Siyasi dialoqun dəyəri
12.03.2025 [14:00]
Cəmi bir neçə gün öncə, daha dəqiq, martın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Xankəndi, Əsgəran və Xocalıya birgə səfəri baş tutdu. Bu növbəti səfər idi, xatırladaq ki, siyasi partiya sədrlərinin bundan öncəki birgə səfərləri Ağdam, Şuşa və Zəngilana təşkil olunmuşdur. Ənənəvi media ilə yanaşı, internet televiziya kanallarının sözügedən səfərə kifayət qədər böyük diqqət ayırması isə sevindirici və diqqət çəkən məqamlardan idi.
24 siyasi partiyanın təmsilçiliyi ilə baş tutan səfərlə bağlı dövlət televiziya kanallarında, habelə sosial mediada maraqlı müsahibələrə də rast gəlmək olurdu. Partiya sədrləri ilə belə müsahibələrin təşkili heç şübhəsiz ki, ilk növbədə sağlam siyasi dialoqun mövcudluğundan xəbər verir. Bu obyektiv hal eyni zamanda onun təzahürüdür ki, cəmiyyətimiz həmrəylik, birlik və dialoqla bağlı olan bütün təşəbbüs və tendensiyalara qucaq açır. Dünya ölkələrinin tarixi sübut edir ki, həmrəylik potensialı yüksək olan cəmiyyətlər mütləq olaraq inkişaf edirlər.
Siyasi partiya sədrlərinin demək olar ki, hamısının müsahibələrində bilavasitə bu “kövrək”, sevindirici və ilhamverici fikrə toxunulurdu: “Xocalıda məktəbin məhəlləsində futbol oynayan şagirdləri görəndə inanılmaz sevinc hissləri yaşadım, gözlərim doldu və yaşadığım müsbət emosiyaları saxlamaq belə istəmədim”. Əslində siyasi partiya liderlərinin timsalında yaşanan bu gözəl hisslər Azərbaycan xalqının mənəvi ruhu və qüdrətidir. Bu sözlər ədəbiyyat və yaradıcı sənət adamları tərəfindən deyilməmişdi, bu fikirləri səsləndirən siyasilər, siyasi partiya sədrləridir. Demək ki, bizi birləşdirən və bizi bir edən əsas amil dövlət və Vətənə olan sevgidir. Burada biz mütləq olaraq Prezident İlham Əliyevin növbəti sözlərini yada salmalıyıq: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır.” Yuxarıda qeyd olunanlar fonunda dövlət başçısının bu fikirlərinin şərhinə ehtiyac yoxdur.
Birmənalı olaraq deyə bilərik ki, möhtəşəm tarixə şahidlik edirik. Azərbaycan xalqı Qarabağa həyatı qaytarır, Qarabağda yenə də uşaqların sevinc dolu səsləri eşidilir. Bu möhtəşəmdir, bu hisslər unudulmazdır. Bütün bunlar Vətən naminə həmrəy ola bilməyimizin gücünü xatırladır. Bəli, siyasi partiya sədrləri tərəfindən yuxarıda qeyd etdiyimiz bu hissləri yaşadan bizim böyük tarixi Qələbəmizdir, ancaq siyasi mənsubiyyətindən asılı olmayaraq yaşadıqları gözəl hissləri açıq şəkildə dilə gətirmə imkanı yaradan məhz ölkəmizdə fəal şəkildə təşviq olunan siyasi dialoq mühitidir. Budur siyasi dialoqun dəyər təzahürlərindən biri.
Ona görə də cəmiyyətin inkişafında maraqlı olan bütün siyasi partiyalar və demokratik qüvvələr sağlam dialoqu fəal şəkildə dəstəkləyir. Çünki dialoq pozitiv məzmunlu və birləşdirici sosial-siyasi və mədəni təzahürdür. Bəli, biz xalq, dövlət və cəmiyyət olaraq ən böyük mübarizəmizdə artıq qalib gəlmişik, Qarabağa həyatı qaytarmışıq, ancaq dövlət və cəmiyyətin dayanıqlı inkişafını təmin etmək naminə birliyimizi bundan sonra da qorumağı bacarmalıyıq. Və nəhayət, gözəl haldır ki, bu birliyi qorumaq naminə bizim siyasi partiyalarımız da yaşanan siyasi dialoqun ayrılmaz parçasıdır. Özünü bu yaradıcı prosesdə görməyənləri isə xalq haqlı olaraq radikal və xain qüvvələr adlandırır.
Asif Adil,
Politoloq
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

