/ / “Radikal müxalifət Azərbaycanda heç bir sosial dayağa malik deyil və keçirmək istədikləri mitinq onların siyasi ideoloji baxımdan iflası demək idi”
“Radikal müxalifət Azərbaycanda heç bir sosial dayağa malik deyil və keçirmək istədikləri mitinq onların siyasi ideoloji baxımdan iflası demək idi”
21.08.2013 [09:30]
“Milli şura”nın vahid namizəd adı altında apardığı müzakirələr yalnız və yalnız imitasiyadan başqa bir şey deyil. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı “Milli şura”nın avqustun 19-da keçirdiyi sessiyanın nəticələrini şərh edərkən deyib.
M.Qurbanlı qeyd edib ki, əslində “Milli şura”da hansısa ciddi müzakirənin getdiyini söyləmək doğru olmazdı: “Onlar hər dəfə toplaşaraq yenə də eyni sözləri təkrar edirlər. Onların namizədinin seçkiyə qatılıb-qatılmaması seçki prosesinə, seçkinin nəticələrinə heç bir təsir göstərmir. Azərbaycanda müxtəlif siyasi partiyaların nümayəndələri seçkilərə qatılıblar, seçkilər azad, ədalətli və demokratik seçkilər kimi tariximizə daxil olacaq və belə bir şəraitdə cüzi azlıqda qalan bir qrupun nümayəndəsinin seçkiyə qatılıb-qatılmaması əhəmiyyət kəsb etmir”.
M.Qurbanlı əlavə edib ki, ona görə də, həmin qurumun toplaşaraq hay-küy yaratması, qara piar kampaniyası aparması, namizədini müəyyənləşdirməsi adı altında imitasiya etməsi onların yalnız və yalnız məğlubiyyətinin göstəricisidir: “İndiki şəraitdə yenə də namizəd müəyyənləşdirməsini növbəti mərhələyə saxlayıblar. Buyursunlar, bu, onların öz işidir. Rüstəm İbrahimbəyovun pasport məsələsi düzələnə qədər gözləsinlər. Qərar onlarındır. Onların seçkiyə kimin və hansı şəxsin simasında qatılacağı da bizim üçün o qədər də böyük əhəmiyyət kəsb etmir”.
M.Qurbanlı əlavə edib ki, “Milli şura” deyilən qurum süni yaradılmış bir qrumdur və ora yığışanlar radikal müxalifətin nümayəndələridir: “Bütövlükdə götürdükdə radikal müxalifət Azərbaycanda heç bir sosial dayağa malik deyil və bunların ayın 18-də keçirmək istədikləri mitinq radikal müxalifətin siyasi ideoloji baxımdan iflası demək idi”.
“Milli şura”da yaşanan gərginliklə bağlı məsələyə münasibət bildirən millət vəkili qeyd edib ki, “Milli şura”da radikal qrupları təmsil edən iki əsas partiya, Xalq Cəbhəsi və Müsavat partiyaları arasında əvvələr də ziddiyyət var idi, bu gün də var: “Məhdud sayda elektorat üzərində özünün üstünlüyünü göstərmək üçün bu iki qrup arasında dartışma həmişə mövcud olub və indi “Milli şura” deyilən qrumda da bu dartışma davam edir. Amma “Milli şura”da onlardan başqa da radikal yönümlülər, o cümlədən özlərini müstəqil sayan adamlar var. Onlar da bu iki qrup arasında manevr etmək ilə məşğuldular”.
M.Qurbanlının sözlərinə görə, proqnozlar onu göstərir ki, mənəvi və siyasi cəhətdən məğlubiyyətə uğramış bu qrup prezident seçkilərində iştirak adı altında suyun üstündə qalmaq istəyir: “Onların heç bir perspektivi yoxdur və kimin üzərində dayanaraq namizədliyini irəli sürəcəkləri də cəmiyyəti narahat etmir, çünki onlar cəmiyyətin maraq dairəsində deyil”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17

