Venesuela Milli Assambleyası sədrinin müavini Milli Məclisdə olub
03.04.2025 [17:37]
Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikası Milli Assambleyası sədrinin müavini, Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Amerika Valentina Peres Davila ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib. Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyi, əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Diqqətə çatdırılıb ki, qarşılıqlı səfərlər bu imkanların müzakirəsi baxımından faydalıdır. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən ali və yüksəksəviyyəli səfərlərin müstəsna rolu vurğulanıb.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli şəkildə əməkdaşlıq etdiyi bildirilib, BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə edilib. Qoşulmama Hərəkatında ölkəmizin sədrliyi dövründə Azərbaycan hökuməti tərəfindən irəli sürülən bütün təşəbbüslərin Venesuela tərəfindən dəstəkləndiyi qeyd edilib.
Qonaq ölkəsinin Azərbaycanla münasibətlərə önəm verdiyini deyib.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrinin genişləndirməsində ölkələrin ali qanunverici orqanlarının müsbət rolu qeyd olunub, parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu çərçivədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin, qarşılqlı səfərlərin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı, təşkilatın məqsədlərinin həyata keçiriıməsi istiqamətində görülən işlər barədə məlumat verib. Venesuela Milli Assambleyası sədrinin müavini Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib, ölkəsinin Şəbəkənin işində fəal iştirak etdiyini söyləyib.
Görüşdə qlobal iqlim dəyişiklikləri və onun yaratdığı problemlərin inkişaf etməkdə olan ölkələrə böyük təsirləri barədə də fikirlər səsləndirilib. Qonaq Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə uğurlu evsahibliyi ilə bağlı təbriklərini çatdırıb.
Milli Məclisin sədri, həmçinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən və suverenliyini bərpa etməsindən sonra regionda mövcud olan vəziyyət barədə də məlumat verib. O, Ermənistanın işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlının uzun illər ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını, bu gün keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtdıqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

