Milli Məclisin iclasında...
19.03.2025 [10:57]
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubları ünvanlanıb
İclasda 14 məsələ müzakirə olunaraq qəbul edilib
Martın 18-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova gündəliyə 14 məsələnin daxil edildiyini və birinci məsələnin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib. Spiker bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov bu qanun layihəsini təqdim edib. O, diqqətə çatdırıb ki, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi” 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən TDT-nin 11-ci Zirvə Görüşündə imzalanıb. Qeyd olunub ki, Sazişin məqsədi üzv ölkələr arasında rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək, elektron ticarət və rəqəmsal xidmətləri asanlaşdırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və biznes mühiti üçün daha əlverişli şərait yaratmaqdır. Saziş çərçivəsində tərəflər elektron ticarətin inkişafı, gömrük və logistika, maliyyə texnologiyaları və rəqəmsal ödənişlər, kiçik və orta biznesin dəstəklənməsi, istehlakçı hüquqlarının qorunması, kibertəhlükəsizlik və məlumat mübadiləsi, elektron imzalar və hüquqi uyğunlaşma istiqamətlərində əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Sazişin icrasına nəzarət məqsədilə Birgə Komitənin təsis edilməsi nəzərdə tutulur. Bu komitə Sazişin müddəalarının yerinə yetirilməsini izləyəcək, tərəflər arasında koordinasiyanı təmin edəcək və əməkdaşlıq sahəsində təkliflər irəli sürəcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin iqtisadi baxımdan və beynəlxalq münasibətlər nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb etdiyini deyib, rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini bildirib.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Spiker Sahibə Qafarova növbəti 5 məsələnin uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıdığını, həmin sənədlərin müvafiq qanunvericiliyə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib. Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Diqqətə çatdırılıb ki, layihə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 23 dekabr 2022-ci il tarixli qanunlara uyğun olaraq hazırlanıb. Belə ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilib. Azadolmalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir. Həmin təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinə verilən icazə” xarakterli olması nəzərə alınmaqla, “Lisenziyalar və icazələr haqqında” Qanunun 3 nömrəli əlavəsi - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi yeni redaksiyada verilir və həmin təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.
Deputat Razi Nurullayev bəzi qeydlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi layihəsini təqdim edib. Bildirilib ki, layihə terminlərin eyniliyinin təmin olunması və uyğunlaşdırılması məqsədilə hazırlanıb. Qanunun 52-ci və 57-ci maddələrində “dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert rəyi” ifadəsinin “ekoloji ekspertiza rəyi” ifadəsi ilə əvəz olunması təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Nəzərə çatdırılıb ki, adı çəkilən qanunda əlilliyi olan şəxslərin səhhətinə və ailə başçısını itirmiş ailələrə vurulmuş ziyana görə zərərçəkmiş şəxslərə onların əlillik dərəcəsindən asılı olaraq birdəfəlik kompensasiyanın verilməsi, habelə 1986-1990-cı illərdə Çernobılda qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə hər il üzrə kompensasiya verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Layihədə 33 qanuna uyğunlaşdırma xarakterli dəyişiklik edilməsinin nəzərdə tutulduğunu deyən komitə sədri qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi, habelə ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, məhsul və xidmətlərin keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyətə malikdir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) layihəyə dair məlumat verib. O, qeyd edib ki, layihə çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırlanıb.
Bildirilib ki, dəyişikliklərdə sosial xidmətə götürülən şəxslərin vəzifələrinə sosial işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi əlavə olunur. Bununla yanaşı, sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi nəzərdə tutulur. Digər dəyişiklikdə “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Daha bir dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq. Qanuna, habelə şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkilinə yönəlmiş yeni - sosial-mədəni xidmət növü əlavə edilir. Həmçinin sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etmək məqsədilə dəyişiklik də təklif olunur.
Müzakirələrdə komitə sədri Hicran Hüseynova, deputat Nigar Məmmədova çıxış edərək məsələ barədə öz fikirlərini bölüşüblər. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Deputatlar iclasın gündəliyində olan digər qanun layihələri də qəbul ediblər.
Sonda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün ilaxır çərşənbədir, iki gün sonra da xalqımız Novruz bayramını, ayın sonunda isə Ramazan bayramını qeyd edəcək. O, deyib ki, xalqımızın milli-mənəvi dəyərləri arasında müstəsna yeri olan Novruz birliyi, bərəkəti və bolluğu təcəssüm etdirir. Ramazan bayramı isə insanları həmrəyliyə və əmin-amanlığa dəvət edir.
Spiker təklif edib ki, bu gözəl bayramlar münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqımızın və dövlətimizin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq!
Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sahibə Qafarova qarşıdan gələn bayramlar münasibəti ilə deputatları, həmçinin iclası izləyən media nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

