/ / Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasəti ilə beynəlxalq inteqrasiya prosesinə strateji töhfələr verir
Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasəti ilə beynəlxalq inteqrasiya prosesinə strateji töhfələr verir
29.08.2013 [09:33]
Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal mərkəzə çevrilməkdədir.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir
Əlbəttə ki, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, beynəlxalq münasibətlər sisteminin müstəqil aktorları qismində çıxış edən milli dövlətlərin, demək olar ki, hamısı Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olmasını xüsusi olaraq diqqətə çatdırmaqdadırlar. Bu kontekstdə son olaraq, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəsində nəşr olunan “The politics” nəşrinə müsahibəsində Azərbaycan dünya siyasətindəki rolundan və regional təhlükəsizliyə verdiyi mühüm strateji töhfələrdən bəhs edib. Azərbaycanın inkişafının regional perspektivləri barədə sualı cavablandıran səfir qeyd edib ki, ölkə zəngin enerji resursları sayəsində iqtisadi cəhətdən aktiv inkişaf edir. Diplomat deyib ki, Azərbaycanın əhəmiyyətli regional oyunçu olmaq üçün tam bir potensialı var.
Azərbaycanın demokratik inkişafı dünya ictimaiyyəti tərəfindən təqdir edilir
Səfir Riçard Morninqstar müsahibəsində Azərbaycanın demokratik inkişaf yolunda irəliləməsi məsələsinə toxunub və qeyd edib ki, demokratik və iqtisadi islahatların keçirilməsi uzunmüddətli stabillik üçün, doğrudan da, zəruridir.
Bu məqamda onu da qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli iqtisadi inkişafı və möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyində demokratik islahatlar özünəməxsus yer tutur. Vurğulamaq gərəkdir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları, o cümlədən, bu gün Azərbaycanla əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olan ABŞ ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını, həmçinin, sağlam əsaslara söykənən milli-mənəvi dəyərlərin cəmiyyət həyatının bütün sahələrinə sirayət etməsini yüksək qiymətləndirirlər. O da qeyd edilməlidir ki, insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr Azərbaycanın demokratik inkişaf yolunda qətiyyətlə irəlilədiyini təsdiqləyir. Digər tərəfdən, seçki prosesi, onun reallaşdırılması vasitələri və demokratiklik səviyyəsi baxımından da, Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir.
Dağlıq Qarabağ münaqişəsinin həlli strateji zərurət kimi...
ABŞ-ın Azərbaycandakı səfiri müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyinə toxunub və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əldə olunsa, Azərbaycanda regionda əsas oyunçuya çevrilə bilər. “Münaqişənin nizamlanmasında irəliləyişlər geniş regional inteqrasiyaya səbəb ola bilər” - deyə, o, əlavə edib.
Bəli, bu, bir gerçəklikdir ki, münaqişənin həlli istiqamətində Ermənistan mövcud status-kvonu qoruyub saxlamaq naminə danışıqlar prosesini uzatmağa çalışır ki, bu da regionun hərbi-siyasi təhlükəsizlik balansı üçün ciddi təhdid kimi çıxış edir. Dolayısıyla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan destruktiv problemlərdəndir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış bu problemin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi isə strateji zərurət qismində çıxış etməkdədir.
Riçard Morninqstar onu da qeyd edib ki, ABŞ Azərbaycanın inkişafına dəstəyi davam etdirməyə, ATƏT-in Minsk qrupunun həmsədri kimi isə Dağlıq Qarabağ münaqişəsini nizamlanmasına yardım göstərməyə hazırdır: “Artıq 20 ildən çox vaxt keçib və bu məsələ hələ də həll olunmayıb. Bu, çox təhlükəli regional münaqişədir”.
Azərbaycan gələcəyə etibarlı strateji tərəfdaş kimi addımlayır
Riçar Morninqstar müsahibəsində bir məsələyə də xüsusi olaraq toxunub ki, bu, Azərbaycanın perspektivdə də beynəlxalq inteqrasiya və təhlükəsizliyə verəcəyi töhfələrlə bağlıdır. Səfir qeyd edib ki, Azərbaycan öz potensialı ilə beynəlxalq inteqrasiya prosesini sürətləndirə biləcək ölkədir. Müsahibədə ölkəmizin beynəlxalq münasibətlər sistemində oynadığı aktiv rola və yüksək beynəlxalq nüfuzuna xüsusi diqqət yetirilib.
Beləliklə, qeyd etdiyimiz kimi, beynəlxalq inteqrasiya prosesinə mühüm töhfələr verən Azərbaycanın müstəqil xarici siyasət kursuna malik olması ölkəmizin yüksək beynəlxalq nüfuzunu şərtləndirən başlıca amildir. Bu, bir həqiqətdir ki, müasir dünya siyasətində milli dövlətlər əməkdaşlıq kriteriyası kimi ilk növbədə müstəqil xarici siyasət kursuna malik olmaq etibarilə suveren subyekt kimi təmsil olunmaq qabiliyyətini və tərəfdaş dövlətin yerləşdiyi geostrateji bölgənin təhlükəsizliyinə nə dərəcədə təsir etmək imkanlarını əsas götürürlər. Bu baxımdan, Azərbaycan yüksək beynəlxalq reytinqə malik olan milli dövlət kimi tanınır. Çünki ölkəmizin balanslaşdırılmış xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihələr Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir.
Beləliklə, sadalananlardan belə bir qanunauyğun və məntiqi nəticəyə gəlmək olur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.
Nəticə etibarilə, sadalananlar əsasında qeyd edə bilərik ki, müasir dünya siyasətinin nüfuzlu aktoru olan Azərbaycan perspektivə etibarlı strateji tərəfdaş kimi addımlamaqdadır.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

