Endi Vorhol rəssamlıqla yanaşı, prodüser, yazıçı, kinorejissor kimi də fəaliyyət göstərib
22.06.2013 [09:26]
Endi Vorhol (1928-1987) rəssamlıqla yanaşı, prodüser, yazıçı, kinorejissor kimi də fəaliyyət göstərib. Mərhum sənətkar müasir incəsənətdə pop-art hərəkatının parlaq nümayəndələrindəndir.
AzərTAc xəbər verir ki, bu sözləri məşhur amerikalı rəssam Endi Vorholun Bakıda, Heydər Əliyev Mərkəzində “Həyat, ölüm və gözəllik” mövzusunda açılacaq sərgisi münasibətilə keçirilən mətbuat konfransında sərginin kuratoru Cianni Merkurio deyib. Bildirib ki, sərgi Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə təşkil olunub.
Cianni Merkurio sərginin Bakıda, Heydər Əliyev Mərkəzində təşkil edilməsində əməyi olanlara dərin təşəkkürün bildirib. Vurğulayıb ki, sərginin təşkili onun üçün professional uğurdan başqa, bir insan kimi də böyük şərəf olub. Gözəl Bakı, onun istiqanlı, qonaqpərvər adamları ilə tanışlıq mənim üçün böyük şərəfdir. Heydər Əliyev Mərkəzi dünyanın müasir tikililərinə örnək olacaq ən gözəl nümunədir.
Sərgi haqqında məlumat verən kurator Cianni Merkurio bildirib ki, Endi Vorhol XX əsrin təkcə tanınmış rəssamı, heykəltəraşı olmayıb. O, həmçinin fotoqraf, prodüser, rejissor, yazıçı kimi də uğurlu fəaliyyət göstərib, ümumilikdə götürsək, incəsənət dahisi olub. Onun filmləri Hollivudda kino çəkilişi tərzini dəyişib.
Endi Vorholun ən böyük istəyi isə ünsiyyət qurmaq, incəsənəti zirvələrə qaldıraraq onu hər kəsə - zənginlərə və məşhurlara, eləcə də adi insanlara sevdirmək olub. Ünsiyyətə mühüm, estetik və ideoloji bir strategiya kimi baxan Endi Vorhol öz linqvistikasını bir sıra innovasiyalarla zənginləşdirib, ünsiyyətində hər növ danışıq üslubundan yararlanıb. Məhz bu qabiliyyət onu XX əsrin ən tanınmış rəssamı edib.
Modern incəsənətin məşhur nümayəndələrindən olan Endi Vorholun Azərbaycanda ilk dəfə keçirilən sərgisində rəssamın 100-dək əsəri və qısa filmləri yer alıb.
Sərgidə rəssamın portretlər, avtoportretlər silsiləsindən rəsmləri, eləcə də “Güllər” (Flowers), “Kamuflyaj” (Camuflaje), “Sonuncu şam yeməyi” (The Last Supper), “Dua edən kişi əlləri” (Male hand Praying), “Elektrik stulu” (Electric Chair) və digər dünya şöhrətli əsərləri nümayiş olunur.
Sərgi təkcə Endi Vorhol haqqında deyil, eyni zamanda, avanqard film, pop-art barədə geniş məlumat əldə etməyə imkan verir.
Jurnalistlərin suallarını cavablandıran Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, fəaliyyətə başladığı qısa zaman kəsiyində Mərkəzdə artıq bir neçə sərgi təşkil edilib. Burada, həmçinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Heydər Əliyev Muzeyi də fəaliyyət göstərir. İstər xarici, istərsə də yerli ziyarətçilər Mərkəzə gələrək muzeylə tanış olublar. Həmçinin “Azərbaycan inciləri” sərgisində qonaqlara Azərbaycan tarixi və mədəniyyəti haqqında geniş məlumat verilir. “Mini Azərbaycan” sərgisi də Bakıdakı və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda “Azərbaycana xoş gəlmisən”, “Azərbaycan mətbəxində mədəniyyət” fotosərgiləri çox böyük maraq doğurur.
Heydər Əliyev Mərkəzinin direktoru diqqətə çatdırıb ki, Endi Vorholun sərgisinin təşkilinə 7 ay bundan qabaq başlanılıb, bir sıra müzakirələr, hazırlıq işləri aparılıb. Qərara alınıb ki, Heydər Əliyev Mərkəzində ilk sərgini də məhz böyük sənətkardan başlamaq lazımdır.
Mərkəzin direktoru Endi Vorhol Muzeyində bu sərginin 2019-cu ilədək keçirilməsi planları olduğuna baxmayaraq, sərginin cari ildə Bakıda reallaşdığını vurğulayıb və bu işdə dəstəyə görə muzeyin rəhbərliyinə dərin təşəkkürünü bildirib. O, əsərlərinin dünyada böyük maraq doğurduğu Endi Vorholun sərgisinin Bakıda da böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.
Anar Ələkbərov onu da diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Mərkəzi ictimaiyyət üçün tam açıq olacaq. İyunun 22-dən etibarən isə sərginin biletlərinin satışına başlanacaq. Qonaqlar həm Mərkəzdə fəaliyyət göstərən muzey və sərgilərlə, həm də Endi Vorholun əsərləri ilə tanış ola biləcəklər. Həmçinin internet portalında Mərkəzdəki yeniliklər haqqında məlumatlar yerləşdirilir, eləcə də insanlara biletləri daha rahat şəkildə əldə etmək imkanları yaradılıb. İyunun 22-dən etibarən Mərkəz istirahət və bayram günləri istisna olmaqla, hər gün fəaliyyət göstərəcək.
Endi Vorholun “Həyat, ölüm və gözəllik” sərgisi Heydər Əliyev Mərkəzinin dünya mədəniyyətinin Azərbaycanda tanıdılması, müxtəlif ölkələrin mədəniyyətləri arasında körpü yaratmaq istiqamətində fəaliyyəti çərçivəsində təşkil olunur.
Üç ayadək davam edəcək sərgidə yerli və beynəlxalq ictimaiyyətin, Endi Vorhol sənətinin pərəstişkarlarının rəssamın əsərləri ilə yaxından tanışlıq imkanı olacaq.
Sərgi sentyabrın 9-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17

