Yeni əməkdaşlıq istiqaməti - Qvineya-Bisau
01.03.2025 [08:06]
Afrika ölkələri ilə Azərbaycan arasında imzalanan sazişlər iqtisadi əməkdaşlığın inkişafı üçün əsaslı zəmin yaradır
Afrika ölkələri ilə Azərbaycan arasında iqtisadi sahədə əlaqələr ötən əsrin sonlarında qurulsa da, intensiv əməkdaşlıq təmasları son illərdə yüksəlməyə və davamlı xarakter almağa başlayıb. Həmçinin Afrika Birliyi Təşkilatının qitə ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə bağlı atdığı iradəli addımlar bir çox region dövlətləri, o cümlədən Azərbaycanla münasibətlərin inkişafında yeni mərhələ açıb. 2011-ci ilin 15 yanvar tarixindən etibarən Azərbaycanın Afrika İttifaqı (Aİ) yanında müşahidəçi statusu alması isə müxtəlif iqtisadi bölmələrdə əlaqələrin qurulması üçün əsaslı zəmin yaradıb.
Respublikamızın bu qitə dövlətləri ilə beynəlxalq və regional təşkilatlarda fəal əməkdaşlığı, eyni zamanda, hökumət heyətlərinin qarşılıqlı səfərlərinin artması və mühüm anlaşma sənədlərinin imzalanması münasibətlərdə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olub. Xüsusilə də neft-qaz, mədənçilik sektorlarında əhəmiyyətli sazişlərin imzalanması perspektiv proqramların icrasını sürətləndirib.
Enerji və müdafiə sənayesinin yeni ixrac bazarı
Azərbaycan Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və Keniya ilə enerji sahəsində mühüm əlaqələr qurub, SOCAR ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsinə dair sazizlər imzalanıb. Eləcə də təbii minerallarla zəngin olan Misir, Keniya, Ekvatorial Qvineya, Əlcəzair, Nigeriya, Mərakeş, Liviya, Tunis, Seneqal və CAR-la mədənçilik sahəsində də bu cür əməkdaşlıq üçün analşmalar əldə edilib.
Azərbaycan və Afrika ölkələri ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq da gündəlikdə mühüm yer turur. Somali Prezidentinin ölkəmizə səfəri zamanı müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sənəd imzalanıb. Bu günlərdə ölkəmizdə səfərdə olan Qvineya-Bisau Prezidentinin də Azərbaycanın müdafiə sektoru ilə yaxından tanış olması, komando hərbi hissələrindən birini ziyarət etməsi hərbi əməkdaşlıq üçün yaxşı fürsətdir və ölkəmizin hərbi təyinatlı məhsullarının ixracına imkan yaradır.
“ASAN Xidmət” modeli qitə ölkələrində
Afrika dövlətləri Azərbaycan brendi olan “ASAN Xidmət” modelinə də böyük maraq göstərir. 2016-cı ilin dekabr ayında “ASAN Xidmət”in Afrika İttifaqının mənzil-qərargahında geniş təqdimat keçirilib. Qitə ölkələrinin nümayəndə heyətləri “ASAN Xidmət”in öz milli idaretmə sektorlarına gətirilməsi üçün Azərbaycanın təcrübəsini öyrənmək qərarına gəlib və dəfələrlə ölkəmizdə olublar. Qvineya-Bisau da bu modelə xüsusi önəm verir, Prezident Umaru Sisoku Embalonun “ASAN xidmət” mərkəzi ilə tanışlığı və Qvineya-Bisau Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə səmərəli əməkdaşlığı ifadə edir.
“ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində, eyni zamanda, Esvatini, Konqo, Tanzaniya, Qambiya və Zimbabve ilə fəal danışıqlar davam etdirilir.
Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Aİ vasitəsilə sosial-iqtisadi və humanitar böhrandan əziyyət çəkən Afrika dövlətlərinə maddi yardım göstərib.
Afrika ölkələri Azərbaycanın rəqəmsal texnologiyalar və süni intellekt, müasir kosmos sənayesinə də xüsusi maraq göstərir. Son 7-8 ildə əməkdaşlığın əsas istiqamətlərindən biri kimi “Azərkosmos” ASC ilə Afrika İttifaqı ölkələri arasında kommunikasiya və informasiya texnologiyaları üzrə əlaqələrin inkişaf etdirilməsini əhatə etməkdədir
“Yaşıl enerji” sahəsində əməkdaşlıq
Afrika ölkələri ilə iqtisadi əlaqələr üçün möhkəm hüquqi-iqtisadi təməllər yaradılsa da, ticari dövriyyələrin həcmi yüksək deyil, ancaq güclü potensiallar mövcuddur və mövcud potensialları dəfərlərlə artırmaq imkanları genişdir. Bu məqsədlə tərəflər müxtəlif təşviqedici alətlərlə bu sahədə yeni yol xəritələri müəyyənləşdirməkdədir. Xüsusilə də Azərbaycanın qlobal və regional miqyasda artan nüfuzu, strateji nəqliyyat və logistika coğrafiyalarında mühüm mövqeyi bu qitə ilə tranzit bağlantıları artırmaq üçün təşviqedici kommunikasiya vasitələrindən istifadə etməsini labüdləşdirib.
Azərbaycan qitə ölkələri ilə minatəmizləmə sahəsində də əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə müzakirələr aparır. Qitənin 20-yə yaxın ölkəsi, o cümlədən Anqola, Çad, Konqo Demokratik Respublikası, Eritreya, Efiopiya, Mali, Mavritaniya, Niger, Nigeriya, Seneqal, Somali, Cənubi Sudan və Zimbabve bu problemlə üzləşib. Ölkəmizin bu sahədə geniş təcrübəsi faydalı əməkdaşlıq üçün yeni sahələrdən biridir.
Azərbaycan “yaşıl enerji” sahəsində də adıçəkilən qitə ölkələri ilə əməkdaşlıq planları nəzərdə tutur. Qvineya-Bisaunun ətraf mühit nazirinin ötən il Energetika Nazirliyində olarkən bu sahədə geniş fikir mübadiləsi aparılıb.
Beləliklə, Azərbaycanın əməkdaşlıq üçün yeni istiqamət olan Afrika ölkələri ilə əlaqələrində dinamizmin artması və imzalanan mühüm sazişlər ikitərərfli və çoxtərəfli münasibətlərin gələcək inkişafını daha da irəliyə aparacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

