Azərbaycanın və Bəhreynin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq qurulub
05.04.2025 [22:25]
Milli Məclisin (MM) sədri Sahibə Qafarova Bəhreyn Krallığı Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Əl-Musalam ilə görüşüb.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət töhfə verdiyini və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib.
Söhbət zamanı ölkələrimizin BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb. Nümayəndələr Məclisinin sədri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edərək vurğulayıb ki, Azərbaycanın sədrliyi təşkilatın inkişafında mühüm rol oynayıb.
Görüşdə qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı potensial olduğu qeyd edilərək bildirilib ki, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyət dövlətlərimiz arasında əlaqələrin inkişafına mühüm və müsbət təsir göstərir. Bu gün qanunverici orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub. Bununla yanaşı, parlament komitələri, deputatlar, parlament aparatları arasında əlaqələrin sıxlaşdırılması, qarşılıqlı səfərlərin təşkili ümumi münasibətlərə töhfə verə bilər.
Parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında da, o cümlədən, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyasında əməkdaşlıq əlaqələrinə malik olduqları məmnunluqla qeyd edilib. Spiker Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının parlament ölçüsünün Azərbaycanın sədrliyi ilə fəaliyyəti barədə geniş məlumat verib. Tərəflər Parlament Şəbəkəsinin Daşkənd şəhərində keçiriləcək dördüncü konfransının da təşkilatın gələcək inkişafı baxımdan uğurlu olacağına inam ifadə ediblər.
Bəhreyn Krallığı Nümayəndələr Şurasının sədri Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyini dəstəklədiklərini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

