/ / Yüksək səviyyəli və müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin sürətli inkişafını göstərir
Yüksək səviyyəli və müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin sürətli inkişafını göstərir
02.08.2013 [09:59]
Prezident İlham Əliyev: Bütövlükdə yolların tikintisi ilə bağlı çox böyük işlər görülmüşdür, magistral yolların böyük əksəriyyəti demək olar ki, tikilmişdir. Qalan işlər də növbəti illərdə görüləcəkdir
Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz respublikada müasir standartlara cavab verən nəqliyyat sisteminin yaradılmasıdır. Son illər Azərbaycanda nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Vətəndaşların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, yollarda tıxacların yaranmasının qarşısının alınması, iritonnajlı yük maşınlarının şəhərə daxil olmadan rahat mənzil başına çatdırılması üçün yeni yollar, yol qovşaqları, yeraltı və yerüstü piyada keçidləri, körpülər tikilərək istifadəyə verilib. Ölkəmizdə müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində görülən işləri ümumiləşdirsək, təkcə 2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən, 1240 kilometr respublika əhəmiyyətli, 2620 kilometr rayonlararası və kəndlərarası yollar tikilib və təmir olunub, avtomobil yollarında 158 körpü inşa edilib.
Son dövrlərdə Bakıda yaradılan yeraltı avtomobil dayanacaqları da paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək baxımından mühüm rola malikdir. Belə yeraltı dayanacaqlardan biri iyulun 25-də istifadəyə verilən paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş yeraltı avtomobil dayanacağıdır.
Məlumat üçün bildirək ki, yeraltı dayanacaq 4500 avtomobil tutumuna, bundan əlavə 37 avtomobil tutumu olan xüsusi bölməyə malikdir. Dayanacaq üçmərtəbəlidir və ümumi sahəsi 21 hektardır.
İyulun 25-də isə dövlət başçısı Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında olub. Sözügdən yol Prezident İlham Əliyevin Bakı şəhərinin nəqliyyat sisteminin inkişaf etdirilməsi və paytaxtın kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində inşa olunub və Bakıda həyata keçirilən yol-nəqliyyat layihələrinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ümumi uzunluğu 12,5 kilometr olan yol ən müasir səviyyədə inşa edilib. Yeni yol Bakı şəhərinin Türkan, Zirə, Gürgən, Pirallahı, Dübəndi, Qala, Şüvəlan və Mərdəkan qəsəbələrinin nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal hərəkətinə şərait yaradacaq. Magistral boyu yol qovşaqları, avtomobil keçidi tikilib, suötürücü dəmir-beton borular quraşdırılıb.
Ümumiyyətlə, cari ilin 6 ayı ərzində də ölkədə avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, avtonəqliyyat vasitələri parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər davam etdirilib. 340 yeni sərnişin avtobusları ölkəyə gətirilərək istismara verilib. Gəncə, Daşkəsən və Horadiz avtovağzallarının tikintisi davam etdirilib. Təsadüfi deyil ki, iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev bir daha vurğulayıb ki, biz yol təsərrüfatımızı tamamilə yeniləşdirə bilmişik: “Bütövlükdə yolların tikintisi ilə bağlı çox böyük işlər görülmüşdür, magistral yolların böyük əksəriyyəti demək olar ki, tikilmişdir. Qalan işlər də növbəti illərdə görüləcəkdir. Biz yol təsərrüfatımızı tamamilə yeniləşdirə bilmişik. Son illər ərzində bütün magistral yollarda böyük işlər görülür, rahat yollar salınır. Onlar müasir standartlara cavab verən yollardır. Şəhərlərarası yollara fikir verilir, kənd yolları tikilir. Bu, ölkəmizin inkişafını göstərir və eyni zamanda, infrastruktur layihələri arasında yol tikintisi xüsusi yer tutur. Çünki yol olmasa heç bir inkişafdan, ölkəmizin çoxşaxəli inkişafından, turizmin inkişafından söhbət gedə bilməz”.
