğurlar qazanıb və bu baxımdan, çox ölkələrdən irəlidədir. Bizim əsas problemimizin torpaqlarımızın hələ də işğal altında qalması olduğunu deyən dövlət rəsmisi qeyd edib ki, Avropa bu məsələnin həllinə kömək etsə onda ədalətli addım atmış olar. “Amma belə bir qlobal problemi kənara qoyub İ.Məmmədov adlı şəxs haqqında sənəd qəbul etmək onların ədalətli olmasına ciddi şübhə yaradır. Ölkəmizə gələn nümayəndələr də İ.Məmmədov haqqında danışırlar. Amma başqaları üçün heç nə danışmırlar, çünki İ.Məmmədov onların özləri üçün lazımlı kadrdır. Bizi məcbur etməsinlər ki, bununla bağlı bütün məsələləri açıb deyək. İ.Məmmədov onların əməkdaşı idi. Deməli, bu təşkilatın nümayəndələri İ.Məmmədovu Azərbaycan vətəndaşı kimi yox, özlərinə lazım olan şəxs hesab edirlər və onun üçün canfəşanlıq göstərirlər. Həmin dairələr Azərbaycanla danışarkən çərçivəni müəyyənləşdirməlidirlər. Azərbaycan heç kimin əlinin altında oyuncaq dövlət olmayıb və heç vaxt olmayacaq. Yaxşı olar ki, qarşılıqlı münasibətlər normal əməkdaşlıq üzərində qurulsun” - PA rəhbərinin müavini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

