Milli Məclisin iclasında...
23.04.2025 [09:56]
Hesablama Palatası parlamentdə hesabat verdi
Aprelin 22-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova 17-18 aprel tarixlərində Milli Məclisin nümayəndə heyətinin Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərinin nəticələri barədə məlumat verib. S.Qafarova bildirib ki, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Şura iclasında və 58-ci plenar iclasında, faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasda və digər tədbirlərdə iştirak etmək idi. S.Qafarova, bütövlükdə bu səfərin uğurlu olduğunu söyləyib.
Sonra iclasın gündəliyində olan məsələlər müzakirəyə çıxarılıb. İlk olaraq Azərbaycan Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. V. Gülməmmədov diqqətə çatdırıb ki, hesabat qanunvericiliyin bütün tələblərini özündə ehtiva edir. Sənəddə Hesablama Palatasının həm audit, həm də qeyri-audit fəaliyyətinin əhatə olunmasına çalışılıb, Palatanın il ərzində fəaliyyəti barədə icmal-statistik məlumatları hesabata daxil edilib.
Onun sözlərinə görə, 2024-cü ildə Palata tərəfindən audit və analitik fəaliyyət formasında 44 nəzarət tədbiri keçirilib. Bu tədbirlərin 45,5 faizində audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib. Bir audit və bir analitik fəaliyyət “Dövlət sirri haqqında” Qanuna əsasən məxfilik rejimində aparılıb. Auditlərin əhatə dairəsini dövlət büdcəsinin gəlir və xərc parametrləri, borclanma və kəsirin maliyyələşdirilməsi mənbələri və əksər büdcədənkənar dövlət fondları təşkil edib.
Palata sədri qeyd edib ki, kənar dövlət maliyyə nəzarətinin digər forması analitik fəaliyyətdir. 2024-cü ilin iş planına əsasən Hesablama Palatası tərəfindən biri məxfilik rejimində olmaqla, iki analitik fəaliyyət keçirilib, bu nəzarət tədbirləri ilə büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların debitor və kreditor borcları araşdırılıb, borcların büdcə təsnifatları üzrə strukturu, kontragentlər və müddətlər üzrə tərkibinin təhlili, uçotu və hesabatlılığının qiymətləndirilməsi predmet kimi müəyyən edilib.
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən hesabat ilində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirilib. Auditlərin əhatə dairəsini Naxçıvan Muxtar Respublikasının büdcə vəsaitləri təşkil edib. 2024-cü ilin iş planına əsasən keçirilmiş auditlərlə icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2023-2024-cü illər üzrə 180,6 milyon manatı əhatə edib. Maliyyə hesabatları üzrə təhriflərin məbləği 2 milyard 66 milyon manat təşkil edib. Bu məbləğin 888 milyon manatını əhəmiyyətli - maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi ilə bağlı təhriflər təşkil edib. Qalan 1 milyard 178,2 milyon manatını digər qrup təhriflər - mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları təşkil edib. Nöqsan məbləğini formalaşdırlan sonuncu komponent isə səmərəsiz xərclərdir. Bunun ümumilikdə məbləği 157,7 milyon manat olub.
Bildirilib ki, əvvəlki illərin iş planları üzrə nəzarət tədbirləri ilə hesabat dövründə 8,6 milyon manat bərpa edilib. Bundan əlavə, 2023-cü ildə maliyyə hesabatlarının auditi üzrə aşkarlanmış 661,5 milyon manat əhəmiyyətli təhriflərin 400 milyon manatdan çox məbləğ üzrə müvafiq düzəlişlər edilib. Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirlərinin materialları əsasında prokurorluq orqanları tərəfindən 7,4 milyon manatın bərpası və digər tədbirlərin görülməsi təmin edilib.
V.Gülməmmədov diqqətə çatdırıb ki, “Hesablama Palatası haqqında” Qanuna görə, Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrasına və layihələrinə rəy verir. 2024-cü ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə 6 rəy, yenidən baxılma üzrə layihələrə isə 3 rəy hazırlanaraq təqdim olunub. 2023-cü ilin dövlət büdcəsinin icrasına rəy ilə müəyyən edilmiş uyğunsuzluq məbləği 1296,9 milyon manat, 2025-ci ilin büdcə layihəsinə verilmiş rəy ilə uyğunsuzluq məbləği 82,9 milyon manat olub. Uyğunsuzluqlar arasında vahid büdcə təsnifatına əməl olunmaması üstünlük təşkil edib. Onun sözlərinə görə, digər bir məsələ məsafədən audit və böyük verilənlərin təhlili ilə bağlıdır. Hesabat ilində bu sahədə mövcud beynəlxalq təcrübə öyrənilib, məsafədən auditə imkan verən proqram təminatının yaradılması məqsədilə ilkin konsepsiya və texniki tapşırığın ilkin layihəsi hazırlanıb.
Sonra millət vəkilləri çıxış edərək hesabatla bağlı fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra hesabat qəbul olunub.
Daha sonra deputatlar gündəlikdə olan digər məsələləri müzakirə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