Eyni zamanda, ölkənin dəmiryolu nəqliyyatında aparılan yenidənqurma işləri davam edib, cari ilin 6 ayı ərzində dəmir yolunun 82 kilometrik hissəsi yenidən qurulub. Hazırda, Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması işləri həyata keçirilir.
Region və bütövlükdə Avropa üçün mühüm əhəmiyyət kəsb edən neft və qaz boru kəmərləri ilə yanaşı, Cənubi Qafqaz üzərindən keçməklə, şərqlə qərbi birləşdirən, Avrasiyanın yeni ticarət bağlantısına çevrilən Bakı-Tbilisi-Qars layihəsi üzrə tikinti işləri də sürətlə davam etdirilir. Axalkələk-Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 kilometr olan yeni yolun 9 kilometrində üst quruluşu inşa edilib və bu ilin sonuna kimi Türkiyə sərhədinə qədər yeni yol tikiləcək.
Bununla yanaşı, ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiq edilməsi məqsədi ilə 1000 ədəd avtobusda xüsusi avadanlıqların quraşdırılması aparılıb və sentyabr ayından bu sistemə keçidə başlanılacaq. Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədilə əsas yol kəsişmələrində işıqforların idarə edilməsi üçün qurulan nəqliyyat siqnallarına nəzarət sistemi və “Yaşıl dalğa” tədbirlərinin tətbiqi şəhərdə nəqliyyat axınına müsbət təsir edib və nəticədə küçələrin ötürücülük imkanı orta hesabla sutkada 20,2 min avtomobildən 27,7 min avtomobilə qədər artıb.
Bütövlükdə, ölkədə ötən 6 ay ərzində 430 kilometr respublika və yerli əhəmiyyətli yollar təmir olunub, 6 körpü inşa və təmir edilib. Hesabat dövründə nəqliyyat-yol kompleksinə yönəldilən investisiyaların həcmi 923 milyon manat təşkil edib. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri aparılıb. Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağadək genişləndirilməsi işləri davam etdirilib.
Bakı şəhərində Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsi istismara verilib, Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə, Qələbə meydanında və Heydər Əliyev prospektində yol qovşaqlarının və 6 piyada keçidinin tikintisi həyata keçirilib. Həmçinin, Həsən Əliyev küçəsindən Olimpiya stadionuna qədər yeni avtomobil yolunun layihələndirilməsinə və tikintisinə başlanılıb.
Hazırda Kürdəmir-Yevlax avtomobil yolunun 4 hərəkətli zolağa genişləndirilməsi layihəsi həyata keçirilir. Bununla əlaqədar olaraq, ərazi boyu kommunikasiyaların köçürülməsi, suötürücü qurğuların, yeraltı keçidlərin, körpülərin tikintisi ilə yanaşı, asfalt örtüyünün salınması və torpaq işləri davam etdirilir. Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun tərkib hissəsi olan bu layihənin məqsədi nəqliyyatın sürətli və təhlükəsiz hərəkətini təmin etməkdir. Yolun yenidən qurulan hissəsinin ümumi uzunluğu 88 kilometrdir. Layihə üzrə Kürdəmir-Ucar, Ucar-Yevlax avtomobil yollarına paralel yeni əlavə iki hərəkət zolağının inşası nəzərdə tutulub.
Əlavə edək ki, ötən ay dövlət başçısı ayrı-ayrı rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında çoxlu Sərəncamlar imzalayıb və bu sənədlərə əsasən, bölgələrdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair vəsait ayrılıb. Belə ki, iyulun 11-də Yevlaxda Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun, iyulun 12-də Sabirabadda 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli, iyulun 15-də Astarada 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə, iyulun 16-da Saatlıda 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd, iyulun 17-də Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Qızılağac-Yenikənd, iyulun 26-da Ağdaşda 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı, iyulun 29-da Lənkəranda 15 yaşayış məntəqəsini birləşdirən Vilvan-Zövlə-Boladı-Liman, iyulun 30-da Goranboyda 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd, iyulun 31-də isə Tərtər rayonunda Cəmilli-Dəmirçilər avtomobil yollarının tikintisinə kifayət qədər vəsait ayrılıb.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

