Parlament komitələrinin birgə iclasında...
14.05.2025 [10:25]
“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” müzakirə olunub
Mayın 13-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” (2024-cü il üçün) müzakirə olunub.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində hüquqi müstəvidə ciddi addımlar atılır. O xatırladıb ki, 2005-ci ildə qüvvəyə minmiş “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda mühüm məqamlar əksini tapır və insan istismarına dair məsələlər göstərilir: “Bunlara məcburi əmək və xidmət, cinsi istismar, köləlik və köləliyə bənzər adətlər, orqan və toxumaların qanunsuz çıxarılması, biotibbi tədqiqatların icazəsiz aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz və cinayətkar fəaliyyətə cəlb olunma və digər istismar növləri daxildir. Bu yanaşma insan alveri problemini yalnız bir aspektlə deyil, çoxşaxəli sosial, tibbi, hüquqi və psixoloji müstəvilərdə qiymətləndirməyə imkan verir”.
Komitə sədri vurğulayıb ki, insan alverinə qarşı mübarizə təkcə hüquq-mühafizə tədbiri kimi deyil, insan hüquqlarının müdafiəsi, sosial ədalət və hüquqi dövlət prinsipinin əsas elementlərindən biri kimi qiymətləndirilməlidir. O, Azərbaycanın bu istiqamətdə göstərdiyi səyləri beynəlxalq təcrübə ilə uzlaşdıraraq hüquq-mühafizə orqanlarının rolunu xüsusi olaraq qeyd edib.
Z.Oruc çıxışında Azərbaycanın təhlükəsizlik və ictimai sabitlik baxımından regionun aparıcı ölkələrindən biri olduğunu vurğulayıb. O, həmçinin vurğulayıb ki, ölkədə hüquq-mühafizə orqanlarının modernləşdirilməsi və imkanlarının genişləndirilməsi üçün ardıcıl islahatlar həyata keçirilir. Polis orqanları təkcə daxili təhlükəsizliyin təminatçısı kimi deyil, həm də ölkənin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə, o cümlədən İkinci Qarabağ müharibəsində mühüm rol oynayıb. Müharibə zamanı 66 polis əməkdaşının şəhid olması, 346 nəfərin yaralanması, 1400 nəfərə müxtəlif mükafatların verilməsi və 4 nəfərin Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülməsi bu xidmətlərin bariz göstəricisidir.
Z.Oruc çıxışında bəzi xarici media qurumlarının və onların siyasi sifarişçilərinin hüquq-mühafizə orqanlarının nüfuzunu hədəfə alaraq dövlət-polis-cəmiyyət münasibətlərini pozmağa yönəlmiş cəhdlərini də qınayıb. O, belə təşəbbüslərin Azərbaycanın Ermənistan üzərində əldə etdiyi hərbi və siyasi qələbəni gözdən salmağa yönəldiyini qeyd edərək bu cür təxribatların qarşısının hüquqi və informasiya sahəsində ardıcıl şəkildə alınacağını vurğulayıb.
Bildirilib ki, insan alverinə qarşı mübarizədə qanunvericilik aktlarının təkmilləşdirilməsi, cəmiyyətin maarifləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və institusional resursların davamlı olaraq artırılması əsas prioritetlər sırasında qalmalıdır.
İclasda çıxış edən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov qeyd edib ki, son illər ərzində Azərbaycanda insan alveri ilə mübarizə çərçivəsində sığınacaqlara 350-dən artıq qurban yerləşdirilib. Onlardan bəziləri sığınacaqlarda 3-4 ilədək müddətdə yaşayıb. Bu, onların sosial müdafiəyə olan ehtiyaclarının və dövlət strukturlarının bu istiqamətdəki yükünün artdığını göstərir.
H.Aslanov əlavə edib ki, hazırda sığınacaqlarda yerləşdirilmiş insan alveri qurbanlarından ikisi - Ukrayna vətəndaşı olan qadınlar hüquqi sənədlərdən, xüsusilə də doğum haqqında şəhadətnamədən məhrumdur. Bu qadınların rəsmi sənədlərinin əldə edilməsi qeyri-mümkün olub. O, sığınacaqlarda yerləşdirilmiş bəzi şəxslərlə bağlı ciddi problemlərə diqqət çəkib: “Həmin qadınlar məcburi əmək qurbanlarıdır. Onlar sığınacağa yerləşdirilib, lakin sənədləşdirmə ilə bağlı ciddi çətinliklər var. Bu, həm onların hüquqi statusunun müəyyənləşdirilməsində, həm də gələcək sosial inteqrasiyasında maneələr yaradır”.
Digər bir problem kimi sığınacaqların maliyyə resurslarının azalması məsələsi qeyd olunub. Məlumata görə, bəzi sığınacaqlar hazırda maliyyə çatışmazlığı səbəbilə fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində qalıb ki, bu da insan alveri qurbanlarına göstərilən yardım və reabilitasiya xidmətlərinin davamlılığını təhlükə altına alır. Belə halların qarşısını almaq üçün müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir. Beynəlxalq əməkdaşlıq gücləndirilməli, xüsusən də münaqişə bölgələrindən olan sənədsiz şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində mexanizmlər işlənib hazırlanmalıdır. Sığınacaqların maliyyə təminatı artırılmalı, donor təşkilatlarla və beynəlxalq qurumlarla əməkdaşlıq genişləndirilməlidir. Sənədsiz şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün hüquqi mexanizmlər sadələşdirilməli və onların inteqrasiyasına yönəlmiş sosial proqramlar gücləndirilməlidir. Bu cür hallar insan alveri ilə mübarizədə təkcə hüquqi deyil, həm də sosial və humanitar yanaşmaların vacibliyini bir daha gündəmə gətirir. Azərbaycanın bu istiqamətdəki səyləri beynəlxalq insan hüquqları təşkilatları tərəfindən də diqqətlə izlənir və dəstəklənir.
İclasda çıxış edən millət vəkilləri müzakirəyə çıxarılmış məsələ ilə bağlı fikirlərini bildiriblər. Sonda “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41

