ABŞ-ın müstəqillik günü qeyd edilib
04.07.2013 [01:51]
İyulun 3-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan edilməsinin 237-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.
AzərTAc xəbər verir ki, qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ABŞ konqresmenləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəsinin müstəqillik tarixindən danışıb. Qeyd edib ki, 1776-cı il 4 iyul ABŞ-ın “Müstəqillik Bəyannaməsi”nin imzalandığı gündür.
Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdən danışan R.Morninqstar qeyd edib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra diqqətəlayiq uğurlar qazanıb. Azərbaycan özünü həqiqətən də regional və qlobal aləmdə önəmli rol oynayan müstəqil ölkə kimi təsdiq edib. Diplomat Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzv seçilməsini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamasını, hər iki ölkənin əsgərlərinin Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda çiyin-çiyinə fəal iştiraklarını yüksək qiymətləndirib.
Azərbaycan hökuməti adından ABŞ xalqını təbrik edən maliyyə naziri Samir Şərifov ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışıb. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik əlaqələr qurulub və əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf etməkdədir.
Nazir diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyev həmişə ABŞ-Azərbaycan münasibətlərinə önəm verib, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin hazırkı səviyyəyə çatmasında mühüm rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorçuluğa qarşı mübarizədə birgə səylərin artırılmasına, o cümlədən təhlükəsizlik və enerji sahəsində əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.
Azərbaycan ilə ABŞ arasında indiyədək müxtəlif sahələr üzrə 73 sənədin imzalandığını deyən S.Şərifov diqqətə çatdırıb ki, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səmərəli hüquqi baza yaradılıb. Geosiyasi baxımdan mürəkkəb bir regionda yerləşən Azərbaycan ABŞ ilə qlobal və regional təhlükəsizlik, demokratik islahatlar, insan hüquqlarına hörmət, tolerantlıq kimi ümumi dəyərləri bölüşür.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi problemin tənzimlənməsində mühüm rol oynayır. S.Şərifov ABŞ-ın ən yüksək rəhbərliyi səviyyəsində mövcud status-kvonun qəbuledilməzliyinə dair qəbul olunmuş bəyanatı yüksək qiymətləndirib.
Nazir çıxışının sonunda Prezident İlham Əliyevin Azərbaycanın ABŞ ilə tərəfdaşlığına dair fikirlərini xatırladıb: “Azərbaycan bu regionda etibarlı tərəfdaşdır. Biz bunu sadəcə bəyanatlarla deyil, real işlərimizlə sübut edirik”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

